Qarşılıqlı inam etibarlı tərəfdaşlığın bəhrəsi

 

BTC-nin Azərbaycan Gürcüstan hissələrinin birləşməsindən 19, Gürcüstan hissəsinin istifadəyə verilməsindən isə 18 il keçir

 

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin salnaməsini vərəqləyəndə görürük ki, ilin hər ayı bu möhtəşəm boru xətti üçün hansısa bir mühüm hadisə ilə əlamətdardır. Məsələn, ATƏT-in İstanbul Zirvə toplantısında "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair" sazişin imzalanması noyabrda (1999-cu il) baş verib. Kəmərin təməli 2002-ci ilin sentyabrında qoyulub.

BTC ilk neftini mayda (2005-ci il) qəbul edib, tam bir sistem kimi istismara isə növbəti ilin iyulunda verilib. Siyahını uzatmaq da olar burada oktyabr ayı özünə önəmli hadisələrlə yer alıb. Belə ki, layihənin reallaşması qarşısında yaşıl işıq yandıran ilk sənəd - Ankara Bəyannaməsi 1998-ci ilin oktyabr ayında imzalanıb. BTC-nin Azərbaycan Gürcüstan hissələrinin birləşdirilməsi, eləcə kəmərin qonşu respublikadakı hissəsinin istifadəyə verilməsi kimi mühüm hadisələr həmçinin oktyabr ayına təsadüf edib. Bunlardan biri 2004-cü, digəri 2005-ci ildə olub.

Boru xəttinin Azərbaycan Gürcüstan hissələrinin birləşdirilməsi münasibətilə tədbir 2004-cü il oktyabrın 16-da Azərbaycanın Ağstafa rayonunun Böyük Kəsik kəndində - Gürcüstanın Qardabani rayonu ilə sərhəddə keçirildi. Bu iki hissənin birləşdirilməsi BTC-nin çəkilişi boyu həyata keçirilən 15 min qaynaq əməliyyatından biri idi. Lakin bu, adi qaynaq deyildi. Bununla zəmanəmizin möhtəşəm layihələrindən biri, üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan BTC-nin tamamlanmasına doğru növbəti mühüm addım atılırdı. Bir axı BTC daşıdığı iqtisadi önəmlə yanaşı, həm ölkələri, xalqları yaxınlaşdıran, birləşdirən bir kəmərdir. Odur ki, xəttin Azərbaycan Gürcüstan hissələrinin birləşdirilməsi həm dostluğun, tərəfdaşlığın, qarşılıqlı inamın daha bir təsdiqi idi.

Prezident İlham Əliyev tədbirdəki çıxışında tikilməkdə olan kəmərin əhəmiyyətini vurğulayaraq demişdir: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi həm Azərbaycan üçün, həm Gürcüstan üçün, həm bütün region üçün çox vacibdir. Bu, ölkəmizə yeni imkanlar yaradacaqdır, xalqlarımız üçün yeni şəraitin yaradılmasını təmin edəcəkdir. Əlbəttə ki, bu, ölkələrimizə böyük həcmdə maliyyə vəsaitinin cəlb olunmasına gətirib çıxaracaqdır. Eyni zamanda bu iqtisadi məsələlərlə yanaşı, regional təhlükəsizlik məsələlərinə layihə öz töhfəsini verəcəkdir".

Həmin vaxt Azərbaycan, Gürcüstan Türkiyənin ərazisində kəmərin tikinti dəhlizi tamamilə təmizlənmiş açılmışdı. Boruların 97 faizi qaynaqlanmış 70 faizi torpaqla örtüklənmişdi. BTC- vurulacaq ilk nefti "Mərkəzi Azəri" platforması verəcəkdi ki, onun da üst modulları artıq dənizdə quraşdırılmış dayaq bloku üzərində yerləşdirilmişdi. Səngəçal Ceyhan terminallarında nefti qəbul etmək üçün hazırlıq işləri gedirdi onların əsas hissəsi görülmüşdü.

Üç ölkə ərazisində kəmərin çəkilişində 21 min insan çalışırdı. BTC uğurla irəliləyirdi. Beləliklə, 2005-ci il mayın 25-də Səngəçal terminalından kəmərə ilk neft vuruldu. Başqa sözlə, boru xəttinin Azərbaycan hissəsi istifadəyə verildi, növbə Gürcüstan hissəsinin idi.

2005-ci il oktyabrın 12-də Gürcüstanın Qardabani rayonunda yerləşən 1 nömrəli nasos stansiyasının ərazisində BTC-nin bu ölkədəki hissəsinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi. Yeri gəlmişkən, xatırladaq ki, BTC-nin 8 nasos stansiyası bir sıra digər yerüstü qurğuları var. Nasos stansiyalarının 2-si Azərbaycanda, 2-si Gürcüstanda, 4-ü isə Türkiyədə yerləşir.

2005-ci ilin sözügedən dövründə kəmərin iki ölkədəki hissəsi neftlə doldurulmuşdu, Türkiyə hissəsinə artıq neft vurulurdu. Xətti tam doldurmaq üçün 10 milyon barel neft tələb olunurdu. Elə bu tədbirdə qeyd edildi ki, BTC dünyanın böyük enerji layihələrindəndir. 

BTC-dən sonra  daha neçə qlobal layihə gerçəkləşib bu layihələrdə Azərbaycanla Gürcüstan birlikdə olublar. Söhbət Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən, Bakı-Tbilisi-Qars dəmir yolundan, TANAP-dan (Trans-Anadolu Qaz Boru Kəməri) digər layihələrdən gedir. Bu layihələr indi bir çox ölkənin enerji nəqliyyat təhlükəsizliyinə xidmət göstərir.

"Həmçinin gələcək planlarımız üzrə birmənalı əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik vardır". Bu sözləri Prezident İlham Əliyev cari il oktyabrın 8-də Gürcüstana işgüzar səfəri zamanı mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı enerji sahəsində yeni layihələrin reallaşmasında da tərəfdaşlığın uğurla davam etdiyini vurğulayıb: "Energetika sahəsində ənənəvi sahələrdən başqa, bu gün bizi birləşdirən "Yaşıl enerji dəhlizi" layihəsidir. Burada da biz - yenə Gürcüstan Azərbaycan - iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Əminəm ki, ondan sonra biz konkret işlərə start verə bilərik. Böyük sərmayə qoyuluşu nəzərdə tutulur beləliklə, "Yaşıl enerji dəhlizi", enerji kabeli inşa edilərək həm bizim, həm ki, tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək. Bir sözlə, bu gün Gürcüstanın Azərbaycanın birlikdə digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr böyük məna daşıyır, təkcə Cənubi Qafqaz regionu üçün deyil, böyük mənada Avrasiya üçün biz buna hazırıq. Bizdə həm güclü siyasi iradə var, artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu strateji tərəfdaşlığıdır".

 

Flora SADIQLI,

Azərbaycan.-2023.- 28 oktyabr, № 236. - S.11.