Fransa indi erməni abidələri avantürasına başlayır

 

Koloniolist ölkənin Azərbaycana qarşı hansısa iddialar səsləndirməsi gülüncdür

 

"Bizim bütün dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Dünya 30 il ərzində buna səssiz qalıb...

...İndi bəziləri azad edilmiş torpaqlarda ermənilərin dini irsi haqqında məsələ qaldırırlar. Bəs, bizim milli-dini irsimiz haqqında niyə heç kim məsələ qaldırmayıb?"

2020-ci il dekabrın 23-də Zəngilanda mənfur düşmən tərəfindən dağıdılan məscidin qarşısında çıxışı zamanı Prezident İlham Əliyevin vurğuladığı kimi, işğal etdiyi ərazilərimizdə düz üç onillik boyu tarixi, dini, mədəni irsimizi vəhşicəsinə dağıdan Ermənistana dünya ictimaiyyəti heç bir təpki göstərməyib.

Azərbaycan dövləti Ermənistanın bu cinayətlərini dəfələrlə beynəlxalq platformalarda qaldırsa da, başda qərəzli Fransa olmaqla, bir çox ölkələr, eləcə ikilistandartlarla fəaliyyət göstərən beynəlxalq qurumlar ermənilərin barbar əməllərini görməzdən gəliblər, xalqımızın maddi-mədəni irsinin məhvinə susqunluq göstəriblər.

Lakin 44 günlük Vətən müharibəsindən sonra bu riyakar ölkə qurumlar, yenə neokolonist Fransa başda olmaqla birdən-birə heç bir təhlükə altında olmayan, dağıdılmayan, əksinə qorunan erməni xalqına məxsus maddi-mədəni irsin "keşik"çisi cildinə giriblər, Azərbaycana qarşı əsası olmayan ittihamlar səsləndirməyə başlayıblar.

Bu günlərdə Fransanın mədəniyyət naziri Rima Əbdül Mələkin Ermənistana səfəri zamanı Qarabağ bölgəsindəki tarixi mədəni abidələrin təhlükə altına düşməsi ilə bağlı iddialar qaldırması onları qorumaq üçün müxtəlif mexanizmlərin yaradılmasına çağırış etməsi Fransanın Azərbaycana qarşı sistemli şəkildə apardığı qərəzli siyasətinin daha bir alçaq nümunəsidir.

 

Erməni vandalizminin İrəvan, Qarabağ Şərqi Zəngəzur səhifəsi

 

Son iki əsrlik tarixboyu mənfur ermənilər xalqımıza qarşı həm mədəni təmizləmə siyasəti həyata keçiriblər. Zorla yiyələnmək istədikləri tarixi ərazilərimizdə yer adlarımızı, toponimlərimizi dəyişib, mədəni, dini irsimizə yiyələniblər, özününküləşdirə bilmədikləri - əksəriyyəti dini ocaqlarımız olan - maddi irsimizi isə dağıdıblar.

Tarixi faktdır ki, XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 300 məscidimiz qeydə alındığı halda, hazırda Ermənistan ərazisində - İrəvan şəhərində yalnız bir məscid - Göy məscid qismən salamat qalıb. Bu məscidin tamamilə dağıdılmaqdan qurtulması isə məkrli ermənilərin beynəlxalq ictimaiyyət qarşısında gözdən pərdə asmaq məqsədindən xəbər verir.

Vandal ermənilər Qarabağ Şərqi Zəngəzurda da Azərbaycan xalqına qarşı mədəni soyqırımı törədiblər.

1990-cı illərin əvvəllərinə olan statistikaya əsasən, işğal edilmiş ərazilərimizdə 2625 abidə qeydə alınıb. Ermənistan işğal etdiyi ərazilərimizdə yüzlərlə mədəniyyət müəssisəsini, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxananı, 808 mədəniyyət sarayını, klub mədəniyyət evini, 85 musiqi rəssamlıq məktəbini, 100 mindən artıq eksponatın toplandığı 22 muzey muzey filialını, 4 rəsm qalereyasını, 4 teatr müəssisəsini, 2 konsert müəssisəsini, 8 mədəniyyət istirahət parkını, o cümlədən Füzuli rayonu ərazisində dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Azıx mağarasını, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunu dağıdıb vandalizmin qurbanına çevirib.

İşğal dövründə Qarabağ Şərqi Zəngəzurda islam mədəniyyətinə aid bütün məscidlər, abidələr dağıdılıb. Yalnız Ağdam Cümə məscidinin, Şuşa şəhərindəki Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa Saatlı məscidlərinin divarları salamat qalıb.

