Qərbi Azərbaycanın tarixi həqiqətlərini inkar etmək qeyri-mümkündür

 

Qərbi Azərbaycan İcmasının fəaliyyət coğrafiyası ildən-ilə genişlənir, vaxtı ilə İrəvan onun ətraf ərazilərindən zor gücünə, müxtəlif təzyiqlər vasitəsilə köçürülən, dədə-baba yurdundan qovulan insanların beynəlxalq hüququn tələbləri çərçivəsində haqqını, istəyini müdafiə edir. Bəzən  müəyyən beynəlxalq dairələrin ölkəmizə qarşı qərəzinə Ermənistana verilən əsassız dəstəyə kəskin etirazını da bildirir.

Xatırladaq ki, Haaqada "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası icmanın Avropadakı üzvləri" mövzusunda keçirilən konfrans beynəlxalq müstəvidə maraqla qarşılanıb. Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycanlıların digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Benilüks Azərbaycanlıları Konqresinin (BAK) birgə təşkilatçılığı ilə Haaqada yerləşən "Nieuws poort" media mərkəzində "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası icmanın Avropadakı üzvləri" mövzusunda beynəlxalq konfransda qayıdışın sülh yolu beynəlxalq hüquq əsasında reallaşdırılacağı bildirilərək, Ermənistandan didərgin salınmış azərbaycanlıların qayıtmaları üçün icmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq tədbirləri təqdim edilib Qərbi Azərbaycandan soydaşlarımızın zorla qovulmasını əks etdirən "Zəngəzur" sənədli filmi nümayiş olunub.

Çıxış edənlər doğma torpaqlarından zorla qovulmuş soydaşlarımızın hüquqlarının müvafiq beynəlxalq təşkilatlarda qaldırılmasına dair işlərin sürətləndirilməsinin vacibliyini diqqətə çatdırıblar. Bildirilib ki, soydaşlarımızın Qərbi Azərbaycandan didərgin salınması, hüquqlarının pozulması ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq olduqca vacibdir.

Tədbirdə Niderlanddakı Azərbaycan Türkiyə icmalarının üzvləri ilə bərabər, Latviya, Litva, Pakistan, Polşa, Ukrayna, yəhudi icmalarının üzvləri, eləcə yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bu günlərdə ölkəmizin İstanbuldakı baş konsulluğu Altınbaş Universitetinin birgə təşkilatçılığı, habelə Qərbi Azərbaycan İcmasının dəstəyi ilə "Qərbi Azərbaycan gerçəkliyi: tarixi həqiqətlər" mövzusunda keçirilən konfransda Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli demişdir: "Ermənilər Qərbi Azərbaycanda soydaşlarımıza qarşı fərdi kollektiv cinayətlər törədiblər. Bu cinayətlər 200 il əvvəl başlayıb. Lakin son yüz il ərzində törədilən cinayətlər bütün hüdudları aşıb bununla bağlı saysız faktlar, sənədlər, sübutlar var. Xüsusilə, 1918-1919-cu illərdə ölkəmizdə fəaliyyət göstərən Fövqəladə Təhqiqat Komissiyasının 36 cilddən ibarət istintaq materiallarını buna misal gətirmək olar. 1948-1953-cü illər deportasiyasına isə beynəlxalq səviyyədə hələ hüquqi qiymət verilməyib. Bu deportasiyaya ilk tarixi qiymət Ulu Öndər Heydər Əliyevin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 1997-ci il 18 dekabr tarixli fərmanı ilə verilib hüquqi-siyasi qiymət verilməsi zəruri hesab edilib".

Qərbi Azərbaycan İcmasının üzərinə tarixi bir missiya götürdüyünü deyən deputat bildirib ki, qurum yarandığı gündən indiyədək tarixi Azərbaycan ərazisi olan, indiki Ermənistan adlanan dövlətdən qovulan azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olur onların geriyə qayıtmasına dair əzəli hüquqlarını müntəzəm olaraq gündəmdə saxlayır.

"Təəssüf ki, 1930-1940-cı illərdə keçmiş SSRİ məkanında repressiya deportasiyaya məruz qalan hər kəs bütün xalqlar Stalinin ölümündən sonra məhkəmə qərarları ilə bəraət alsalar da, 1948-1953-cü illər deportasiyasından zərərçəkənlərə hələ hüquqi müstəvidə bəraət verilməyib. Deportasiya olunanlar onların varislərinin ata-baba yurdlarına qayıtmaq hüququ tanınmayıb. 1987-1991-ci illərdə baş vermiş sonuncu deportasiya isə öz amansızlığı qəddarlığı ilə əvvəlkilərdən fərqlənməyib", - deyə icma sədri bildirib.

