Füzuli teatrı sərhəd qoşunlarının əsgər zabitlərinə tamaşa göstərib

 

Füzuli Dövlət Dram Teatrı dramaturq Xaqani Əliyevin "Molla Nəsrəddin" komediyasını sərhəd qoşunlarının əsgər zabitləri qarşısında nümayiş etdirib.

Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadədir.

Tamaşada rolları Sehran Xanlarov, İntizar Quliyeva, Asif Şirinov, Qaçaq Qarayev, Əli Hüseynov, Sevinc Məmmədova, Şəlalə Nəsirova, Elçin Məmmədov, Vüqar Babayev, Emin Abışov, Vüsal Həsənov başqaları ifa ediblər.

Keçmişlə bu günün sintezi olan tamaşa Molla Nəsrəddinin evlənmə hekayəsindən bəhs edir. Şən musiqilər kütləvi rəqslərlə bol olan tamaşada maraqlı gülməli hadisələr bir-birini əvəz edir.

Xoş əhvali-ruhiyyə yaradan tamaşadan sonra yaradıcı qrup zabit əsgərlərimizlə xatirə şəkli çəkdirmişdir.

 

Azərbaycan.-2023.-24 oktyabr, №232.-S.11.