Qarabağda Şərqi Zəngəzurda iqtisadi sıçrayış baş verəcək

 

Ekspert iqtisadçı alimlərin böyük bir qismi belə qənaətə gəlir ki, Qarabağın erməni işğalından tam azad edilməsi Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq. Ən maraqlı fakt odur ki, ötən 3 il ərzində işğaldan azad olunmuş torpaqlarımızı dirçəltmək üçün sərf olunan vəsaitin miqdarı 7 milyard  dollara yaxın olmuşdur. Biz görülən böyük quruculuq işləri nəticəsində keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasının şahidiyik.

Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir dövrün tələblərinə cavab verən ən yeni texnologiyalar əsasında güclü infrastruktur qurulur. Bu ərazilərdə iqtisadi canlanmanın yaranması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması sahibkarlıq fəaliyyəti üçün güclü iqtisadi stimulun yaradılması davam edir. Bununla bağlı kütləvi informasiya vasitələrində iqtisadçı alimlərin çıxışlarına rast gəlmək mümkündür.

Belə araşdırmalardan biri İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Təranə Salıfovaya məxsusdur. O qeyd edir ki, bütün Qarabağda bayrağımızın ucaldılması ölkə iqtisadiyyatına xüsusi töhfə verəcək. T.Salıfovaya görə, son bir ay ərzində Qarabağda baş verənlər, xüsusilə Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-də 23 saat ərzində keçirdiyi lokal xarakterli uğurlu antiterror tədbirləri bölgədə ölkəmizin hərbi-siyasi mövqeyini daha da möhkəmləndirməklə yanaşı, iqtisadi imkanların da vüsət almasına imkan yaratmışdır. Prezident, Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd, Əsgəran Ağdərədə, o cümlədən Sərsəng su anbarında Azərbaycan bayrağını ucaltması uzunmüddətli dövr üçün ölkəmizin iqtisadiyyatının inkişafına xüsusi töhfə verəcək: "Belə ki, adını çəkdiyimiz rayonların ölkə iqtisadiyyatına reinteqrasiyası Qarabağ iqtisadi rayonunda "yaşıl energetika", kənd təsərrüfatı, dağ-mədən sənayesi, tikinti materialları istehsalı turizmin inkişafı, eləcə səmərəli nəqliyyat-kommunikasiya infrastrukturunun inkişafı üçün yeni imkanlar açır".

İİTKM-nin əməkdaşı araşdırmasında qeyd edir ki, Qarabağ iqtisadi rayonunda yerləşən Sərsəng su anbarı əsasən enerji mənbəyi təyinatlı olmaqla yanaşı, həm Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax Goranboy rayonlarının suvarma suyu ilə təminatında xüsusi əhəmiyyətə malikdir. Təxminən 100 min hektar sahənin suvarma suyu ilə təmin edilməsi regionda kənd təsərrüfatının, xüsusilə işğaldan öncəki ənənəvi sahələrin inkişafını şərtləndirəcək.

Sərsəng su anbarı sayəsində Qarabağ regionunun enerji təhlükəsizliyi daha etibarlı şəkildə təmin olunacaq. Qeyd edilən ərazilərdə mis, molibden sair faydalı qazıntı potensialı ölkənin dağ-mədən sənayesinin metallurgiyanın gələcək inkişafında böyük rol oynayacaq. Həmçinin inşaat materialları üçün xammal bazasının mövcudluğu tikinti materialları istehsalına təkan verəcək.

T.Salıfova belə hesab edir ki, bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, eyni zamanda şəhər kənd yaşayış məntəqələri arasında qırılmış nəqliyyat əlaqələrinin bərpa olunmasına xidmət edəcək. Elektrik, su, qaz, fiber-optik sair kommunikasiya xətləri daha səmərəli tərzdə quraşdırılacaq. Bütünlükdə avtomobil dəmir yollarında hərəkətin bərpası regionun nəqliyyat-logistika infrastrukturunun inkişafına şərait yaradacaq. Qarabağın yol-nəqliyyat infrastrukturunun ölkənin ümumi sisteminə qoşulması, nəqliyyat-kommunikasiya xətlərinin səmərəli təşkili öz növbəsində yükdaşımaların həcminin artmasına xərclərin azalmasına, eləcə yüklərin daha tez təhlükəsiz çatdırılmasına imkan verəcək.

Reinteqrasiya prosesi Qarabağ bölgəsinin keyfiyyətli rəqabətli turizm xidmətləri potensialını da artıracaq. Turizmin inkişafı ilə yanaşı, Xankəndi Dövlət Universitetinin beynəlxalq aləmdə reytinqinin artırılması regionun sürətli inkişafını şərtləndirəcək. Bu proses ümumi məhsul buraxılışında, ixracda məşğulluqda Qarabağ iqtisadi rayonunun payının davamlı artımını təmin edəcək.

Eyni zamanda sahibkarlar üçün Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya qoymaq üçün tətbiq edilən imtiyazlara görə işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq sadələşdirilmiş vergidən azaddırlar. Əsas vergi yükünün sahibkarlar üçün belə əhəmiyyətli dərəcədə azaldılması özəl biznesin inkişafına təkan verən ciddi amildir.

İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Qeyd olunan görüləcək işlərin siyahısını davam etdirmək olar. Müharibənin başa çatmasından çox az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa infrastruktur quruculuğu işlərinə başlanılması Azərbaycan dövlətinin sülhə sədaqətini nümayiş etdirən başlıca amildir.

Məskunlaşacaq əhalinin məşğulluq imkanlarının genişləndirilməsi üçün məşğulluqyönümlü iqtisadi inkişaf siyasəti davam etdiriləcək, əmək bazarının tənzimlənməsi sahəsində mühüm addımlar atılacaq.

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2023.- 26 oktyabr, № 234.- S.12.