Tarixlərini saxtakarlıq üzərində quran ermənilərin müxtəlif dövrlərdə gerçəkləşdirmək istədikləri əsas məkrli niyyətlərindən biri Azərbaycan ərazilərindəki Qafqaz alban irsinə yiyələnmək olub. Buna görə işğal altında qalan bütün alban məbədlərində özününküləşdirmə, tarixi faktların saxtalaşdırılması ilə məşğul olublar. Bununla da Azərbaycan ərazilərinə olan iddialarına tarixi don geyindirməyə, bu saxta faktlarla dünyanı yalanlarına inandırmağa cəhd ediblər.

Lakin 44 günlük Vətən müharibəsi nəticəsində, torpaqlarımızın işğaldan azad edilməsi ilə erməni vandallığı ilə üz-üzə qalmış tarixi, dini, mədəni abidələrimiz qurtulub, mənfurların tarixi irsimizə yiyələnmək kimi murdar iştahaları gözlərində qalıb.

 

Koloniolist ölkənin növbəti zəifliyi qərəzi

 

O da faktdır ki, Azərbaycan ərazisində bütün xalqlara aid olan abidələri mühafizə bərpa edir. Eyni zamanda Qarabağda həyata keçirilən lokal antiterror əməliyyatından sonra Qarabağda olan mədəniyyət tarixi abidələr dövlətimiz tərəfindən qorunur.  Hətta bu fakt BMT-nin regiona reallaşdırılan iki missiyası tərəfindən təsdiqlənib.

Fransanın mədəniyyət naziri Rima Əbdül Mələkin Ermənistana səfəri zamanı ölkəmizə qarşı səsləndirdiyi iddialara münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə vurğulayıb ki, sözügedən səfər Azərbaycanın Qarabağ bölgəsində mədəni irslə bağlı iddialar Fransa tərəfinin növbəti zəifliyi qərəzinin nümunəsidir: "Azərbaycan öz ərazilərindəki bütün mədəni tarixi abidələrin mühafizəsinin vacibliyini bu xüsusda öhdəliklərini çox gözəl dərk edir. Fransanın başqa xalqlara məxsus tarixi mədəniyyət sərvətlərini müsadirə etmiş ölkə kimi belə iddialar qaldırmağa heç bir mənəvi haqqı yoxdur. Azərbaycanın antiterror tədbirlərindən sonra mədəniyyət tarixi abidələrin təhlükə altında olması ilə bağlı iddialar əsassızdır bu, BMT-nin regiona reallaşdırılan iki missiyası tərəfindən təsdiqlənib".

XİN sözçüsü onu da əlavə edib ki, təəssüflər olsun ki, Fransa keçmiş Ermənistan-Azərbaycan münaqişəsində vasitəçi kimi, UNESCO çərçivəsində nüfuzlu ölkə kimi heç vaxt Ermənistan tərəfindən istər Azərbaycan, istərsə Ermənistan ərazilərində mövcud tarixi, mədəni dini abidələrin tamamilə dağıdılmasından narahatlığını ifadə etməyib: "Fransa tərəfini Azərbaycanın daxili işlərinə qarışmamağa bu cür təxribat xarakterli bəyanatlara son qoymağa çağırırıq".

 

Fransanın səviyyəsizliyi

 

Ermənistanı forpostuna çevirərək Cənubi Qafqaza soxulmaq istəyən Fransa Azərbaycana qarşı qərəzli riyakar siyasət həyata keçirir. Gah Avropa Parlamentində "qətnamə" adı altında kağız parçaları qəbul etdirir, Ermənistanı silahlandırıraraq müharibəyə qızışdırır, gah da ali səviyyədə - yəni, əslində aşağı səviyyədə - ölkəmizi ittiham edən fikirlər səsləndirir. 

Amma 30 il ərzində Ermənistanın ərazilərimizdəki maddi-mədəni irsi vəhşicəsinə dağıtmasına kor olan koloniolist ölkənin Azərbaycana qarşı hansısa iddialar səsləndirməsi yumşaq desək, gülüncdür.  

Yaxşı olar ki, Fransa erməni ağzı ilə yalan çərənləməkdənsə, müstəmləkəçi ölkə kimi başqa xalqların tarixi, mədəni sərvətlərini mənimsəməkdən əl çəksin.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2023.- 28 oktyabr, № 236.- S.11.