Müstəmləkəçi dövlətin çirkin siyasəti

 

Fransa ənənəsinə sadiq qalaraq yeni münaqişələr üçün zəmin yaradır

 

Tarixboyu regiondan kənarda yerləşən qüvvələrə arxalanaraq bölgə dövlətləri əleyhinə reallaşdırılan çirkin planların içərisində yer alan Ermənistan zaman-zaman müxtəlif "güc"lərin oyuncağına çevrilib. İrəvan xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra teatr tamaşalarında istifadə olunan marionet kuklaları kimi məhz Fransanın idarəsi ilə hərəkətə keçərək, özünə aid olmayan işlərə əl-qol atır.

Ermənistanın ipini əlində saxlayan Paris Cənubi Qafqazdakı maraqlarını təmin etmək üçün revanşistləri şirnikləndirir, separatçılarla hərbi əməkdaşlığa başlayır, silah alış-verişini rəsmiləşdirir, əleyhimizə bəyanatlar yayır. Lakin daim müstəmləkəçi siyasət yürüdən, işğalçıları dəstəkləyən, etnik dini mənsubiyyətinə görə milyonlarla insanın hüquqlarını pozmaqdan çəkinməyən bu dövlət riyakar davranışları ilə mənfəət xətrinə müdafiəsinə qalxdığı Ermənistandan, eləcə özünə təhlükə kimi gördüyü Rusiyadan regionda sıxışdırmağa çalışdığı Azərbaycandan daha çox, elə özünə ziyan vurduğunu unudur.

 

Paris sülhə əngəl törədir

 

Bədnam qonşumuzu özünün Cənubi Qafqaz avantürasının qurbanına çevirən Fransa, bölgəyə silah-sursat göndərməklə yeni münaqişələr üçün zəmin yaradır. Bu il sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərindən sonra Fransa xüsusilə fəallaşıb, regionda sülhə əngəl törətməkdən ötrü əlindən gələni əsirgəmir.

Açıq-aydın görünür ki, Vətən müharibəsində Qarabağ Şərqi Zəngəzuru işğaldan azad edərək fərsiz Minsk qrupunun 28 il ərzində icra edə bilmədiyi qətnamələri təkbaşına reallaşdıran, cəmi 23 saat ərzində öz suverenliyini tam bərpa edən Azərbaycanın gücünə rəsmi Paris qısqanclıqla yanaşır. Əks halda, İrəvanda daimi hərbi attaşenin təyinatına hazırlıq görməz, Ermənistanın silah-texnika parkını yeniləməyə çalışmazdı. Bir müddət öncə bu ölkənin xarici işlər naziri Ketrin Kolonnanın İrəvana səfəri zamanı ilkin əlamətləri görünən Fransa-Ermənistan hərbi əməkdaşlığı istiqamətində ciddi addımlar atılması da bu iyrənc siyasətin tərkib hissəsidir.

Azərbaycanın bölgədəki erməni silahlı birləşmələrini tərksilah etməsindən sonra sülh gündəliyini irəli sürdüyü halda, Fransanın Cənubi Qafqaz regionunda destruktiv siyasətini davam etdirməsi ağlasığan deyil. Bu, yalnız burulğandan xilas olmağa çalışan birinin saman çöpündən yapışmasına bənzəyir. Ona görə fransızlar erməniləri silahlandırmaqla nəyəsə nail olacaqlarını düşünürlərsə, yanılırlar. Unudurlar ki, fransız silahları İkinci Qarabağ savaşı zamanı Ermənistanın istifadə etdiyi silahlardan heç ilə fərqlənməyəcək.

 

Müstəmləkəçilərin ən qəddarı

 

Fransa qədər maskalanmağa çalışsa da, bəşəriyyətin düşməni rolunda çıxış etdiyini gizlədə bilmir. Hər zaman kolonializm tarixinin qanlı cinayətlərinə müəlliflik edən Paris bu gün milyonlarla soydaşının müdafiəsinə qalxan, haqqı ədaləti tələb edən ölkəmizə qarşı çıxmaqla riyakar ənənəsini hələ davam etdirdiyini göstərir.

Hazırda İsraillə Fələstin arasında gedən döyüşlərin dayandırılmasında deyil, alovlanmasında maraqlı olması da Fransanın aqressiv xarici siyasətindən xəbər verir. Bütün bunlar təsdiqləyir ki, bu ölkə beynəlxalq hüququn norma prinsiplərinin pozulmasına adi hal kimi yanaşır, insanlıq əleyhinə ən çirkin əməllərə əl atmaqdan çəkinmir cinayətkarlari dəstəkləməkdən zövq alır.

Prezident İlham Əliyevin Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması Ədalətsizlik" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində Fransa haqda bir sıra həqiqətlərin bəyan edilməsi bu ölkənin kolonializm siyasətini bir daha ifşa etdi. Müraciətdə bildirildi ki, "Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir. Fransız silahlı qüvvələri etnik dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoymuşdur".

Ümumiyyətlə, Fransanın müstəmləkəçi dövlət olması, Yaxın Şərq Afrikada hər gün insanların hüquqlarını pozması həmin müstəmləkələrdə məskunlaşanların əksəriyyətini müsəlmanların təşkil etməsi hər kəsə yaxşı məlumdur. Fransa islamofobiyanı, erməni lobbisinin təsiri altında, onların hər dediyi ilə oturub-duraraq türkofobiyanı ölkənin dəyişməz gündəminə çevirib.

 

Fransa cinayətkarların hamisidir

 

Otuz il əvvəl erməni təcavüzü ilə soyuqda-boranda donan məsum körpələrimiz, alçaldılan qız-gəlinlərimiz, işgəncəyə məruz qalan yaşlı insanlarımız əzab çəkəndə, bir milyona yaxın azərbaycanlı dədə-baba yurdundan zorla qovulanda Fransa niyə susurdu? Müsyö madam senatorlar niyə haqlı mübarizəmizdə bizə dəstək vermək üçün heç olmazsa, bircə dəfə olsun Ermənistanın işğalını təcavüzünü pisləyən bəyanat vermədilər ya qərar qəbul etmədilər?!

Necə olur ki, Azərbaycanın davamlı şanlı zəfərlərindən sonra sözügedən qüvvələr canfəşanlıq edərək terrorçulara qahmar çıxırlar.

Demək,  özünü "demokratiya çarçısı" hesab edən Fransa da heç haqq-ədaləti olmayan, hətta müstəmləkəçilərin, işğalı, terroru dəstəkləyənlərin, müxtəlif cür soyqırımı qətliam törədənlərə hamilik edənlərin elə ən qəddarı imiş. Amma terrorçulara qucaq açan, onlardan sui-istifadə edərək öz maraqları naminə regionda gərginlik yaratmaqda maraqlı olan qüvvələr başa düşməlidirlər ki, bizim "dəmir yumruğ"umuz əvvəlkindən möhkəm əyilməzdir, sadəcə olaraq Azərbaycan humanistdir riyakar davranışların dərsini vermək üçün ən doğru məqamı gözləyir. Xalqımız bu gün nəyi necə zaman etməyi hamıdan yaxşı bilən bir liderlə, Prezident İlham Əliyevlə yoluna davam edir. Bu baxımdan, başda Fransa olmaqla bir sıra dövlətlərin Azərbaycanın yaratdığı xarici siyasət modelini örnək götürmələri, "gözləməyi bilmək uğurun sirridir" məşhur məsəli tez-tez təkrarlamaları yerinə düşərdi.

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2023.- 26 oktyabr, № 234.- S.8.