Böyük qayıdışın təntənəsi

 

Yenidən qurulan şəhər kəndlərdə indiyədək 2896 keçmiş məcburi köçkün məskunlaşıb

 

İşğal dövründə dağıdılıb viran qoyulan torpaqlarımız sürətlə bərpa edilir. Ötən 3 ilin ən böyük həqiqətlərindən biri budur ki, güclü iqtisadiyyata malik Azərbaycan postmüharibə dövründə qarşıya qoyduğu bütün məqsədləri, xüsusilə Böyük qayıdış proqramını uğurla reallaşdırmaq iqtidarındadır.

Keçmiş məcburi köçkünlərin dədə-baba yurdlarına dönüşü üçün Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə, Laçın Füzuliyə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub bu istiqamətdə işlər sürətlə davam etdirilir.

 

Laçına daha 23 ailə qayıtdı

 

Həyata keçirilən məqsədyönlü genişmiqyaslı layihələr Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Dünən növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə (83 nəfər) köçürülüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Laçın şəhərində 295 ailə, yəni 1135 nəfərin daimi məskunlaşması təmin edilib.

İndiyədək 133 ailə (649 nəfərə) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 295 ailə (1135 nəfər) Laçın şəhərinə, 258 ailə (928 nəfər) Füzuli şəhərinə, 21 ailə (94 nəfər) Laçın rayonunun Zabux kəndinə köçürülüb. Bugünədək 2 min 896 keçmiş məcburi köçkünün həsrət nisgilinə son qoyulub.

 

2026-cı ilə qədər ayrılan vəsaitin ümumi həcmi 22,4 milyard manat təşkil edəcək

 

Ötən üç il suverenliyimizin bərpası, həmçinin işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsi ilə yadda qalıb. Böyük zəfərimizdən qısa zaman keçməsinə baxmayaraq, düşmən tapdağından azad edilən torpaqlarımızda sürətlə bərpa-quruculuq işləri aparılır, kəndlər şəhərlər yenidən tikilir. Bərpa işləri ardıcıl məqsədyönlü şəkildə davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərdə yeni infrastrukturların yaradılması, Qarabağa Şərqi Zəngəzura sərmayələrin cəlb edilməsi digər mühüm tədbirlər bu torpaqlarda layiqli dayanıqlı məskunlaşmanın vaxtında, yüksək səviyyədə təmin olunması üçün böyük əhəmiyyət kəsb edir. Yol infrastrukturunun yaradılması, yeni avtomobil dəmir yollarının çəkilməsi, hava limanlarının tikilməsi, bütün şəhərlərin baş planlarının təsdiqlənməsi digər addımlar həyata keçirilən işlərin sistemli xarakter daşıdığını göstərir.

Maliyyə Nazirliyi Böyük qayıdışa dair I Dövlət Proqramının icrası üçün tələb olunan vəsaitin həcmini açıqlayıb. "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilib ki, 2023-cü ildə icraçı qurumlar tərəfindən təqdim edilmiş son məlumatlara əsasən, Böyük qayıdışa dair I Dövlət Proqramının icrası üçün qədər vəsaitin tələb olunduğu müəyyənləşib.

2020-2022-ci illərin dövlət büdcəsindən bu məqsədə təqribən 6,6 milyard manat məbləğində vəsait ayrılıb. Cari ilin dövlət büdcəsində sözügedən proqramın icrası üçün 5,3 milyard manat, 2024-2026-cı illərdə ümumilikdə 10,6 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Beləliklə, proqnozlaşdırılan vəsait nəzərə alındıqda proqramın icrası üçün 2020-2026-cı illər üzrə ümumilikdə ayrılacaq vəsaitin həcmi 22,4 milyard manat olacaq.

 

2026-cı ilin sonunda Qarabağ Şərqi Zəngəzurda 140 min nəfər yaşayacaq

 

Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı bu bayram münasibətilə füzulililəri şəhərin işğaldan azad olunmasının üçüncü ildönümü münasibətilə təbrik edib: "Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə "Xoş gəlmisiniz!" deyəcəksiniz bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür eyni zamanda Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı arzulayıram".

Ali Baş Komandan həm Füzulidə, həm bütün başqa şəhər kəndlərimizdə həyata keçirilən layihələrin dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit etdiyini bildirərək deyib: "Bunu təkcə mən yox, bir çox beynəlxalq ekspertlər qeyd edir. Xüsusilə, bildiyiniz kimi, Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilmişdir, Ağdamda Zəngilanda orada bizim bütün layihələrimiz təqdim edilmişdir. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki doğrudan da burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib. Yəni rahat yaşamaq üçün bütün infrastruktur, şərait var".

Dövlət başçısı Füzuli şəhərində 800-dən çox insanın yerləşdiyini, ilin sonuna qədər burada təqribən 2 minə yaxın insanın yaşayacağını vurğulayıb. Ölkə rəhbəri qeyd edib ki, Böyük qayıdış proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda Füzuli rayonunda 22 min, bütövlükdə Qarabağ Şərqi Zəngəzurda  140 min insan yaşayacaq.

 

Ülkər XASPOLADOVA,

Azərbaycan.-2023.- 21 oktyabr, №230- S.8.