Qarabağda ucalan bayraqlarımız vüqarımızdır                                                                                    

 

Qarabağ Şərqi Zəngəzur dirçəliş yolundadır

 

"Dövlət müstəqilliyinin qorunması suverenliyin təmin edilməsi ölkə rəhbərindən çox asılıdır. Rəhbər düşünülmüş, reallıqlara əsaslanan siyasi gedişləri ilə ölkəni çiçəkləndirə, inkişaf etdirə, əks halda, şovinist, insanlığa yad addımları ilə isə öz xalqını uçuruma yuvarlandıra bilər. Biz bunu Azərbaycan-Ermənistan müqayisəsində aydın görə bilərik".

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyir ki, bu qələbələr möhtəşəm unudulmazdır: "Biz qalibik, mübarizik, inkişafdayıq dünyada söz sahibiyik. Ermənistan isə məğlubdur, dalandadır, onun-bunun kölgəsindədir, müstəqil deyil, riyakar xəyanətkardır".

Qəzetimizə açıqlamasında komitə sədri deyib ki, bu zəfərlərin müəllifi kimi  Prezident İlham Əliyevin gərgin fəaliyyəti, uzaqgörən siyasəti sayəsində dövlətimiz dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dünya üçün bir örnəkdir. Çünki bu fəaliyyət ədalətə, haqqa, bəşəri dəyərlərə, humanizmə, demokratiyaya, insan azadlığına, inkişafa xoşbəxt gələcəyə hesablanmışdır. Prezident, Ali Baş Komandan İlham Əliyev ölkə rəhbəri kimi 20 illik fəaliyyətinin hesabatını Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavənddə işğaldan azad olunmuş digər ərazilərdə Azərbaycan bayrağını ucaltmaqla verdi. Prezident Ulu Öndərin, şəhidlərin ruhunu sevindirdi. Yurdlarından didərgin salınan insanların ağrılarına, acılarına məlhəm qoydu, Azərbaycan xalqını, bütün türk dünyasını qürurlandırmaqla, sevindirməklə bərabər, həm öz müqəddəs borcunu, vəzifəsini yerinə yetirdi.   

Tahir Rzayev vurğulayıb ki, işğal altında olan bütün ərazilərdə Azərbaycan bayrağının dalğalandırılacağı arzusu ilə 20 il yollar axtaran, planlar quran, siyasi gedişlər edən Prezidentimizin qələbə sevincli çıxışında səsləndirdiyi fikirlər ürəkləri riqqətə gətirməklə yanaşı, dövlətimizin rəhbərinin müdrikliyini, humanistliyini, vətənə, torpağa, xalqa bağlılığını bütün dünyaya nümayiş etdirdi: "Prezidentimiz göstərdi ki, fəaliyyəti dövründə qələbələrin qazanılması, iqtisadiyyatın dinamik inkişafı, ordunun formalaşması təkmilləşdirilməsi, xalqın birliyi, ölkənin beynəlxalq aləmdə söz sahibi olması üçün möhkəm zəmin yaradılmış, çox mühüm iqtisadi-sosial layihələr, proqramlar həyata keçirilmişdir. 44 günlük müharibənin, 23 saatlıq antiterror tədbirlərinin, görüşlərin, müzakirələrin uğurları, suverenliyimizin müstəqilliyimizin qorunub möhkəmləndirilməsi, bütün ərazilərimizdə bayraqlarımızın dalğalanması məhz yaradılmış möhkəm zəminin  nəticəsidir".

Komitə sədri, həmçinin ölkəmizin haqlı, ədalətli mübarizəsinə, torpaqlarımızın işğaldan azad edilməsinə qarayaxanlardan da bəhs edib. Deyib ki, başda Fransa olmaqla bəzi Avropa ölkələri, onların hakimiyyət dairələri bir çox hallarda hadisələrə ikili standartlardan yanaşır, ədalətsiz  mövqe nümayiş etdirir, ermənilərin puluna, maliyyə vəsaitlərinə allanaraq anti-Azərbaycan təbliğatını gündən-günə genişləndirirlər. Avropa Parlamentinin, AŞ PA-nın son günlərdə qəbul etdikləri qətnamələr, bəzi beynəlxalq təşkilatların qərarları göstərir ki, bu qurumlar münasibətlərin yaxşılaşdırılmasına, münaqişələrin qarşısının alınmasına deyil, əslində, yeni müharibə ocaqlarının qızışdırılmasına, xalqların bir-birinə qarşı qoyulmasına xidmət edirlər.

Tahir Rzayev qeyd edib ki, Azərbaycan Prezidenti yalana, böhtana hesablanan qərarların, bəyanatların cavabını işğaldan azad olunan şəhər rayonlarımızda, ərazilərimizdə üçrəngli bayrağımızı ucaltmaqla, xalqımızı qürurlandırmaqla verir. Qəbul olunmuş saxta bəyanatları, qərarları rədd edir həmin sənədlərin heç bir hüquqi normaya əsaslanmadığını bildirməklə öz siyasətini uğurla davam etdirir.

 

N.QAFARZADƏ,

Azərbaycan.-2023.- 21 oktyabr, ¹230- S.8.