Əməkdaşlığımızın dərinləşməsi tərəfdaşlığımızın yüksək səviyyəsindən xəbər verir

 

Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevə

 

                                                                                                                                   

Hörmətli Kasım-Jomart Kemeleviç,

25 Oktyabr – Respublika Günü münasibətilə Sizə Sizin simanızda bütün xalqınıza öz adımdan Azərbaycan xalqı adından ən səmimi təbriklərimi xoş arzularımı çatdırıram.

Qazaxıstan sürətlə inkişaf edən, gündən-günə müasirləşən güclənən dövlətdir. Sizin qətiyyətli rəhbərliyiniz altında aparılan əhəmiyyətli islahatlar ölkənizin sosial-iqtisadi yüksəlişini, beynəlxalq aləmdə nüfuz qazanmasını təmin etmişdir.

Biz dərin tarixi kökləri olan, qardaşlıq qarşılıqlı etimad üzərində qurulmuş bu gün yeni məzmun kəsb edən Azərbaycan-Qazaxıstan münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Çoxşaxəli əlaqələrimiz, həm ikitərəfli, həm çoxtərəfli müstəvidə səmərəli qarşılıqlı fəaliyyətimiz dövlətlərarası münasibətlərimizi səciyyələndirən əsas cəhətlərdəndir. Daim genişlənən siyasi dialoq ilə yanaşı iqtisadiyyat, nəqliyyat, logistika, infrastruktur, enerji, humanitar digər sahələrdə əməkdaşlığımızın dərinləşməsi tərəfdaşlığımızın yüksək səviyyəsindən dinamik inkişafından xəbər verir.

Əminəm ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə Azərbaycan ilə Qazaxıstan arasında müstəsna xarakter daşıyan əlaqələrin möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq rifah diləyirəm.

 

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2023-cü il

Azərbaycan.-2023.- 26 oktyabr, ¹ 234.- S.1.