İşğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı böyükdür

 

Qarabağ Şərqi Zəngəzur Azərbaycanın faydalı qazıntılarla zəngin olan ərazilərindəndir. Hələ 1990-cı illərdə Ermənistanın işğalına məruz qalanadək həmin yerlərdə sənaye əhəmiyyətli yataqlar, çoxsaylı filiz qeyri-filiz mineral xammal ehtiyatı müəyyən edilmişdi. Qarabağ bölgəsi ətraf rayonlarda 167 faydalı qazıntı yatağı kəşf olunaraq ehtiyatları hesablanmışdı. O da istisna edilmirdi ki, kəşf olunan, ehtiyatları təsdiqlənən faydalı qazıntı yataqları hələ son deyil.

Ermənistanın işğalına qədər Qarabağ Şərqi Zəngəzurun bütün əraziləri özünəməxsus florası faunası ilə heyranedici, yeraltı yerüstü sərvətləri ilə heyrətamiz idi. Erməni təcavüzkarlarının əsarətinə düşənədək - 1993-cü ilədək Kəlbəcər rayonunda təsdiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları belə idi:  130 ton qızıl, 190,33 ton gümüş, 45,82 ton tellur, 248,89 ton selen, 939 ton civə, 10 927 min kubmetr mişar daşı, 1 312 min kubmetr gil, 2 540 min kubmetr qum-çınqıl, 5189,6 ton əlvan daş, gündəlik ehtiyatı 3093 kubmetr/gün mineral su, 12 428 min kubmetr tikinti daşı, 1 901 min kubmetr üzlük daşı 4 473 min kubmetr sement xammalı. Kəlbəcərlə eyni taleyi yaşamış Zəngilanda isə 1993-cü ilədək tədqiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları -  6,52 ton qızıl, 10,75 ton gümüş, 2 942 min ton mis konsentratı, 29 milyon m3 inşaat daşı, 14 milyon m3 çınqıl, 6 618 min m3  üzlük daşı,  1,1 milyon m3 gil, 2,5 milyon m3 qum, gündəlik ehtiyatı 18000 m3/gün  yeraltı içməli su 129 833 min ton soda üçün əhəng materialı var idi. 1990-ci illərdə ermənilərin ələ keçirdikləri Qubadlı, Laçın digər əraziləmiz təbii sərvətləri ilə olduqca zəngindi.

Erməni işğalçıları həmin faydalı yataqları uzun illər intensiv istismar etdilər. Qəsbkarlar tərəfindən on illər ərzində təbii sərvətlərimiz vəhşicəsinə talanaraq daşınıb aparıldı. Təəssüf ki, Azərbaycanın təbii sərvətlərini istismar etməkdə erməni işğalçılarına onların qapı açdıqları bəzi xarici şirkətlər investorlar yaxından kömək etdilər.

2020-ci ildə Vətən müharibəsi Azərbaycanın Zəfəri ilə başa çatdı. Böyük qələbədən sonra otuz ilə yaxın işğalda qalmış ərazilərimizdəki yenidən dövlətimizin nəzarəti altına qaytarılan yataqlarda monitorinqlərin həyata keçirilməsinə başlanıldi.

Ermənistanın otuz il ərzində Azərbaycan dövlətinə xalqına vurduğu maddi mənəvi ziyan saya-hesaba gəlməz dərəcədə böyükdür. Erməni işağlının başa çatdığı vaxtdan keçən müddət ərzində buna daha da əmin oluruq.

Təsəlli verən, sevindirən odur ki, Qarabağ Şərqi Zəngəzur torpaqları artıq azaddır. indi həmin ərazilərdə Böyük Qayıdış Proqramı çərçivəsində misilsiz işlər həyata keçirilir. Erməni vandallarının vəhşi əməllərindən qurtulmuş təbiət rahat nəfəs alır.

Təcavüzkar ermənilər işğal müddətində Qarabağ Şərqi Zəngəzurun qədim meşələrinə, saf su hövzələrinə belə qənim kəsilmişdilər. Nadir ağacları kəsib aparırdılar. İndi həmin yerlərdə yeni meşə zolaqları salınır.

Oktyabrın 24-də Laçın şəhərində keçirilən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdirinin müavini, İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov İdarələrarası Mərkəzin işi ilə bağlı, eləcə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Şərqi Zəngəzurda həyata keçirilən layihələr, Laçın şəhərinə əhalinin köçürülməsi işlə təmin olunması ilə bağlı görülən işlər, hazırda icrası davam edən planlaşdırılan genişmiqyaslı infrastruktur layihələrinin icra vəziyyəti barədə ətraflı məlumat verdi. İşçi qrupun rəhbəri, ekologiya təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirlik tərəfindən Laçın rayonu ərazisində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən meşəbərpa yeni yaşıllıq sahələrinin salınması tədbirləri, xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin yenidən bərpası istiqamətində həyata keçirilən tədbirlərdən danışdı. Bildirildi ki, işğal dövrünə qədər rayon ərazisində qeydə alınmış 40 filiz qeyri-filiz faydalı qazıntı yatağından 36-nın monitorinq təftişə cəlb edilərək ehtiyatları yenidən qiymətləndirilib.

İşğaldan azad edilmiş ərazilərdə ekosistemin bərpası məqsədilə meşəbərpa, yeni yaşıllıq sahələrinin salınması, xüsusi mühafizə olunan təbiət ərazilərində infrastrukturun bərpası tədbirləri ilə yanaşı, fauna növlərinin reintroduksiyası layihələri həyata keçirilir. Bu məqsədlə Laçın rayonu ərazisinə 5 şahin quşu 4 baş Şərqi Qafqaz turu, eləcə Həkəriçay hövzəsinə 33 500 forel çəkicinsli ( amur, qalın alın) balıq körpələri buraxılıb. Laçın rayonunda 3600 ədəd müxtəlif cinsli ağac tingi əkilib 100 kiloqram palıd toxumu səpilib. İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 160 hektar sahədə 124 mindən çox ağac tingi əkilib, 3000 kiloqram palıd Şərq çinarı toxumu səpilib, salınmış yaşıllıqların suvarılması məqsədilə damcılı suvarma sistemi quraşdırılıb. Həmçinin "Böyük Qayıdış I Dövlət Proqramı"nda 2024-2026-cı illərdə Laçın rayonunda 195,0 hektar meşə fondu sahəsində meşəbərpa tədbirləri planlaşdırılır.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində meşəbərpa, yeni yaşıllıq sahələrinin salınması ilə yanaşı, Laçın Dövlət Təbiət Yasaqlığının Qaragöl Dövlət Təbiət Qoruğunun bərpası tədbirləri nəzərdə tutulur.

Qeyd edək ki, Qarabağın, Şərqi Zəngəzurun təbii gözəlliklərinin özünə qaytarılması həmin ərazilərdə turizmin inkişafına da yol açacaq.

İşğaldan azad olunmuş rayonların faydalı qazıntılarının, eləcə turizm sahəsinin inkişafının Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayacağı şübhəsizdir. Bölgədə yeni yerlərinin açılması, yeni müəssisələrdə çeşidli sənaye məhsulları istehsalına başlanılması ölkəmizin ixrac imkanlarının daha da genişlənməsinə şərait yaradacaq.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2023.- 26 oktyabr, № 234- S.11.