Azərbaycanın xarici işlər naziri Tehranda “3+3” formatının nazirlər səviyyəsində keçirilən birinci görüşündə iştirak edib

 

Oktyabrın 23-də xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Tehran şəhərində “3+3” regional məşvərət formatının nazirlər səviyyəsində keçirilən birinci görüşündə iştirak çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir çıxışında qeyd olunan formatın regional problemlərin region ölkələri tərəfindən həlli yollarını nəzərdən keçirmək məqsədilə yaradıldığını qeyd edib.

Platformanın mövcud ikitərəfli digər əməkdaşlıq formatlarını tamamlamaq, regionda təhlükəsizliyi sabitliyi gücləndirmək, iqtisadi artım tərəqqi naminə istifadə edilməmiş potensialı üzə çıxarmaq üçün əhəmiyyətli potensiala malik olduğunu bildirib.

Region ölkələrinin qarşılıqlı fəaliyyət əməkdaşlığının təməl daşı kimi suverenliyə, ərazi bütövlüyünə bir-birilərinin sərhədlərinin toxunulmazlığına hörmətin, daxili işlərə qarışmamağın vacibliyini vurğulayıb.

Nazir çıxışında Azərbaycan, Gürcüstan Türkiyənin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin, Rusiya, Azərbaycan İranın iştirakı ilə Şimal-Cənub dəhlizinin Azərbaycan-İran-Türkiyə üçtərəfli formatının yalnız bir dövlətin xeyrinə deyil, hər kəsin ortaq mənfəəti olduğunu əyani şəkildə nümayiş etdirdiyini, bu layihələrin formatların müsbət təsirinin region ölkələri ilə məhdudlaşmadığını daha geniş coğrafiyada tərəfdaşlarımızı əhatə etdiyini diqqətə çatdırıb. Regional bağlantıların təşviqinin yalnız tranzit nəqliyyat sahələrində deyil, enerji təhlükəsizliyi energetika kimi sahələrdə istifadə olunmamış geniş potensialdan faydalanmaq üçün vacib olduğunu qeyd edib. Region ölkələri arasında bağlantıların iqtisadi faydaları ilə yanaşı, müsbət qarşılıqlı asılılığa təkan vermək beləliklə, sülh sabitliyə töhfə vermək baxımından da eyni dərəcədə əhəmiyyətli olduğunu bildirib.

Nazir çıxışında Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında İran İslam Respublikasının ərazisindən keçməklə nəqliyyat əlaqələrinin yaradılması istiqamətində son inkişafların xüsusi əhəmiyyət kəsb etdiyini, infrastruktur layihələrinin tezliklə yekunlaşdırılması bu marşrutun istismara verilməsinin regionumuzda bu iki dövlət arasında qarşılıqlı faydalı əməkdaşlığa xidmət edəcəyini, həmçinin Avrasiyada nəqliyyat tranzit potensialının artırılması üçün yeni bağlantı arteriyasını yaradacağını vurğulayıb.

O, Azərbaycan ərazilərinin işğalına son qoyulması suverenliyimizin tam bərpasının Azərbaycan Ermənistan arasında münasibətlərin normallaşması üçün yeni perspektiv açdığını diqqətə çatdırıb. Nazir Azərbaycanla Ermənistan arasında münasibətlərin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması hörmət əsasında normallaşmasının təkcə bu ölkələrin xeyrinə olmayacağını, həm əməkdaşlıq tərəqqi üçün istifadə edilməmiş potensialdan faydalanmağa imkan yaradacağını bildirib.

Nazir çıxışında Azərbaycanın Ermənistanla bir-birinin legitim maraqlarına qarşılıqlı hörmət əsasında ədalətli bərabərhüquqlu sülh təklifini bir daha diqqətə çatdırıb sülh müqaviləsi çərçivəsində məsələlərin tezliklə yekunlaşması məqsədilə Ermənistan tərəfindən qarşılıqlı addımlar konstruktiv yanaşma gözlədiyimizi, tam regional normallaşma üçün bu unikal şansın bir daha əldən verilməyəcəyinə ümidvar olduğumuzu diqqətə çatdırıb.

 

Azərbaycan.-2023.- 24 oktyabr, № 232.- S.4.