Vədə sadiqliyin ifadəsi

 

Anda, sözə sadiqlik ağıl, cəsarət, səbir, təmkin, dözümlülük tələb edir. Andına dönük çıxanların əməlləri nəticəsində xalqımızın da başına müsibətlər gəlmiş, insanlarımız dəhşətli faciələrlə üz-üzə qalmış, ağrılı-acılı illər yaşamışlar. Heç uzağa getməyək, 1990-cı illərin hadisələrinə nəzər salsaq, saxta vədlərlə, boğazdan yuxarı andlarla vəzifəyə gələnlərin xalqı uçuruma yuvarladıqlarının, ölkənin dağılaraq məhv olması ərəfəsinə gəlib çatdığının andla əməli üzləşdirsək, acı həqiqətlərin şahidi olarıq olmuşuq.

O illərdə dönə-dönə and içib, vəd verib hakimiyyətə gələnlər 1993-cü ilin ortalarında bir balaca təhlükə hiss edəndə canlarının qorxusundan torpağı düşmən əlində, Vətənini darda qoyub qaçdılar. And, vəd, torpaq, Vətən təəssübkeşliyi, anda sədaqət yaddan çıxdı.   

Vətən, xalq, torpaq andı müqəddəsdir. Onu heç nəyə dəyişmək olmaz. Biz bu andın müqəddəsliyini şəhidlərimizin, qazilərimizin, tarixi şəxsiyyətlərimizin timsalında aydın görürük. Bir Prezident, ölkə vətəndaşı, azərbaycanlı kimi Ulu Öndər Heydər Əliyevin daha sonra İlham Əliyevin verdikləri vədlər, həyata keçirdikləri əməllər dünyaya örnək, bəşəriyyətə nümunə, nəsillərə ibrət dərsidir.

31 oktyabr 2003-cü ildə prezident seçkilərində qalib gəlmiş cənab İlham Əliyevin andiçmə mərasimi keçirildi. Prezident vəzifəsinin icrasına başlayan İlham Əliyev öz çıxışında bildirdi ki,  hər bir Azərbaycan vətəndaşının Prezidenti olacaq, Azərbaycanın müstəqilliyini suverenliyini  ləyaqətlə qoruyacaq,  dövlətçiliyi möhkəmləndirəcək, Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursuna sadiq qalacaqdır. Ölkə Prezidenti özünün fəaliyyət proqramının əsas məqamlarını şərh edərək siyasi plüralizmin inkişaf etdiriləcəyinə, söz azadlığının təmin olunacağına, sosial-iqtisadi inkişafın ərazi bütövlüyünün bərpa edilməsi üçün bütün tədbirlərin görüləcəyinə söz verdi bunu bütün dünyaya bəyan etdi.

Prezident kimi fəaliyyət göstərdiyi 20 il ərzində cənab İlham Əliyev hər an hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut edib, sevincli kədərli günlərdə daim insanların yanında olub, milliyyətindən, dinindən, vəzifəsindən asılı olmayaraq, hər bir vətəndaşa qayğı diqqətlə yanaşıb, öz andına sadiqliyini nümayiş etdirib. Vətəndaş həmrəyliyi, xalqın birliyi, ölkədə ictimai-siyasi sabitliyin yaradılması ölkə rəhbərinin həyat amalına çevrilib, söz, mətbuat azadlığına, fikir müxtəlifliyinə, siyasi partiyaların, ictimai təşkilatların fəaliyyətinə geniş imkanlar yaradıb, demokratik mühitin saflaşdırılmasına formalaşmasına çalışıb.

"Güclü dövlət, güclü iqtisadiyyat sosial rifah. Bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində biz uğurla inkişaf edirik" ifadələrini öz çıxışlarında dəfələrlə səsləndirən  dövlətimizin rəhbəri  bu inkişafın təməlində ölkədə yaradılan sağlam mənəvi mühitin, birliyin durduğunu qeyd edib. Məhz xalq-Prezident birliyi sayəsində ölkəmiz dayanıqlı davamlı iqtisadi inkişafa nail olub, əhalinin sosial-rifah halı yaxşılaşıb, dövlətimizin beynəlxalq nüfuzu yüksəlib, mütləq söz sahibinə çevrilib.

2003-cü ildə 1 milyard 220,9 milyon manat dövlət büdcəsinə malik olan ölkəmizin büdcə gəlirləri indi 40 milyard manata yaxındır. Valyuta ehtiyatlarımız 37 dəfə artaraq 1,8 milyard dollardan 67 milyard ABŞ dolları səviyyəsinə çatmışdır. Bu illər ərzində əməkhaqları, pensiyalar, sosial müavinət təqaüdlər üzrə ödənişlər dəfələrlə artmış, aylıq orta əməkhaqqı 77,4 manatdan 900 manata yüksəlmişdir.

20 il ərzində 3 min 200-dən çox məktəb binasının, 750-dən çox tibb müəssisəsinin tikilməsi əsaslı təmir edilməsi, 40-dan  çox olimpiya-idman mərkəzinin yüzlərlə idman qurğusunun inşası, 21 min kilometrə yaxın yolun çəkilməsi, körpülərin salınması, 2 milyondan artıq yerinin açılması çox mühüm dövlət  proqramlarının, layihələrinin uğurla həyata keçirilməsi, işğaldan azad olunmuş ərazilərdə möhtəşəm tikinti, bərpa, təmir, quruculuq-abadlıq işlərinin aparılması, şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 14 mindən çox mənzilin verilməsi iqtisadiyyatımızın dinamik inkişafda olmasının nəticəsidir.

