Qarsda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

 

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncama uyğun olaraq Türkiyənin Qars şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

18-19 oktyabr  tarizində Qars Qafqaz Universiteti, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi, Azərbaycan Respublikasının Elm Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu, Diasporla İş Üzrə Dövlət Komitəsi, Elger Elm Təhsil Mərkəzi, Əskişəhər Azərbaycanlılar Dərnəyi, Türkiyə-Azərbaycan dərnəkləri federasiyası, İğdır Azərbaycan Evinin təşkilatçılığı ilə keçirilənHeydər Əliyev Türkiyəadlı multidisiplinar beynəlxalq elmi konfransa 12 ölkədən 100-dən çox elm adamı qatılıb.

Dövlət müstəqilliyinin bərpasının 32-ci ildönümünə təsadüf edən Ulu Öndərin 100 illik yubiley mərasimi  Azərbaycan Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Qars Qafqaz Universitetinin rektoru Prof.Dr Hüsnü Kapu Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyevin giriş nitqləri ilə başlayan konfransın plenar iclasında tədbirin təşkilat komitəsinin sədri dosent İlkin Qulusoy, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Azərbaycan Respublikası Elm Təhsil Nazirliyinin təmsilçisi Müjdat Həsənov, Əskişəhər Azərbaycanlılar dərnəyinin sədri Cavid Aydın çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.

Azərbaycan ali təhsil müəssisələri adından Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Dövlət Neft Sənaye Universitetinin prorektorlarının təbrik nitqləri dinlənilib.

Konfransın plenar iclasında professor Toğrul İsmayıl, professor Yusuf Bayraktar dosent Elman Cəfərli mövzu ilə bağlı məruzələr edib, dahi Öndərin Azərbaycançılıq dövlətçilik irsi geniş təhlil olunub.

Üç bölmədə işini davam edən konfransda Ümummilli Lider Heydər Əliyevin dövlətçilik, elm, təhsil, mədəniyyət, ordu quruculuğu, gənclər siyasəti, multikulturalizm digər sahələrdə həyata keçirdiyi islahatlarından bəhs olundu, foto video təqdimatlar edilib.

Azərbaycandan iki universitetin- Naxçıvan Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Surə Seyidin "Heydər Əliyev Şərq qapısı" qəzeti", Azərbaycan Dövlət İdman Akademiyasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Müjkan Məmmədzadənin "Heydər Əliyev hərbi təhsil siyasəti" mövzusundakı elmi məruzələri maraqla qarşılanıb.

Məruzələrdən sonra konsert proqramı nümayiş olundu, Azərbaycan xalq musiqilərindən seçmələr səsləndirilib. Konfrans çərçivəsində qonaqlar Qars Qafqas Universitetində qurulan Heydər Əliyev Mərkəzini ziyarət edib, mərkəzin fəaliyyəti ilə tanış olublar. Konfransdan sonra Azərbaycanın Qarsdakı Baş Konsulluğunun təşkilatçılığı ilə konfrans iştirakçılarına ziyafət təşkil edilib, Qars Qafqas Universitetində fəaliyyət göstərən "Azərbaycan rəqs qrupu"nun  konsert proqramı nümayiş olunub. Konfrans iştirakçılarına Heydər Əliyevin 100 illik yubiley plaketi diplomlar təqdim edilib.

Qeyd edək ki,  Ümummilli Lider Heydər Əliyevin Qarsa səfəri zamanı Onun təşəbbüsü ilə Qars Qafqaz universitetində Azərbaycan türkcəsi ədəbiyyatı ixtisası yaradılıb. 18 ildir fəaliyyət göstərən bu ixtisasın bakalavriat pilləsi üzrə bugünədək yüzlərlə məzunu olub. 2014-cü ildən ixtisas magistratura pilləsi üzrə kadr hazırlığı işi həyata keçirməkdədir.

 

Surə Seyid

NAXÇIVAN

Azərbaycan.-2023.- 21 oktyabr, №230- S.10.