Təbiətin, bəşəriyyətin düşməni

 

Ermənistan bunu mina terroru ilə təsdiqləyir

 

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında apardığı 44 günlük Vətən müharibəsində ermənilərə qalib gəldi. Uğurla başlayan elə uğurla da başa çatan döyüşlərdən sonra torpaqlarımız qəsbkarlardan azad olundu. 30 ilə yaxın davam edən işğala son qoyuldu. Düşmən ordumuz qarşısında diz çökdürüldü.

İşğal müddətində ermənilər torpaqlarımıza saysız-hesabsız minalar basdırıblar. İndi xalqımız düşmənin basdırdığı bu minalardan əziyyət çəkir. Buna görə Azərbaycan hazırda dünyada ərazisi ən çox minalarla çirklənmiş ölkələrdən sayılır. Ortaya çıxan faktların çoxu onu göstərir ki, minaların əksəriyyəti 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatdan sonra basdırılıb. Zərərsizləşdirilərkən aşkarlanan həqiqət onu təsdiq edir ki, bu ölümsaçan minalar 2021-2022-ci illərdə Ermənistanda istehsal olunub. Sanki bu mənfurlar İkinci Qarabağ müharibəsindəki məğlubiyyətinin əvəzini mina terroru ilə çıxmaq istəyirlər.

Azərbaycan müxtəlif səviyyələrdə aparılan danışıqlarda Ermənistandan basdırılmış minaların xəritəsini tələb edir. Amma düşmən yalançı bəhanələr uyduraraq bu haqlı tələbdən imtina edir. Bəzən məcbur qalıb verdiyi mina xəritələri reallığa uyğun gəlmir. Üst-üstə düşməyən bu reallıq isə zaman-zaman insanları məhv edir, təbiətin düşməninə çevrilir. 

Vətən müharibəsindən sonra da Qarabağdakı sepatarçılar gizli yollarla Ermənistandan ərazilərimizə silah-sursat minalar daşıyırdılar. Erməni təxribatçı qrupları kimlərinsə vasitəçiliyindən istifadə edib bu minaları işğaldan azad olunmuş ərazilərimizdə basdırırdılar. Təəssüflər olsun ki, bu günə kimi neçə-neçə mülki insanımız hərbçimiz həmin minaların qurbanı olublar. Ermənistandan gətirdikləri azmış kimi ermənilər Qarabağ bölgəsində mina istehsal edirmişlər. Bu günlərdə əraziyə baxış keçirilən zaman erməni terrorçu qrupların Qarabağda kustar üsullarla əldəqayırma partladıcı vasitələr hazırladığı emalatxana aşkarlanıb. Emalatxananın içərisində xeyli əldəqayırma minalar onların hazırlanmasında daha çox canlı qüvvəni məhv etmək üçün istifadə edilən metal parçalar, eləcə digər partlayıcı qurğuların olduğu müəyyən edilib.

Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi məqsədilə mühüm işlər görür, zəruri addımlar atır. Atılan bu addımlar nəticəsində ərazilərimiz minalardan partlamamış silah-sursatlardan təmizlənir. Ərazilər təmizləndikcə böyük quruculuq işləri aparılır. Bir-birindən uğurlu layihələr həyata keçirilir. Şəhərlər, kəndlər bərpa olunur. Azərbaycan dövləti demək olar ki, öz gücü hesabına azad olunmuş ərazilərini minalardan təmizləyir.

 Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin məlumatında bildirilir ki, işğaldan azad edilmiş torpaqlarımızda təxminən 1,5 milyon ədəd mina basdırılıb. Minalar daha çox evlərin astanasında, həyətlərdə yerləşdirilib. Ümumiyyətlə, mina partlayışlarının 70 faizi əvvəlki təmas xəttindən çox uzaqlarda baş verib. 52 hadisə keçmiş təmas xəttində, 137 partlama hadisəsi isə digər ərazilərdə baş verib. Aydın görünən odur ki, ermənilər minalanma cinayəti ilə çox geniş şəkildə  məşğul olublar. Məqsəd Azərbaycan vətəndaşlarına zərər vurmaq, qayıdış prosesini ləngitməkdir.

