Hədəflər dəyişməyəcək

 

Əhalinin sosial güvənliyinin artırılması, Qarabağ Şərqi Zəngəzurun dirçəldilməsinin sürətləndirilməsi gələn ilin dövlət büdcəsi xərclərinin əsas istiqamətləri olacaq

 

İstənilən dövlətdə büdcə prosesləri büdcə qanunvericiliyi ilə tənzimlənir.  Dövlət büdcəsi vasitəsilə ölkənin sosial sahələrinin maliyyələşdirilməsi təmin edilir, iqtisadi rayonların ayrı-ayrı sahələrin inkişafı tənzimlənir. İqtisadi münasibətlərin bu cür tənzimlənməsi vasitəsi ilə dövlət məhsuldar qüvvələrin inkişafını təmin edir.

İndiki zamanda büdcə sistemindəki  islahatın əsas elementlərindən biri dövlət büdcəsi gəlirlərinin formalaşması idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı kompleks tədbirlər sisteminin işlənib hazırlanması həyata keçirilməsidir ki, bu da hər ilin büdcə layihələri  Milli Məclisdə müzakirə olunarkən nəzərdə tutulur. 

Nazirlər Kabinetinin Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsinin  layihəsinə  həsr olunmuş geniş iclasında Baş nazir Əli Əsədov bildirmişdir  ki, cari ilin 8 ayında qeyri-neft sektorunda  2,6, qeyri-neft sənayesində 6 faiz artım qeydə alınıb. Ölkənin maliyyə vəziyyəti xeyli yaxşılaşıb, strateji valyuta ehtiyatları  ilin əvvəlindən 14,5 faiz artaraq  67 mlyard ABŞ dollarına çatıb. Baş nazir onu da xatırladıb ki, cari ilin büdcə gəlirləri 3,1 milyard (10,1 faiz), büdcə xərcləri isə 3,3 milyard manat  (9,8 faiz ) artırılb. Ümumilikdə  2023-cü ilin ortalarında dövlət büdcəsində aparılan dürüstləşmələrdən sonra işğaldan azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı xərclər 1,8 milyard manat artırılaraq 4,8 milyard, müdafiə xərcləri isə 724 milyon manat artırılaraq 6 milyard manata çatdırılıb. Qeyd olunub ki, 2024-cü ilin büdcə layihəsində həmin xərclərin məbləği Milli Məclisdə yekun müzakirədən sonra tam dəqiqləşəcək.

Bəs, gələn ilin büdcə gəlirləri necə təmin olunacaq? 2024-cü ilin dövlət büdcəsinin gəlirlərində 3 fiskal mənbə - vergi, gömrük neft transfertləri başlıca yığımları təşkil edəcək. 2024-cü ilin büdcə gəlirləri 34 milyard 173 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü ilin dürüstləşdirilmiş göstəricisi ilə müqayisədə 282,5 milyon manat ya 1,2 faiz çoxdur. Növbəti ilin büdcə layihəsi ənənəvi olaraq İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış makroiqtisadi inkişaf proqnozlarına əsaslandığı üçün neftin bir barelinin orta illik ixrac qiyməti 60 dollar fərz edilməklə götürülüb. Bu isə o deməkdir ki, neft gəlirlərində artım nəzərə alınmayacaq. Bu səbəbdən neftin büdcədəki payı azalmış olacaq. Belə ki, gələn ilin dövlət büdcəsində gəlirlərin 17 milyard 164 milyon manatının neft, 17 milyard 009 milyon manatının qeyri-neft-qaz sektorlarının payına düşəcəyi nəzərdə tutulur. O da nəzərdə tutulur ki, 2024-cü ildə neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 76,3 faizini ya 12781,0 milyon manatını Dövlət Neft Fondundan transfert, 23,7 faizini ya 3975,0 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcək. Növbəti ildə qeyri-neft-qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 58,1 faizini vergi, 34,7 faizini gömrük orqanlarının xətləri ilə daxilolmalar, 4,9 faizini büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən büdcədənkənar fondlara daxilolmalar, 2,3 faizini isə sair gəlirlər təşkil edəcək.

Qarşıdakı növbəti ildə büdcənin gəlir siyasətinin sosial xarakterli güzəştlər vasitəsi ilə əhalinin vergi yükünün, eləcə fiziki şəxslərin gəlirlərinə düşən vergi yükünün azaldılması üçün bəzi kateqoriyalı fiziki şəxslərə verilən güzəştlərin həcminin artırılması bir sıra gəlirlərinin vergiyə cəlb olunan gəlir bazasına aid edilməməsi istiqamətində həyata keçirilməsi nəzərdə tutulur.

Milli Məclisin deputatı Vüqar Bayramov 2024-cü ilin dövlət büdcəsində əsas  istiqamətlər üzrə xərclərin artacağını deyir: "Onların arasında ən mühümi xərclərdən biri sosial xərclərdir. Sosial xərclərin gələn il ərzində artırılması nəzərdə tutulub. Bu istiqamətdə 4,5 milyard manat vəsait ayrılacaq. Ümumiyyətlə, dövlət büdcəsinin xərclərinin 40 faizindən çoxu sosial yönümlü xərclər olacaq. Eyni zamanda təhsilə ayrılan xərclərdə artımlar nəzərdə tutulub". V.Bayramov  onu da vurğulayıb ki, neftin qiymətinin büdcədə proqnozlaşdırılandan daha çox olması büdcəyə əlavə vəsaitin daxil olmasına şərait yarada bilər: "Bununla belə, 2024-cü ilin dövlət büdcəsi sosial xarakterlidir növbəti il sosial istiqamətə ayrılan vəsaitlərin artırılması pensiya əməkhaqlarının artırılması üçün baza formalaşdıracaq".

Büdcə layihəsində  azad edilmiş ərazilərdə aparılan bərpa yenidənqurma işlərinə ayrılacaq vəsaitlərin tərkibində Xankəndi, Əsgəran, Ağdərə, Xocavənd, Xocalı üzrə əsaslı xərclərin yönəldilməsi nəzərdə tutulur. Azərbaycan Ordusunun sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra bölgədə dayanıqlı sülhün təmin olunması burada yaşayan Azərbaycan vətəndaşları olan erməni sakinlərinin reinteqrasiyası ilə əlaqədar Qarabağ Şərqi-Zəngəzurun digər şəhər rayonları kimi Xankəndi, Əsgəran, Xocalı, Ağdərə, Xocavənddə bərpa-quruculuq işlərinin aparılması, zəruri infrastrukturların kommunikasiyaların yaradılması, həyati vacib sosial təminatların həlli, iqtisadi, sosial humanitar xarakterli proqramların həyata keçirilməsi nəzərdə tutulur.

İşğaldan azad olunmuş  ərazilərdə yaşayan əhalinin sosial müdafiəsi təhülkəsizliyi, müasir təhsil, səhiyyə sosial xidmətlərlə təmin olunması, zəruri infrastruktur, o cümlədən işıq, qaz, su, istilik təminatları digər lazımi tələbatlar üçün tədbirlər planı hazırlanaraq həyata keçiriləcək. Həmin tədbirlərin icrası isə, təbii ki, həm büdcə vəsaitləri hesabına təmin ediləcək. Bu o deməkdir ki, büdcə layihəsinin müzakirələri zamanı işğaldan azad olunmuş ərazilərin bərpası üzrə nəzərdə tutulan büdcə xərclərinin daha da artacağı şübhəsizdir.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2023.- 20 oktyabr, ¹ 229.- S.3.