Xarabalıqlarda tikilən ağıllı kəndlər 5-ci nəsil texnologiyalarla qurulur

 

Ermənistan Azərbaycanın qədim yurd yeri, zəngin mədəniyyət məbədi sayılan Qarabağda 30 il at oynatdı, yurd yerlərimizi viran qoydu. Faşizm ideologiyası ilə "yüklənən" ermənilər Azərbaycanın tarixini, mədəni irsini silməyə çalışaraq, Qarabağ ərazilərində kəndləri, şəhərləri, qəsəbələri, yaşayış binalarını, məktəblərı, xəstəxanaları, tarixi abidələri, məzarlıqları məscidləri məhv etdilər.

Mənfur qonşularımız zaman-zaman soyqırımı törətdilər, dinc, əliyalın insanlara qarşı amansızlıq etdilər. İşğal etdikləri torpaqlarımızdan xoşluqla çıxdılar, beynəlxalq hüquqa məhəl qoydular. Sonda silahlar işə düşdü. Heç vaxt məğlubiyyətlə barışmayan Azərbaycan 44 günlük müqəddəs Vətən müharibəsini zəfərlə başa vurdu. Tarixi zərurət olan bu zəfərin mənbəyi Prezident İlham Əliyevin son 20 ildə həyata keçirdiyi qətiyyətli siyasəti, cəsarətli addımları, güclü dövlət ordu strategiyası qurması idi. Müzəffər ordumuz Azərbaycan xalqının tarixinə ən şanlı, şərəfli qürurverici səhifəsini yazdı. Ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı 44 günlük müharibə milli şüurun, xalq ordu birliyinin təcəssümünə çevrildi.

Zəfərdən sonra dərhal Qarabağda bərpa-quruculuq işləri start götürdü. İşğaldan azad edilən ərazilərimizdə sürətlə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, təməli qoyulan şəhərlər, kəndlər, ictimai binalar, obyektlər Qarabağın Şərqi Zəngəzurun tezliklə çiçəklənən yurda çevrilməsi üçün zəmin yaratdı. Prezident İlham Əliyev öz əlləri ilə ötən üç ildə neçə-neçə kəndin, qəsəbənin, mühüm əhəmiyyətli infrastruktur obyektlərinin təməlini qoydu, xeyli obyektin açılış lentini kəsdi. Bu gün Qarabağda Şərqi Zəngəzurda demək olar ki, həyat qaynayır.

Azad olunan ərazilərin bərpası, insanların yavaş-yavaş yuvalarına dönməsi Böyük qayıdış adlanır. Bu konsepsiyaya dağılmış şəhərlərin binaların yenidən qurulması, "ağıllı kənd"lərin, eləcə hava limanlarının tikintisi daxildir ki, bu da Azərbaycanın əsas prioritetlərindəndir. Qarabağ Şərqi Zəngəzurda yeni infrastrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan sürətli işlər onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları qarşıdakı illərdə davam etdiriləcək.

Ağdam, Cəbrayıl Füzuli şəhərlərinin baş planı hazırlanaraq təsdiq olunub. Digər şəhər qəsəbələrin baş planları hazırlanır. Plan üzərində çalışanlar şəhərlərdə müvafiq olaraq hotel, hava limanı, vağzal olmasını önə çəkirlər. Şəhər mərkəzlərində bank, yerləri, ticarət mərkəzləri, istirahət zonalarının fəaliyyətini qeyd edirlər. Baş planda işlənən həssas nöqtələrdən biri həmin ərazilərdə müharibənin, tariximizin izlərini özündə əks etdirən binaların, muzeylərin yaradılmasıdır. Azərbaycanın memarlıq ənənələrini Qarabağda yaşatmaq adıçəkilən baş planlarda qırmızı xətlə keçir.

Qarabağda Şərqi Zəngəzurda bərpa yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun yaradılması, evlərinə qayıtmaq istəyən insanların yaxşı yaşaması üçün hər cür şəraitin təmin edilməsi dövlətin əsas vəzifələrindəndir. Ona görə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində işğaldan azad olunmuş ərazilərimizin yeni görkəmdə olması üçün Böyük qayıdışın bir parçası olan "ağıllı kənd" layihələri tətbiq olunmağa başladı. Bu konsepsiya haqqında dövlət başçısının söylədiyi fikirlər, irəli sürdüyü təşəbbüslər tezliklə öz təsdiqini tapdı. Qısa zaman kəsiyində ilk olaraq Zəngilanın Ağalı kəndi "ağıllı kənd" olaraq müasir yaşayış məskəninə çevrildi. Bu layihənin tətbiqi onu deməyə əsas verir ki, Ağalıda əhalinin rahatlığının rifahının yüksək səviyyədə təmin edilməsi üçün informasiya-kommunikasiya texnologiyalarından maksimum istifadə edilir, tele-səhiyyə, e-təhsil digər elektron xidmətlər üzrə innovasiyalar problemin həllini tezləşdirir.

Əslində, "ağıllı kənd" layihəsinin tətbiqində əsas məqsəd urbanizasiyanın qarşısını almaqdır. Kənd yerlərində yaşayan insanların həyat səviyyəsi yüksəldikcə onların şəhərə köçmək istəkləri sıfırlanır. Avropanın bir çox ölkəsində yaşayan gənclərin kəndləri tərk edib böyük şəhərlərə köç etməsi urbanizasiya prosesini sürətləndirir ki, bu da öz növbəsində ciddi iqtisadi, siyasi ekoloji böhrana səbəb olur. Çıxış yolu "ağıllı kənd"dir, əlbəttə.

