Strasburqda keçirilən beynəlxalq tədbirdə erməni təxribatının qarşısı alınıb

 

Avropa Şurasının Yerli Regional Hakimiyyətlər Konqresinin Strasburqda keçirilən 45-ci sessiyasında erməni təxribatının qarşısı alınıb.

AZƏRTAC xəbər verir ki, konqres çərçivəsində Azərbaycan nümayəndə heyətinin tam tərkibdə iştirak etdiyi sessiya səmərəli keçib. Sessiyanın sonuncu günündə ermənilərin onları dəstəkləyən qüvvələrin cəhdlərinə baxmayaraq, son anda gündəliyinə salınanQarabağ ətraf şəhərlərdə regionlarda humanitar vəziyyətə dair Bəyanat”daDağlıq Qarabağ”, “etnik təmizləmə”, “ermənilərin mədəni dini irsinin qorunması buna oxşar digər müddəalar sənəddən çıxarılıb.

Azərbaycanın Konqresdə iştirak edən nümayəndə heyətinin rəhbəri Anar İbrahimov deyib ki, AŞPA-nın son sessiyasında qəbul olunan bəyanatda bu müddəaların saxlanmasından ilhamlanan ermənilər Avropa Şurası Konqresində bunu təkrarlamağa çalışıblar. “Düzdür, bəyanat tam şəkildə bizi qane etmir. Ümumiyyətlə, bu məsələ Azərbaycanın daxili işidir heç bir müzakirəyə çıxarılmamalıdır. Nümayəndə heyətimizin təkidi ilə, həmçinin sessiyada qəbul olunanErmənistanın paytaxtı İrəvan şəhərində keçirilmiş yerli seçkilərlə bağlı hesabatməsələyə aid olmayan müddəalardan digər ifadələrdən təmizlənib”, - deyə A.İbrahimov bildirib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri diqqətə çatdırıb ki, müzakirələr Avropanın yerli regional elitasının artıq yeni reallıqları qəbul etdiyini göstərdi. “Onların Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yaratdığı yeni reallıqları qəbul etməkdən başqa çarələri yoxdur”, - deyə o vurğulayıb.

 

Azərbaycan.-2023.- 29 oktyabr, ¹ 237.- S.5.