Fransa sülhə qarşı çıxır

 

Parisin avantüraları İrəvanın başında çatlayacaq

 

Fransanın Ermənistana hərbi dəstək verməsi yenilik deyil. Paris işğal dövründə İrəvanla əməkdaşlıq edib. Bu ölkə müharibə postmüharibə dövründə Ermənistanın hərbi arsenalının genişləndirilməsinə kömək göstərib. Görünən odur ki, Fransa Cənubi Qafqazda sülh əmin-amanlığın bərpasında maraqlı deyil. Əksinə, revanşizmə təkan verməklə regionda vəziyyətin pisləşməsi üçün əlindən gələni edir.

Milli Məclisin deputatı Elman Nəsirov qəzetimizə açıqlamasında qeyd edib ki, Fransanın birmənalı şəkildə Ermənistanı müdafiə etməsi yeni hadisə deyil. Lakin son zamanlar bu prosesi daha radikal aparmağa başlayıb.

"Fransanın xarici işlər naziri Katrin Kolonnanın Ermənistana son səfəri zamanı söylədiyi fikirlər indi reallaşmağa başlayıb. O, Ermənistanın təhlükəsizliyi məsələsinin Fransa üçün strateji əhəmiyyət kəsb etdiyini bu məntiqlə Ermənistanla hərbi-texniki əməkdaşlıq sahəsində müqavilə imzalamağı planlaşdırdıqlarını bildirmişdi. Fransanın müdafiə naziri bildirib ki, yaxın zamanda bu istiqamətdə həlledici addımlar atılacaq Ermənistanı məhz Fransa silahlandırmağa başlayacaq", - deyə deputat bildirib.

Elman Nəsirov deyib ki, Fransa regionda sülhün təhlükəsizliyin təmin olunmasında maraqlı olmadığını hər addımında sübut edir: "Fransa Ermənistanı silahlandırmaqdan əl çəkmir. Görünən odur ki, rəsmi Paris qarşıdakı illərdə yeni müharibə ocağının yaradılması üçün çalışır. Beləliklə, Afrikadan hər gün bir az qovulan Fransa kompensasiya olaraq məkan baxımından Cənubi Qafqazı, bir qədər konkretləşdirsək, Ermənistanı özü üçün seçib. Ona görə Ermənistandan sui-istifadə edərək regionda öz maraqlarını təmin edir".

Deputatın dediyinə görə, Fransa belə davranışlar sərgiləməklə Cənubi Qafqazı dünyanın ən qaynar nöqtələrindən birinə çevirmək istəyir: "Hazırda ərazilərində müharibə gedən İsrail, Fələstin, Rusiya Ukraynanın sıralarında Cənubi Qafqazı da görmək istəyir. Ermənistan dövləti, onun ali siyasi rəhbərliyi isə Fransanın bu riyakar məqsədinin reallaşması üçün əlindən gələn hər şeyi edir".

Elman Nəsirov həmçinin bildirib ki, Fransanın bütün bu cəhdləri Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaq, nailiyyətlərimizin qarşısını almaq potensialında deyil. Çünki bizim işimiz haqq işidir Azərbaycanın heç bir dövlətin torpağında gözü yoxdur. Biz öz ərazi bütövlüyümüzü təmin etmişik, qoruyuruq bizə ünvanlanmış istənilən təhlükəni rədd etmək imkanına sahibik. Fransa isə bu son davranışları ilə bir daha öz mahiyyətini ortaya qoyur.

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2023.- 24 oktyabr, № 232.- S.7.