Bakı sülhə hazırdır

 

Azərbaycan Cənubi Qafqaz regionunda sülh, sabitlik əməkdaşlıq mühitinin təmin olunmasının tərəfdarıdır. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra respublikamız davamlı olaraq bu təşəbbüslə çıxış edib Ermənistana sülh sazişi imzalamaq təklifini irəli sürüb. Postmüharibə dövründə aparılan sülh danışıqlarında iştirakı ilə Bakı sülhə sadiq olduğunu dəfələrlə bəyan edib.

Mövzu ilə bağlı "Azərbaycan" qəzetinə danışan Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib ki, sentyabrda ordumuzun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra suverenliyimiz tam təmin olunub. Bu, ümumilikdə regionda təhlükəsizliyin möhkəmlənməsi sülhə nail olunması üçün yeni imkanlar yaradır. Hazırda bölgədə sülhün təmin olunması məqsədilə bir sıra beynəlxalq platformalar çərçivəsində müzakirələr aparılır. Azərbaycan regionda sülhün bərqərar olması naminə irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyir. Sadəcə, Ermənistan hakimiyyəti özündə iradə tapıb regionumuzun gələcəyi naminə sülh sazişini imzalamalıdır. Təəssüf ki, biz hələ bunu müşahidə etmirik. 

Deputat xatırladıb ki, Azərbaycan sülh sazişi imzalamaq üçün qarşı tərəfə beş bənddən ibarət təkliflərini təqdim edib: "Bu  baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik ərazi bütövlüyünə qarşı hədə gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir".

Müsahibimizin dediyinə görə, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər. Beləliklə, rəsmi Bakının sülh sazişinin imzalanması üçün təklifləri aydındır bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır.

Pərvin Kərimzadə qeyd edib ki, müəyyən beynəlxalq aktorlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün vasitəçilik edirlər: "Onlar sülhün təmin olunmasına töhfə vermək istəyirsə, beynəlxalq hüququ ədalət prinsipini əsas götürməlidirlər. Amma təəssüflər olsun ki, biz bir sıra hallarda bəzi beynəlxalq təşkilatların ölkələrin proseslərə birtərəfli qaydada, obyektivlikdən uzaq formada yanaşdıqlarını müşahidə edirik.

"Xüsusilə Azərbaycan antiterror tədbirləri nəticəsində öz dövlət suverenliyini təmin etdikdən sonra Ermənistana havadarlıq edən xarici dairələr ölkəmizə qarşı əsassız iddialar səsləndirir, hətta Ermənistanı silahlandırmağa çalışırlar. Əlbəttə ki, bütün bunlar regionda sülhün əldə olunmasına böyük əngəllər yaradır. Lakin Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan haqq yolundadır, bizim iradəmizə heç bir qüvvə təsir edə bilməz, heç kim bizə nəyisə diktə edə bilməz. Sülh region ölkələrinə lazımdır. Ona görə Ermənistan sülhə gəlməlidir. Başqasının diktəsi ilə hərəkət etmək bu ölkə üçün ciddi problemlər yaradacaq", - deyə o vurğulayıb.

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2023.- 29 oktyabr, № 237.- S.6.