İqtisadiyyatın inkişafında aqrar sektorun payı danılmazdır. Cənab İlham Əliyevin  bu sahəyə diqqət qayğısı, qəbul edilən qanunlar, proqramlar, layihələr sayəsində ölkəmizin kənd təsərrüfatında əsaslı dönüş yaranmış, sahibkarlığa önəm verilmiş, adamlarına yüksək məhsul istehsal etmək üçün lazım olan bütün imkanlar tanınmışdır.

Dövlətimizin rəhbəri keçən 20 il ərzində iqtisadiyyatımızı inkişaf etdirmək, xalqın birliyinə nail olmaq, ölkəmizi beynəlxalq aləmdə tanıdıb ucaltmaqla bərabər, milli təhlükəsizlik sistemini Silahlı Qüvvələrimizi möhkəmləndirməyi, hərbi kadrlar hazırlığını təkmilləşdirməyi bacardı bunu 44 günlük müharibə, 23 saatlıq antiterror tədbirləri zamanı sübuta yetirdi.

Azərbaycanın suverenliyinin tam təmin olunması, ərazilərimizin düşməndən xilas edilməsi, Qarabağda separatizm yuvasının dağıdılıb kökünün kəsilməsi cənab İlham Əliyevin xalq Vətən qarşısında unudulmaz tarixi xidmətidir. Ulu Öndərimizin, şəhidlərimizin ruhunun sevindirilməsi, təcavüzdən uzun illər bəlalar çəkən insanların ağrılarının ovundurulması başımızın ucaldılmasıdır.

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev öz siyasəti, qətiyyəti, hərbi bacarığı ilə ordunu  xalqı birləşdirməklə bu şərəfi bizə yaşatdı, xalqımızın mübarizliyini, qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi, ləyaqət, şərəf anlayışının müqəddəsliyini, yenilməzliyini düşmən üzərində qələbə qazanmaqla  içdiyi anda sədaqətli olduğunu təsdiqlədi.   

Ölkə rəhbəri dəfələrlə bildirirdi ki, biz torpaqlarımızı düşməndən azad edəcəyik, bayraqlarımızı Şuşada, Xankəndidə, digər ərazilərimizdə ucaldacağıq. Viran edilən şəhər kəndlərimizi tikəcək, quracaq, bərpa edəcəyik. Söylənilənlər bu gün həqiqətə çevrilmişdir.        

Azərbaycan bayrağı Xankəndidə, Şuşada, Füzulidə, Ağdamda digər ərazilərimizdə dalğalanır xalqımızı qürurlandırır. İşğaldan azad olunmuş ərazilərdə möhtəşəm quruculuq, bərpa, tikinti işləri aparılır, yollar çəkilir, körpülər salınır, məktəblər, xəstəxanalar, inzibati yaşayış binaları ucaldılır, beynəlxalq əhəmiyyətli təyyarə meydanları istifadəyə verilir artıq həmin ərazilərə qayıdış başlamışdır. Qarabağın Şərqi Zəngəzurun bərpası yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər, görülən işlər xalqımızda fərəh doğurur.

Bu gün keçmiş məcburi köçkünlərin ata-baba yurdlarına qayıtması işğaldan azad  edilən ərazilərimizdə yeni dövrün başlanmasından xəbər verir. Sözsüz ki, bu təcavüzkar Ermənistanı, onun Fransa, Almaniya kimi havadarlarını məyus edir, yuxularını ərşə çəkir. Bu təcavüzkarların, onlara dəstək verənlərin səyləri, qurduqları planlar, uydurduqları böhtan yalanlar isə faydasızdır. Çünki qarşılarında sözü ilə əməli bir olan, xalqından sülhsevər insanlardan dəstək alan, haqq-ədalətə, beynəlxalq normalara, bəşəri dəyərlərə, Heydər Əliyev ideyalarına arxalanan bir dövlət rəhbəri, uzaqgörən siyasətçi, qətiyyətli sərkərdə - Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev var. O rəhbər ki içdiyi anda, verdiyi vədə, söylədiyi sözlərə, xalqına vətəninə sadiqdir, düşmənlərinə qarşı qətiyyətlidir, insanlara qarşı humanist, dostlara etibarlıdır.

Son 20 ilin gedişləri, nəticələri uğurlarımızın gələcəyinə dövlətimizin rəhbərinin fəaliyyəti sayəsində daha işıqlı olacağına  bir zəmanətdir. İçilən andın həqiqətə çevrilməsi, görülən möhtəşəm işlər həyata keçirilən mühüm tədbirlər buna əyani sübutdur. Bu, tarixi həqiqətdir bu tarixi yazanlar başda cənab İlham Əliyev olmaqla xalqımızın qəlbində əbədi yer, ucalıq qazanıblar əsrlərboyu belə olacaqdır.   

 

Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Azərbaycan.-2023.- 31 oktyabr, ¹ 238.- S.4.