İstanbulda Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar adlı monoqrafiyanın təqdimatı olub

 

Oktyabrın 27-də İstanbulda tarix elmləri doktoru, professor Dilarə Seyidzadənin "Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar" adlı monoqrafiyasının təqdimatı olub. Kitab Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilib. Kitabı türk dilinə tədqiqatçı-türkoloq Azad Ağaoğlu tərcümə edib.

AZƏRTAC xəbər verir ki, İstanbulun İbn Haldun Universitetində (İHU) keçirilən mərasim Azərbaycanın İstanbuldakı Baş konsulluğu bu ali təhsil müəssisəsinin Heydər Əliyev Avrasiya Çalışmaları Uyğulama Araşdırma Mərkəzi tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən baş konsul Nərminə Mustafayeva Azərbaycanın müstəqillik uğrunda keçdiyi çətin yol bunun nəticəsində Şərqdə ilk demokratik respublikanın məhz ölkəmizdə yaranmasından danışıb.

Bildirilib ki, ömrünün qısa olmasına baxmayaraq, Azərbaycan Demokratik Respublikası bizim bugünkü həyatımıza çox böyük təsir göstərdi, bizdə müstəqilliyə, azadlığa, inkişafa ümid yaratdı. 

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı dövləti qarşısında əvəzsiz xidmətlərini xüsusi qeyd edən baş konsul ölkəmizin dünyaya tanıdılması, beynəlxalq səviyyəyə yüksəlməsinin məhz Ümummilli Liderimizin başlatdığı siyasi yolun nəticəsi olduğunu deyib.  Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilib nəticədə Azərbaycan öz gücünə 30 il sonra ərazi bütövlüyünü tam təmin edib bu, müstəqil Azərbaycanın yeni dövrünə yeni üfüqlər açıb. Çıxışında tarixboyu Türkiyənin Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyən Dilarə Seyidzadə bildirib ki, bu birliyin ən gözəl təzahürü Ulu Öndərimiz Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamında özünü tapıb.

Gənclik illərini xatırlayan professor ömrünün bu dövrünü Heydər Əliyevin köməkçisi olaraq keçirdiyini özünə şərəf hesab etdiyini deyib. Tarix elminin həyatımızdakı rolundan danışan Dilarə Seyidzadə,  Ümummilli Liderimizin sadəcə öz tariximizi mükəmməl bilməsi ilə kifayətlənmədiyini, getdiyi hər bir ölkənin tarixini öyrəndiyini söyləyib.

Professor gənclərə yalnız Azərbaycanın deyil, dünya tarixini yaxından öyrənməyi tövsiyə edib.

Qeyd edilib ki, dörd dildə nəşr olunan kitab XIX əsrin sonu - XX əsrin əvvəlləri Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin mühüm dövrlərindən bəhs edir.

Nəşrdə bildirilib ki, islahatlardan sonrakı bu dövrdə çar Rusiyasında baş verən əsaslı ictimai-siyasi iqtisadi dəyişikliklər məcrasında Azərbaycanda əmələ gəlmiş sahibkarların görkəmli nümayəndələri, onların ideoloqları ziyalılar bütün imkanlardan istifadə edərək xalqın milli mənlik şüurunun oyanması, maariflənməsi, siyasi mədəniyyət səviyyəsinin yüksəlməsi, vətəndaşlıq hüquqlarını tam əldə etməsi üçün mübarizəyə başçılıq etdilər.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün zəmin hazırlamış bu dövrün tədqiq olunduğu kitabda XX əsrin əvvəllərində Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslərin geniş mənzərəsi öz əksini tapıb, mükəmməl hərtərəfli təhlil olunub.

 

Azərbaycan.-2023.- 28 oktyabr, № 236.- S.3.