Prezidentin iqtisadi siyasəti yeni müstəvidə modern mərhələdə davam edir

 

Bunu Sumqayıt Kimya Sənaye Parkında açılışını etdiyi istehsal müəssisələrinin fəaliyyəti təsdiqləyir

 

Azərbaycandakı  sənaye qurumlarını əhatə edən park, zona, məhəllələr  neftdən asılılığı azaltmaqla yanaşı, qeyri-neft sektorunun davamlı inkişafını önə çəkən  bir mexanizmdir. Bu mexanizm daxili məhsul istehsalını ildən-ilə artırmaq məhsul bolluğu yaratmaqla  ixrac həcminin  genişlənməsinə yol açır.

Həmin yolda "irəliləyən" sənaye parkları, zona məhəllələri  bir-biri ilə rəqabətə girmək üçün innovativ texnologiyaların üstünlüklərini mənimsəməklə sahibkarlığı  dəstəkləmiş olur, xarici investorlara "qapı açır", eləcə əmək qabiliyyətli əhalini istehsal sahəsinə cəlb edərək onların məşğulluğunu təmin edirlər.

Sənaye parklarının coğrafi baxımdan doğru seçilməsi, nəqliyyat-kommunikasiya çıxışlarına yaxın olması kimi məsələlər önəmlidir. Təcrübə göstərir ki, sənaye parkı sahələri mükəmməl rabitə nəqliyyat infrastrukturuna, elektrik enerjisinə giriş imkanlarına işçi qüvvələri ehtiyatı olan ərazilərdə yerləşməli, keyfiyyətli hərtərəfli infrastruktur imkanlarına malik olmalıdır. Çünki bu faktorlar  investisiya cəlbediciliyini artırır, layihələrin inkişafına təkan verir, eləcə kiçik orta biznes müəssisələrinin gəlir əldə etməsi imkanlarını asanlaşdırır. Sumqayıt Kimya Sənaye Parkı məhz bu parametrlərə cavab verən bir ərazidir. Bu, Azərbaycanda yaradılan ilk sənaye parkıdır. Park qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək əhalinin istehsal sahəsində  məşğulluğunu artırmaq məqsədilə yaradılıb. Bu sənaye parkı yeni növ məhsullar istehsal edərək  davamlı surətdə ixrac potensialını artırır.

 İqtisadiyyat Nazirliyinin verdiyi məlumata görə, indiyədək Sumqayıt Kimya Sənaye Parkına rezidentlər tərəfindən 5,3 milyard manatdan çox sərmayə yatırılıb, 6400-dən artıq daimi yeri yaradılıb. Mövcud layihələr üzrə sənaye parkına əlavə olaraq 386 milyon manat investisiyanın yatırılması, 2000-dən artıq daimi yerinin yaradılması nəzərdə tutulur. Bu günədək parkın rezidentləri tərəfindən ümumilikdə 8,67 milyard manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 3,12 milyard manatdan çox hissəsi (təxminən 36 faizi) ixracın payına düşür. Cari ilin birinci yarısında Sumqayıt  Kimya Sənaye Parkında 1,3 milyard manatlıq məhsul istehsal olunub, 446,3 milyon manatlıq məhsul ixrac edilib. 2023-cü ilin  birinci yarısında 1,3 milyard manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 15,2 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə 19,6 faiz olub. Sənaye parkında istehsal olunan məhsullar dünyanın 60-a yaxın ölkəsinə - Türkiyə, Yaponiya, ABŞ, Kanada, İtaliya, Çin, Rusiya, Ukrayna, Belarus, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Finlandiya, Niderland, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, İraq s. ölkələrə ixrac edilib.

Parkda ümumi investisiyaların həcmi təqribən 5,8 milyard manata yaxın olan 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Cənubi Qafqazın ən böyük sənaye parkı olan bu ərazidə iki gün əvvələ  kimi  rezidentlərdən 20-si fəaliyyət göstərirdi. Oktyabrın 23-də isə Prezident İlham Əliyev "Azərbaycan Vanhong Ceramics Co." MMC, "Novus Plastica" MMC "UPI - Universal Packing Industry" QSC-nin açılışını etməklə Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı 23-ə çatdı.

Öncə  parkda "Çinar-Servis" İstehsal-kommersiya firmasının Texniki qazların istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak edən dövlət başçısına məlumat verildi ki, şirkət sənaye parkının 2 hektara yaxın ərazisində sıxılmış azot, oksigen, arqon maye helium qaz məhsullarının istehsalı ilə məşğul olacaq.

 Sumqayıt Kimya Sənaye Parkının yeni  rezidentlərindən biri  "Novus Plastica" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Prezident İlham Əliyev "Novus Plastica" MMC-nin Polimer qatqıları istehsalı müəssisəsinin açılışını etməzdən əvvəl dövlət başçısına məlumat verildi ki,  3,5 hektar ərazidə inşa edilmiş müəssisədə iki növ məhsulun - polietilen borular üçün qara karbon konsentrat qatqısının sənaye sahəsində qablaşdırmada istifadə edilən polietilen örtüklərin istehsalı həyata keçirilir. İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə istehsal olunan məhsulların daxili bazarda satışı ilə yanaşı, Türkiyəyə, MDB ölkələrinə ixracı da planlaşdırılır. İnvestisiya kapitalı 12,1 milyon manatdan çox olan müəssisədə 50-dək insan daimi işlə təmin ediləcək.  "Universal Qablaşdırma Sənaye" Qapalı Səhmdar Cəmiyyətinin Qablaşdırma məhsulları istehsalı "Azərbaycan Vanhong Ceramics Co." MMC-nin Keramik plitələr istehsalı müəssisələri haqqında da İlham Əliyevə ətraflı məlumat verildikdən sonra hər iki istehsal müəssisənin açılışı oldu.

Dövlət başçısının  bir sənaye parkında eyni vaxtda 3 istehsal müəssisəsinin açılışında, "Çinar-Servis" İstehsal-kommersiya firmasının Texniki qazların istehsalı müəssisəsinin "Kartaş Kimya" MMC-nin Tikinti kimyəvilərinin istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak etməsi o deməkdir ki, Azərbaycan yeni davamlı uğurların uzunömürlü xoşbəxt gələcəyin astanasındadır. Reallıq onu  da diktə edir ki, Azərbaycan həqiqətən zəngin bir ölkəyə çevrilmək mərhələsini çoxdan keçib. Respublikamızda qeyri-neft sektorunun yüksək inkişaf perspektivləri iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın yaxın onillikdə qeyri-neft məhsullarının ixracatçısı kimi dünyada böyük nüfuza malik olmasını təmin edəcək. Bu gün iqtisadi siyasətin yeni müstəvidə modern mərhələdə gücləndirilməsi birbaşa Prezident İlham Əliyevin sənaye  sektoruna verdiyi diqqətin qayğının təzahürüdür. Bu gün qeyri-neft sahələrinin innovativ iqtisadiyyatın baş xəttinə çevrilməsi, kiberinformasiya cəmiyyətinin formalaşdırılması, ən yeni kreativ texnologiyaların meydanının genişləndirilməsi   İlham Əliyevin hədəflədiyi sahələrdir.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2023.- 25 oktyabr, ¹ 232.- S.9.