Yeni Kaledoniya deputatı: Beynəlxalq ictimaiyyət Fransanın resurslarımızı mənimsəməsinə göz yumub

 

 

1980-ci illərdə ölkəmizin iqtisadi vəziyyəti çox ağır idi. O vaxt ölkəmizdə Fransaya qarşı hərəkat yaranmışdı. Bizim hərəkatın lideri elə o dövrdə öldürülüb. Halbuki, onun ölümü ictimaiyyətə təyyarə qəzası kimi təqdim olunub. Ölkəmiz Fransanın əlində olduğu üçün iqtisadiyyatımız iflic vəziyyətdə idi.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Kaledoniya Parlamentinin üzvü İzabel Serai Kaloi Bearuni söyləyib.

Fransa bizim resurslarımızı mənimsəyirdi. Bu isə təbii fəlakətlərə, həmçinin torpaq sürüşmələrinə gətirib çıxarırdı. Beynəlxalq ictimaiyyət buna göz yumurdu”, - deyə o bildirib.

Parlament üzvü yerli əhalinin həyatını yaxşılaşdırmaq istiqamətində heç bir addım atılmadığını diqqətə çatdırıb: “Nəhayət ki, 150 ildən sonra, biz Fransadan öz resurslarımızdan istifadə etmək haqqını qazanmışıq

 

Azərbaycan.-2023.- 21 oktyabr, № 230. - S.4.