İcma: Simonyan başa düşə bilmir ki, Azərbaycan Ermənistanı təkcə döyüş meydanında deyil, diplomatik müstəvidə darmadağın edib

 

 

Qərbi Azərbaycan İcması Ermənistan parlamentinin sədri Alen Simonyanın öz ampluasına sadiq qalaraq Azərbaycanla bağlı növbəti dəfə diletant gülünc açıqlamalar verməsi ilə bağlı bəyanat verib.

İcmadan AZƏRTAC-a daxil olan bəyanatda deyilir: "Tutduğu vəzifənin məsuliyyətini, dediyi sözlərin mahiyyətini dərk etməyən A.Simonyan heç cür başa düşə bilmir ki, Azərbaycan Ermənistanı təkcə döyüş meydanında deyil, diplomatik müstəvidə darmadağın etmişdir. A.Simonyan kimilərinin İkinci Qarabağ müharibəsi zamanı ondan sonra çox belə boğazdan yuxarı sözlərinin şahidi olmuşuq.

Yalnız A.Simonyan təfəkküründə olan şəxs tez-tez parlamentin iclaslarında deputatları təhqir edib, müxalifətçinin üzünə nümayişkəranə şəkildə tüpürüb Ermənistanındemokratik ölkəolduğunu iddia edə bilər".

 

Azərbaycan.-2023.- 26 oktyabr, № 234.- S.3.