19-20 sentyabr 2023-cü il tarixlərində aparılan son antiterror tədbirləri nəticəsində Azərbaycan 480 kilometrlik xətt boyunca Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən azı yarım milyondan çox minanın basdırıldığını aşkarlayıb.

Prezident İlham Əliyev oktyabrın 11-də MDB- üzv dövlətlərin təhlükəsizlik xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçıları ilə görüşdə bir daha bu mövzuya toxunaraq deyib: "2020-ci ildən 2023-cü ilin əvvəlinədək - Azərbaycanın Laçın rayonunda sərhədə nəzarət etmədiyi bir vaxtda oraya sayı milyonlarla ölçülən nəhəng döyüş silah-sursatları daşınıb, bu isə tamamilə yaxın vaxtlarda aşkara çıxarılıb. Minalar gətirilib, ərazi əlavə olaraq minalanıb. Bütün bunların hamısı ona gətirib çıxarıb ki, azərbaycanlılar öz torpaqlarında həlak olmağa davam ediblər. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim 315 nəfər hərbi mülki vətəndaşımız həlak olmuş ağır şəkildə yaralanmışdır. Təəssüf ki, onların sayı hər həftə artır".

 Beynəlxalq qurumlar, xarici ölkələr Azərbaycanın üzləşdiyi bu ağır problemə daha həssas yanaşmaq, dəstək vermək, Ermənistana təzyiq göstərmək əvəzinə ölkəmizə qarşı qərəzli qətnamələrin, bəyanatların qəbul edilməsinə çalışırlar.

Bəzi ekspertlər ermənilərin mina terrorunu alman faşizmi ilə müqayisə edirlər. Əslində isə, ermənilərin mina terroru bəşəriyyət insanlıq üçün alman faşizmindən qorxulu təhlükəlidir.

Ermənistan bu hərəkətləri ilə "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, həmçinin BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəalarını kobud şəkildə pozur.

Ermənistanın mina terroru səngimədikcə, dinc sakinlər arasında günahsız qurbanların sayı artmaqda davam edir. 10 noyabr 2020-ci il tarixdən etibarən mina qurbanlarının sayı 331 nəfərə çatıb. Elə bu günlərdə Tərtər rayonunun ərazisində iki Azərbaycan vətəndaşı minaya düşüb. Ermənilər təkcə insanların deyil, təbiətin qoynunda yaşayan heyvanların da düşmənləridir. Çünki insanlarla bərabər, heyvanlar da ermənilərin basdırdığı minaların qurbanı olurlar. Bu günlərdə hərbçilərimiz Qarabağ meşələrində minaya düşüb ayaqlarını itirmiş heyvanları görüblər. Həmin heyvanların şəkilləri müxtəlif televiziya kanallarında nümayiş etdirilib. Hələ antiterror əməliyyatından əvvəl ermənilər Laçın bölgəsində itin boynuna uzaqdan idarə olunan mina quraşdırıb mövqelərimizə istiqamətləndirmişdilər. Mütəxəssislərin bacarığı çevikliyi sayəsində mina zərərsizləşdirilmiş, it xilas edilmişdi.

Qeyd olunan bu fakt bir daha sübut edir ki, ermənilər təkcə insanların deyil, təbiətin , təbiətin qoynunda yaşayan heyvanların da düşmənidir. Əgər onlar təbiətin, insanların düşmənidirsə, deməli, bütün bəşəriyyətin düşmənidir. Bəşəriyyətin düşməni olan erməni terrorçuları bu qeyri-insani əməllərinə görə beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə cəzalandırılmalıdırlar.

 

Vahid MƏHƏRRƏMOV

Azərbaycan.-2023.- 29 oktyabr, № 237.- S.6.