Bəs bir yaşayış məskəninin "ağıllı kənd" olması üçün nələr lazımdır? Bəri başdan deyək ki, müasir texnologiyaların olmadığı yerdə "ağıllı kənd" layihəsinin icrası mümkün deyil. Burada bütün sahələri əhatə edən elektron rəqəmsal texnologiyalar tətbiq edilməlidir. Dövlət strukturlarının, özəl müəssisələrin fərdi evlərin zəruri cihazlarla təminatı vacibdir. Rabitə əlaqələrinin qurulmasında həm simli, həm simsiz texnologiyaların istifadəsi şərtdir. "Süni zəka" robot texnikasından, eləcə alternativ enerjidən istifadə olunmalıdır. Şəhərlərdəki sosial mədəni obyektlər kəndlərdə qurulmalıdır. Ən əsası ən vacibi "ağıllı kənd"in mərkəzində "ağıllı fermer təsərrüfatı" dayanmalıdır. "Ağıllı kənd"lərdə ənənəvi suvarma üsullarını müasir suvarma sistemləri əvəz etməlidir. Dron texnologiyasının həm suvarma, həm əkin işlərində geniş tətbiqi məhsul bolluğuna zəmanət verir. Heyvandarlıq sahəsində məsafədən idarəetmə genişləndirilməlidir. Heyvanların üzərinə yerləşdirilən cihazlarla onlara nəzarət imkanları artırılmalıdır. Məhsulun əkilməsində, biçilməsində daşınmasında insan əməyi minimum səviyyəyə endirilərək, yerini müasir texnologiyalar tutmalıdır.

Bütün bu parametrlər 2021-ci ilin aprelində Prezident İlham Əliyevin təməlini qoyduğu Zəngilanın 1-ci, 2-ci 3-cü Ağalı kəndlərini əhatə edən birinci "ağıllı kənd" layihəsində əksini tapıb. Burada tam izolyasiya olunmuş innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi ev tikilib istifadəyə verilib. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri "ağıllı texnologiya"lar əsasında qurulub. Kənddə müasir məktəb, bağça, poliklinika elektron idarəetmə mərkəzləri inşa olunub. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin edilib. Kəndin təməlini qoyarkən Prezident İlham Əliyev Ağalının gələcəyi ilə bağlı fikirlərini belə söyləyib: "Burada yaşamaq üçün lazımdırsa olacaq. Burada tətbiq olunacaq texnologiyaların bir çoxu Azərbaycanda yoxdur. Bu, birinci layihədir, pilot layihədir əminəm ki, maksimum gələn ilin əvvəlində bütün işlər hazır olacaq. Evlər tikilməlidir, kommunikasiyalar qurulmalıdır, ondan sonra yerləri yaradılmalıdır, əkin yerləri olmalıdır burada yaşayacaq insanların hər biri işlə təmin edilməlidir".

Dövlət başçısının söylədikləri az müddətdə yerinə yetirildi. İlham Əliyev ötən il Ağalıda 200 evin açılışını etdi. bundan sonra kənddə həyat qaynamağa başladı. Bu gün Ağalı kəndində küçələrin "ağıllı" işıqlandırılması, isti soyuğadavamlı ekoloji evlərin inşası, günəş panellərinin quraşdırılması kimi müasir şəhərsalma standartları tətbiq olunub. Eləcə kəndin daimi enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində su-elektrik stansiyası inşa edilib. Kənddə dövlət xidmətlərinə əlçatanlığı asanlaşdırmaq məqsədilə ASAN, DOST xidmətləri, Kiçik Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Aqrar İnkişaf Mərkəzi mövcuddur.

İkinci "ağıllı kənd" Füzulinin Dövlətyarlı kəndidir. Bu gün bir-birinə yaxın olan 5 kəndin birgəyaşayışının təmin olunması məqsədilə kənddə işlər tam sürətlə davam etdirilir. Dövlətyarlı böyük kənd olduğu üçün ilkin olaraq burada 450 evin tikintisinə başlanılıb. Köndələnçay su anbarının yaxınlıqda yerləşməsi imkan verir ki, burada balıqçılıq inkişaf etdirilsin. Ağalıda daha çox hidroenergetika stansiyasında suyun enerjisindən istifadə olunacaqsa, Dövlətyarlıda 50 hektarlıq sahədə qurulacaq günəş panellərinin hesabına kəndin enerji ehtiyacları tam təmin ediləcək.

"Ağıllı kənd" layihəsi çərçivəsində növbəti yaşayış məntəqəsi Ağdam rayonunun Baş Qərvənd kəndi olacaq. Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynovun dediyinə görə, layihə çərçivəsində ərazisi 470 hektar olacaq Baş Qərvəndə birinci mərhələdə 917, növbəti dəfə isə 600 ailənin köçürüləcəyi nəzərdə tutulub.

Prezidentin işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmas ilə bağlı bu fikirləri Qarabağın Şərqi Zəngəzurun, bütövlükdə Azərbaycanın daha xoş günlərinin heç uzaqda olmayacağını təsdiq edir: "Müharibə , Dağlıq Qarabağ münaqişəsi artıq tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdirsə, növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə gücləndirəcəyik Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik. Əlbəttə ki, 30 il ərzində əziyyət içində, o cümlədən mənəvi əzab içində yaşamış köçkünləri maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytaracağıq".

 

Züleyxa Əliyeva

Azərbaycan.-2023.- 21 oktyabr, №230- S.11.