Natiq onu da diqqətə çatdırıb ki, o vaxt indiki Ermənistan adlanan ərazidə, yəni Qərbi Azərbaycanda 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayıb 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edib: "Bütövlükdə götürsək, 300-ə yaxın yaşayış məntəqəsində azərbaycanlılar yaşayıblar. Bu soydaşlarımızın hamısı ermənilərə xas üsul yollarla son nəfərinə qədər Qərbi Azərbaycandakı ata-baba yurdlarından qovulublar. Sonuncu deportasiya prosesində soydaşlarımızdan 200 nəfərdən çoxu ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib, 400-dən çoxu isə müxtəlif bədən xəsarətləri alıb. Azərbaycanlılar 300-ə yaxın yaşayış məntəqəsindən qovulublar bu zaman onlara fərdi təsərrüfatlar üzrə 2,5, ictimai təsərrüfatlar üzrə isə 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulub. Beynəlxalq qiymətləndirmə standartlarına görə, bu gün həmin ziyanın məbləği 700 milyard dollar həcmindədir. Yeraltı-yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, yəqin ki, bu məbləğ bir neçə dəfə artar. Mənəvi ziyanı isə heç bir məbləğlə əvəz etmək mümkün deyil".

Rəhbərlik etdiyi qurum tərəfindən qısa müddətdə Qərbi Azərbaycandan qovulan əhalinin adlı siyahısının tərtib edildiyini elektron daşıyıcılara köçürüldüyünü xatırladan Əziz Ələkbərli bildirib ki, Azərbaycan Baş Prokurorluğunda Ermənistandan qovularkən ermənilər tərəfindən soydaşlarımıza qarşı törədilən cinayət faktları barədə istintaq işi açılıb. Deputat deyib: "Bu həqiqətlərin tanıdılması gündəmə gətirilməsi, Qərbi Azərbaycandan deportasiyaya məruz qalan əhalinin hüquqlarının, mədəni irsinin qorunması, onların öz vətənlərinə təhlükəsiz ləyaqətli şəkildə qayıdış hüquqlarının bərpa olunması istiqamətində icmanın gördüyü işlər əsasən iki xətt üzrə aparılır. Bunlardan biri ölkə daxilində Qərbi Azərbaycan tarixinin, mədəniyyətinin, folklorunun, bir sözlə, xalqımızın öz doğma torpaqlarında yaratdığı, bu gün yaşatdığı zəngin irsin öyrənilməsi təbliğindən ibarətdir. Digər ən önəmli istiqamət isə ölkəmizin hüdudlarından kənarda, eləcə beynəlxalq təşkilatlarla görülən işlərdir. Artıq hər iki istiqamət üzrə xeyli görülüb uğurla görülməyə davam edir".

İcma bəyanat müraciətlərində, konfrans simpoziumlarda, dünyanın ən ünlü tədbir görüşlərində tərəqqipərvər bəşəriyyətə insan hüquqları müdafiəçilərinə təkrar-təkrar açıqlayıb ki, yeganə məqsədi azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dinc şəkildə qayıdışını təmin etməkdir.

 Bu fikirlər icmanın  bu günlərdə verdiyi bəyanatda da yer alıb. Qərbi Azərbaycan İcmasının nümayəndəsinin Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç ilə görüşməsinə, Varşavada ATƏT-in İnsan Ölçüsü Konfransı çərçivəsində tədbir keçirməsinə, Haaqada ATƏT-in milli azlıqlar üzrə komissarlığının tədbirində iştirakına Ermənistanın verdiyi reaksiya bir daha bu dövlətin siyasətində azərbaycanlılara qarşı olan etnik nifrətin səviyyəsini göstərir. Bununla Ermənistan həm söz azadlığına vətəndaş cəmiyyətinin fəaliyyətinə qədər dözümsüz yanaşdığını nümayiş etdirib.

Bəyanatda həmçinin vurğulanır ki, Ermənistan hökuməti dialoqdan qaçmaq üçün guya icmanın ona qarşı ərazi iddiası irəli sürdüyünü bildirir. Qərbi Azərbaycan İcması bir daha bəyan edir ki, onun Ermənistanın suverenliyinə ərazi bütövlüyünə qarşı heç bir iddiası yoxdur yeganə məqsədi azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dinc şəkildə qayıdışını təmin etməkdən ibarətdir.

 

Rəhman SALMANLI,

Azərbaycan.-2023.- 29 oktyabr, № 237.- S.7.