Yüksək texnologiyalar yüksək nəticələrə xidmət edir

 

Azərbaycan gələcəkdə pambıqçılığın inkişafında daha yaxşı göstəricilər qazanacaq

 

Kənd Təsərrüfatı Nazirliyinin, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə 2021-ci ildən Azərbaycanda pambıq istehsalı üzrə torpaq, su qida maddələrinin idarə edilməsi ilə bağlı "ağıllı kənd təsərrüfatı" təcrübələrinin tətbiqi layihəsinin icrası pambıqçılıqda məhsuldarlığı hər hektardan 83 sentnerə çatdırmağa imkan vermişdir.

Buna sınaq təcrübələrində nüvə texnologiyalarından istifadə edilməsi səbəb olmuşdur. Demək olar ki, layihə əsasında pambığın məhsuldarlığı lif keyfiyyəti artırılmışdır. Pakistanın pambıq sortlarının məhsuldarlıq potensialı bir hektarda 12 tondur. Beləliklə, torpağın hums qatı yüksək olduğu üçün "ağıllı kənd təsərrüfatı"nın tətbiqi sayəsində ölkəmiz yeni uğura imza atmışdır. Pakistandan gətirilmiş "Cotton super" növü ilkin mərhələdə hektarın məhsuldarlığını 83 sentnerə qaldırmağa imkan vermişdir. Özü bu, yeganə layihə deyil. Azərbaycanda 10-a yaxın rayonda sınaq əkinləri aparılmış yüksək nəticələr qazanılmışdır.

"Ağıllı kənd təsərrüfatı" təcrübəsində iştirak edən fermerlər artıq iki ildir bu layihə əsasında pambıq becərir onlardan bəziləri hektarın məhsuldarlığını 90 sentnerə çatdıra biliblər.

Fermerlərin gəldiyi qənaət belədir ki, "Cotton super" toxumu əsasən xəstəliklərə quraqlığa dözümlü olması becərmə zamanı gübrələrə azalan ehtiyacı ilə seçilir. Fermerlər bu il hər hektardan 9-10 ton civarında məhsul götürməyi planlaşdırırlar.

Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə ciddi addımlar atır, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə birgə müəyyən tədbirlər həyata keçirir. Pambıq, buğda çəltik istehsalında "ağıllı kənd təsərrüfatı" üzrə beynəlxalq təcrübələrin tətbiqi müsbət nəticələr verir onların genişləndirilməsi zərurətə çevrilir. Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bildirib ki, nazirliklə AEBA arasında mövcud olan sıx əməkdaşlığın konturları kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edir.

Qeyd edək ki, 2018-2019-cu illərdə nüvə texnologiyalarının tətbiqi ilə pambığın məhsuldarlığının artırılması istiqamətində birinci layihə üzrə xəstəliklərə, quraqlığa şoranlığa davamlı mutant pambıq xətləri yaradılıb həmin xətlər artıq yeni pambıq sortlarının yaradılması üzrə seleksiya proqramlarına daxil edilib. İkinci layihənin məqsədi qlobal istiləşmə şəraitində Azərbaycanda pambıq istehsalının genişləndirilməsi üçün iqlim əsaslı "ağıllı kənd təsərrüfatı" təcrübələrinin inkişaf etdirilməsi yayılmasıdır. Ölkədə "Smart Agro: Kənd təsərrüfatında innovasiyaların təbliği", "Ağıllı əkinçilik" gələcəyin dəqiq kənd təsərrüfatı", "Daha yaxşı dünya üçün dayanıqlı kənd təsərrüfatı" mövzularında araşdırmaların aparılması müasir dünya təcrübəsinin sınaqdan keçirilməsi daim diqqət mərkəzindədir. Belə ki, iqlim dəyişikliyi qlobal istiləşmə fonunda torpaq su resurslarından səmərəli istifadənin təşkili aqrar sektorda innovasiya texnologiyaların daha geniş istifadəsini zəruri edir. Faktiki olaraq qlobal təhlükələri nəzərə almadan inkişaf mümkün deyildir. Bu gün dünyada mövcud olan müasir uğurlu təcrübələrin geniş öyrənilməsi tətbiqi, o cümlədən aqrar texnologiya transferi vacibdir. Kənd təsərrüfatı mövzusunda keçirilən sərgilər, elmi-praktiki konfranslar yeni texnologiyalarla tanışlığa onların praktikada geniş tətbiqinə imkan verir. Bu səbəbdən müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda keçirilən konfranslara, beynəlxalq kənd təsərrüfatı sərgilərinə maraq ildən-ilə artmaqdadır. Müasir dünya təcrübəsi püxtələşdikcə Azərbaycanın kənd təsərrüfatı sektorunda aqrar innovasiyaların tətbiqi getdikcə  genişlənir.

Məlum olduğu kimi, "ağıllı kənd" layihəsinin başlıca məqsədi kənd sakinlərinin daha firavan yaşamasına, onların daha böyük yeniliklərə yüksək məhsuldarlığa nail olmasıdır. Bu, həmçinin kənd əhalisinin şəhərə axınının qarşısını alan, kəndlə şəhər arasındakı fərqləri minimallaşdıran ciddi addımdır. Ona görə yüksək texnologiyalar demək olar ki, "ağıllı kənd"in onurğa sütununu təşkil edir.

"Ağıllı kənd" konsepsiyasına əsasən, aqrar proseslərin elektronlaşdırılması istehsal imkanlarını gücləndirir. Burada da ən qabaqcıl texnologiyalar texnotransferlərin tətbiqinə geniş imkan yaranır. Bu sistemin kənd infrastrukturunun digər sahələrinə - alternativ enerji mənbələrinə müasir nəqliyyat sisteminə inteqrasiyası yüksək texnologiyaların daha geniş yayılmasına xidmət edəcək.

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2023.- 28 oktyabr, № 236.- S.11.