İki qardaşın gücü

 

Sabah Azərbaycanda "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təlimi başlayır

 

Oktyabrın 23-25-də ölkəmizdə Azərbaycan-Türkiyə hərbi təlimləri keçiriləcək. Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə hərbi təlimə cəlb edilən qardaş ölkənin Silahlı Qüvvələrinin hərbi qulluqçuları aviasiya vasitələri artıq ölkəmizdədir.

Oktyabrın 18-dən birgə taktiki təlimə hazırlıq məqsədilə keçirilən məşqlər zamanı  plana uyğun olaraq daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan quru, həmçinin raket artilleriya qoşunlarının bölmələri atəş mövqelərini tutaraq qurğuların döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqları yerinə yetirib, döyüş təyyarələri ilə havaya qalxma yerə enmə, kiçik orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə hava kəşfiyyatının aparılması digər tapşırıqlar həyata keçirilib.

Təlim ərəfəsində həmçinin komandolar gecə məhdudgörmə şəraitində taktiki yerdəyişmə icra edərək basqınla şərti düşmənin diversiya qrupunu yerləşmə məntəqəsində zərərsizləşdiriblər. Hazırlıq məşqləri zamanı xüsusi təyinatlılar da müxtəlif fəaliyyətləri yerinə yetiriblər.

Bu təlimlər Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası azad edilmiş ərazilərimiz daxil olmaqla bir neçə istiqamətdə keçiriləcək.

İki qardaş ölkə arasında keçiriləcək birgə taktiki təlimlərin əhəmiyyətindən danışan hərbi ekspert Ədalət Verdiyev "Azərbaycan" qəzetinə açıqlamasında deyib ki, Türkiyə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsinə uyğun olaraq, hər iki dövlətin müdafiə nazirliklərinin hərbi texniki sahədə əməkdaşlığı getdikcə genişlənir.

O bildirib ki, Azərbaycan Türkiyə orduları arasında bu il ümumilikdə 16 hərbi təlim keçirilməsi planlaşdırılıb. Bunların əksəriyyəti artıq baş tutub. Hazırda  "Mustafa Kamal Atatürk - 2023" təlimləri Azərbaycanda davam etməkdədir.

Azərbaycan Ordusunun şəxsi heyətinin Türkiyədə keçirilən  "Heydər Əliyev-2023" təlimlərində iştirak etdiyini xatırladan ekspert qeyd edib ki, oktyabrın 18-dən başlayan təlimlərin taktiki döyüş atışlı mərhələsi ayın 23-25-də keçiriləcək.

Hərbi ekspert qeyd edib ki, təlimlərə iki qardaş ölkənin quru qoşunları   hərbi hava qüvvələrinin heyət vasitələri cəlb olunacaq. "Hərbi təlimlər iştirakçılara bilik bacarıqlarını artırmağa,  qarşılıqlı fəaliyyətləri uzlaşdırmağa, təcrübə mübadiləsinə ərazidə birlikdə döyüş tapşırıqlarını icra etmək qabiliyyətlərini yüksəltməyə imkan verəcək. Təlimlərə Türkiyənin F-16 döyüş təyyarələri, "Atak"  hücum helikopterləri ilə bərabər Komando hissələrinin çox sayda şəxsi heyəti cəlb olunub", - deyə Ə.Verdiyev əlavə edib.

Oktyabrın 25-də yüksək müşahidəçi günü keçiriləcəyini vurğulayan hərbi ekspert Azərbaycan Türkiyə müdafiə nazirləri tərəfindən izləniləcək döyüş atışlı mərhələnin nəticələrinin qiymətləndiriləcəyini qeyd edib.

 

Ə.QARDAŞXANOVA,

Azərbaycan.-2023.-22 oktyabr, №231.-S.5.