Arif BabayevəAzərbaycan Respublikası Prezidentinin fəxri diplomutəqdim edilib

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli oktyabrın 24-də görkəmli muğam ustadı, bu il anadan olmasının 85 illiyi qeyd olunan Xalq artisti, Prezident təqaüdçüsü Arif Babayevi evində ziyarət edib.

AZƏRTAC xəbər verir ki, nazir görkəmli muğam ustadının əlamətdar yubileyinin müxtəlif tədbirlərlə qeyd edildiyini bildirib, Prezident İlham Əliyevin 21 fevral 2023-cü il tarixli Sərəncamı ilə Arif BabayevinAzərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülməsinin sənətkarın fəaliyyətinə göstərilən diqqətin təzahürü olduğunu söyləyib.

Sonra dövlət təltifi xanəndəyə təqdim edilib.

Arif Babayev sənətinə verilən yüksək qiymətə Azərbaycan muğamının inkişafına göstərdikləri diqqət qayğıya görə Prezident İlham Əliyevə Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

 

Azərbaycan.-2023.- 25 oktyabr, ¹ 232.- S.11.