BDU-nun şəhid məzunu Cavid Manafovun məzarı ziyarət olunub

 

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər psixologiya fakültəsinin müəllim tələbələri fakültənin şəhid məzunu Cavid Manafovun məzarını ziyarət ediblər. Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Sosial elmlər psixologiya fakültəsinin dekan müavini Nəzakət Kərimova, fakültənin Tələbə Həmkarlar İttifaqının sədri Heydər Aslanov, tələbələr Keşlə Şəhidlər xiyabanında Cavid Manafovun məzarı önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra şəhid Cavid Manafovun ailə üzvləri ilə görüş olub, qürur mənbəyimiz şəhidlərimizin xatirəsinin ürəklərdə əbədi yaşayacağı vurğulanıb.

Qeyd edək ki, Cavid Manafov Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan Qubadlı istiqamətində düşmənə qarşı gedən döyüşlərdə iştirak edib. 2020-ci ilin oktyabrın 31-də batareya komandirini digər döyüş yoldaşlarını xilas edərkən ağır yaralanıb, noyabrın 7-də şəhid olub. Cavid Manafov 2016-2020-ci illərdə BDU-nun Sosial elmlər psixologiya fakültəsində təhsil alıb.

 

Azərbaycan.-2023.- 28 oktyabr, № 236. - S.12.