Qərəz böhtan yuvaları

 

Avropada bəzi təşkilatların dövlətlərin Anti-Azərbaycan mövqeyi riyakarlıqdır

 

"Avropa Parlamentinin bir sıra dövlətlərin, o cümlədən Fransa, Lüksemburq, İsveçrə, İspaniyanın yüngül, bir o qədər dayaz özünü biabır edən qərəzli qərarları, qətnamələri, bəyanatları bizə çoxdan məlumdur. Biz, həmçinin beynəlxalq hüququn hansı gücə sahib olduğunu, kimlərin əlində oyuncağa çevrildiyini çox yaxşı bilirik".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Avropa Parlamentinin, eyni zamanda bir sıra dövlətlərin qərəzli qərarlarına yanaşmalarına münasibət bildirərkən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Deputat qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən əndişələnən,  yersiz bəyanatlar səsləndirən, hətta buna görə yuxusu ərşə çəkilən dövlətləri, ölkəmiz 30 il münaqişənin sülh yolu ilə həll edilməsinə cəlb etmişdi, amma bunun heç bir faydası belə olmamışdı: "Nəticədə gördük?! Əllərindən bir gəlmədi, yalnız mənasız danışıqlar apardılar, bir milyondan artıq məcburi köçkünün hüquqlarını düşünmədilər. Elə ona görə həmin ölkə təşkilatların insan hüquqları ilə bağlı fikirlərinə inanmaq mümkün deyil. Niyə o zaman beynəlxalq hüquqa istinad etmirdilər?! Məgər BMT-nin məlum qətnamələrindən xəbərləri yox idi?! Vaxtı 30 il uzatmaqda məqsədləri idi?! Elə bilirdilər ki, Azərbaycan torpaqlarını Ermənistana ərmağan edəcək?

AHİK sədri vurğulayıb ki, bütün bunların fonunda işğalçı, azərbaycanlılara qarşı soyqırımları törətmiş Ermənistanın havadarları məğlub oldular. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu təcavüzkar dövlətin bütün işğal planlarını puça çıxararaq bölgəni bataqlıqdan xilas etdi, yeni vəziyyət formalaşdırdı. Bu gün riyakar xarici qüvvələr istəsələr , istəməsələr bu reallıqları qəbul etməyə məcburdurlar, çünki bu reallıq dəyişməzdir, beynəlxalq hüquqa əsaslanır, sülh təhlükəsizliyə, tərəqqiyə, yeni inkişafa istiqamətlənib.

Deputatın fikrincə, Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli qətnamə isə orada oturanların, sənədin lehinə səs verənlərin bölgədəki proseslərdən xəbərsiz olduqlarını göstərir: " qədər gülünc olsa da, təşkilatın qətnaməsində iddia olunub ki, bölgədə beynəlxalq hüquq normalar pozulub. Əgər iddialarında haqlıdırlarsa, bununla bağlı bir fakt ortaya qoysunlar. qədər utanmaz abırdan-həyadan kənar olasan ki, beynəlxalq hüquqdan danışasan. Məgər bunu bütün məsələlərdə ayaqlar altına atan onlar deyilmi?! Dünyanın müxtəlif yerlərində qərəzli mövqelərini yeritmək üçün artıq beynəlxalq hüquqa geyindirmədikləri don qalmayıb".

S.Möhbalıyev bildirib ki, Qərb dairələri indi Azərbaycanı Qarabağda "etnik təmizləmə"də günahlandırır. Halbuki Qarabağda yaşayan erməni sakinlərin ərazidən könüllü şəkildə getdiyi hamıya məlumdur, bu, göz qarşısında baş verdi: "Bəs bizə qarşı absurd ittihamlar səsləndirənlər 30 il əvvəl Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləməni görməyiblər?! Daha əvvəl isə bu siyasət əzəli Azərbaycan torpaqları olan indi Ermənistan adlanan ərazidə həyata keçirilib. 200 minə yaxın insan ata-baba yurdlarından didərgin salınıb, əmlakları mənimsənilib. İndi biz onların gözünə hansı ölçüdə eynək taxaq ki, bu həqiqətləri görə bilsinlər?"

Deputatın sözlərinə görə, Avropa Şurası Nazirlər Komitəsinin Strasburqda keçirilən iclasında Avropa İttifaqı nümayəndə heyətinin Ermənistan-Azərbaycan münasibətlərinə dair bəyanatla çıxışı qəzəb doğurur. Bu bəyanatda artıq arxivə qovuşmuş ifadələrdən, yalan əsassız "blokada"dan danışılır: "Təbii ki, Avropa Parlamentinin, Avropa Şurası Nazirlər komitəsinin, bəzi dövlətlərin utanmaz, mənasız, rüşvət qoxuyan qərarlarının, bəyanatlarının Azərbaycan dövlətinə təsiri olmaz, ölkəmizi haqq yolundan döndərə bilməz. Bizim yolumuz düzgün yoldur beynəlxalq hüquqa əsaslanır. Biz onlara tövsiyə edərdik ki, erməni lobbisinin çaldığı havalara oynayaraq özlərini gözdən salmasınlar",

 

  Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 21 oktyabr, №230- S.9.