Fransa mənfur təcrübəsini Cənubi Qafqazda tətbiq etməyə çalışır

 

Parisin müstəmləkə siyasəti beynəlxalq hüquq qarşısında əsas problemlərdən biridir

 

"Müasir dövrdə Orta əsrin müstəmləkə təfəkkürünün mövcudluğu bəşəri dəyərlərin, sülh təhlükəsizliyin prioritetliyi şəraitində hələ müstəmləkə siyasətinin davam etdirilməsi XXI əsr sivilizasiyası üçün utanc deməkdir. Ələlxüsus özünü dünyada insan haqlarının beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın bu prosesdə xüsusi amansızlıqla davranması, müstəmləkəçiliyi yeni mərhələyə daşıması müasir beynəlxalq hüquq qarşısında əsas problemlərdən biridir".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O bildirib ki, Fransanın qlobal subyekt kimi təsir gücü, BMT Təhlükəsizlik Şurasının daimi üzvü nüvə dövləti olması, qlobal media infrastrukturu üzərində təsiri kimi amillər son dövrlərə qədər Parisi planetar miqyaslı tənqidlərdən sığortalayıb. Bu situasiya isə Fransada cinayətkarcasına özgüvənə səbəb olub bütün bunlar ölkənin neokolonizasiya prosesinin daha şiddətli formaya transformasiyasına gətirib çıxarıb.

Deputat vurğulayıb ki, Asiya ölkələrinə, xüsusən islam dünyasına münasibətdə insan haqlarının müdafiəsi təmini ilə bağlı məsələləri təzyiq alətinə çevirən Fransa cəzasızlıq mühitindən yararlanaraq özünün müstəmləkələrində sözün əsl mənasında hüquqsuzluq mühiti formalaşdırıb: "Eyni zamanda dəyişən reallıqlar fonunda Fransa özünün təcavüzkar niyyətlərinin dairəsini genişləndirməkdə davam edib, xüsusən Cənubi Qafqazda mövqeyini möhkəmləndirmək üçün hüquqa zidd fəaliyyətlər seriyasına start verib. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə qətiyyətli" mövzusunda Bakıda nazirlər görüşündə cənab İlham Əliyevin bəyan etdiyi kimi, təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq "Orientalizm" müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır".

B.Məhərrəmov qeyd edib ki, Ermənistanın prosesdə alət kimi davranmasına baxmayaraq, Fransanın müstəmləkəçilik ideyaları Qafqazda arzuladığı planlaşdırdığı istiqamətdə davam etməyib. Xüsusən Azərbaycanın Vətən müharibəsində Ermənistanın timsalında həm , əslində, Fransanı məğlub etməsi Paris üçün əsl fiasko oldu. Vətən müharibəsi dövründə sonrakı mərhələdə Parisin ardıcıl, lakin məğlubiyyətlə nəticələnən hücumlarının ardınca Qoşulmama Hərəkatının Sədri cənab İlham Əliyevin cavab həmləsi Fransa müstəmləkəçilik tarixində çöküş dövrünün başlanmasına səbəb oldu.

2022-ci il noyabrın 1-də Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak edən Prezident İlham Əliyevin qlobal miqyasda ilk dəfə Fransanın əsl simasını ifşa etdiyini Əlcəzair xalqına qarşı törətdiyi, 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmiş zorakılığın, kütləvi qəddarlığın unudulmaması üçün ərəb-islam dünyasına səsləndiyini xatırladan deputat bildirib ki, dövlət başçısı bu faciəni unutmayaraq, gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməli olduğumuzu deyib. "Bu il martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə cənab İlham Əliyev prosesləri bir az da irəli apararaq Fransanı Afrika, Cənub-Şərqi Asiya digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə soyqırımı aktlarına görə üzr istəməyə məsuliyyətini etiraf etməyə çağırdı. Bu, Fransanın müstəmləkəçilik siyasətinə qarşı mübarizədə yeni mərhələ idi proses özünün daha dolğun istiqamətdə nəticələrini çox gözlətmədi. İyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində Fransanın istismar etdiyi müstəmləkələrin nümayəndələri ədalət azadlıq uğrunda apardıqları mübarizədə həmrəylik şəbəkələrini strukturlaşdırmaq üçün Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəldi yekun bəyannamə qəbul edildi", - deyə o əlavə edib.

Deputatın sözlərinə görə, sonrakı dövrdə Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəçiliyi ilə mübarizədə nüfuzlu platformaya çevrilməyə məhz Azərbaycan Prezidentinin dəstəyi ilə uğurlu fəaliyyət nümunəsi ortaya qoymağa başlayıb. Bu il sentyabrın 22-də ABŞ-nin Nyu York şəhərində yerləşən BMT-nin mənzil-qərargahında "Dekolonizasiya: Sakit İnqilab" adlı konfrans, ardınca oktyabrın əvvəllərində BMT Baş Assambleyasının Siyasi dekolonizasiya məsələləri üzrə 4-cü komitəsində Bakı Təşəbbüs Qrupunun məruzəsinin dinlənilməsi Fransanın müstəmləkə siyasətinin dünya birliyinə çatdırılması baxımından önəmli hadisələr oldu.

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda 14 ölkənin, eləcə Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsika təmsilçilərinin iştirakı ilə "Neokolonializm: İnsan hüquqlarının pozulması ədalətsizlik" adlı beynəlxalq konfransın keçirilməsi təsisatın artıq müstəqil qlobal subyekt kimi özünü doğrultduğunu göstərməklə bərabər, həm qlobal miqyasda şər yuvasına çevrilmiş Fransa ilə onun başa düşdüyü dildə danışılmağa başlandığını göstərir.

Keçmiş müstəmləkələrində dövlətlərin daxili işlərinə kobud şəkildə müdaxilələr edən, habelə hazırkı koloniyalarında insan hüquqlarını pozan Fransanın ifşa edilməsi ayrı-ayrı bölgələrdə, o cümlədən Cənubi Qafqazda Parisin əsl simasını göstərmək üçün çox önəmlidir. Hadisələrin inkişafı isə Azərbaycanın bu prosesdə fəallığının, Fransanın müstəmləkəçilik yeni müstəmləkəçilik siyasətinə qarşı mübarizədə prinsipial mövqeyinin qədər əsaslı olduğunu təsdiq edir. Bakı Təşəbbüs Qrupunun üzvləri etiraf edirlər ki, məhz cənab İlham Əliyevin qətiyyəti sayəsində, BMT Baş Assambleyası tərəfindən 75/123 nömrəli "Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onillik" adlı qətnamənin qəbulunun yaratdığı imkanlardan istifadə edərək, nəhayət, haqlarına qovuşmaq imkanı əldə ediblər. Bu, eyni zamanda Qoşulmama Hərəkatı tarixində xüsusi səhifə sayılmalıdır, çünki Hərəkat fəaliyyəti tarixinin heç bir dövründə təsis məqsədlərinə doğru bu qədər effektiv nəticələrə nail olmayıb.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 24 oktyabr, № 232.- S.7.