Azərbaycan-Türkiyə birliyinin daha bir nümunəsi

 

İki qardaş dövlət ilk dəfədir ki, belə genişmiqyaslı hərbi təlim keçirir

 

Azərbaycan-Türkiyə  arasındakı dostluq qardaşlıq münasibətləri bütün dünyaya bir örnəkdir. Eyni kökə malik xalqlarımızı dil-din birliyi, qədim tarixə malik  adət-ənənələr, oxşar mədəniyyət birləşdirir. Tarixin ən çətin anlarında bir-birinə sədaqət nümunəsi göstərən bu iki qardaş dövlət zamanın imtahanlarından üzüağ çıxıb.

Dünyada baş verən siyasi kataklizmlər, bir-birini sürətlə əvəzləyən siyasi-hərbi toqquşmalar, heç kimə sirr olmayan xristian təəssübkeşliyi, eyni zamanda dövlət başçıları arasında olan qarşılıqlı dostluq münasibətləri Azərbaycan-Türkiyə münasibətlərini daha möhkəm, sarsılmaz edib.

Azərbaycan Ordusu ilə Türkiyə Silahlı Qüvvələri hərbi qulluqçularının birgə  iştirakı ilə keçirilən genişmiqyaslı "Mustafa Kamal Atatürk-2023" taktiki təlimləri bu iki qardaş dövlətin birliyinin məntiqi nəticəsidir.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, ilk dəfədir ki, iki qardaş dövlətin silahlı qüvvələri belə genişmiqyaslı hərbi təlim keçirlər. Təlimlər Bakı şəhərində, Naxçıvan Muxtar Respublikasında azad olunmuş ərazilər daxil olmaqla Azərbaycanın müxtəlif istiqamətlərində keçirilir. Təlimlərə iki qardaş ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya uçuş vasitələri, eləcə mühəndis texnikası kiçik botlar cəlb olunub.

 Müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar təlimlərdə  icra edilir.

Təlimlərdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsinə, idarəetmənin təkmilləşdirilməsinə, təcrübə mübadiləsi şəxsi heyətin peşəkarlığının artırılmasına yönəlib.

İlk dəfə keçirilən genişmiqyaslı birgə təlim haqqında açıqlama verən Müdafiə Nazirliyinin rəsmisi general-mayor Eyvaz Cəfərov bildirib ki, iki qardaş dövlətin silahlı qüvvələrinin birgə keçirdiyi təlim yüksək səviyyədə qəbul edilmiş qərarların nəticəsidir. Tərəflər bu təlimi keçirməklə hər iki dövlət rəhbərliyinin qarşıya qoyduğu mühüm tapşırıqları icra edirlər: "Bu təlimlər Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması, əməliyyat uzlaşmasının əldə edilməsi, o cümlədən regionda təhlükəsizlik stabilliyin təmin edilməsi baxımından çox vacibdir".

Dünya mətbuatının gündəmini zəbt edən Azərbaycan-Türkiyə silahlı qüvvələrinin  birgə hərbi təlimi heç kimi narahat etməməlidir. Şərti adı "Mustafa Kamal Atatürk-2023" adlanan təlimlər hər iki dövlətin gündən-günə güclənən silahlı qüvvələrinin qüdrətini nümayiş etdirməklə yanaşı, sülhə, təhlükəsizliyə xidmət edir. Türk dövlətlərinin birliyi böyük Mustafa Kamal Atatürkün dediyi kimi, yurdda sülh, cahanda sülh deməkdir.

Xatırladaq ki, Azərbaycan-Türkiyə birgə təlimləri bundan sonra hər il növbə ilə Azərbaycanda Türkiyədə keçiriləcək. Bu iki qardaş xalqın gücü birliyindədir.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2023.- 26 oktyabr, № 234.- S.10.