Xarici ticarətdə saldo xeyrimizədir

 

Dünya sözün həqiqi mənasında ağır bir dövrə qədəm qoyub. Hazırda siyasi hərbi qarşıdurma pik həddə çatıb. Rusiya-Ukrayna müharibəsindən sonra yenidən kəskinləşən HƏMAS-İsrail savaşı beynəlxalq münasibətləri bir qədər sərtləşdirib. Belə hal dünyada ticarətin ahəngini pozub.

Məlumdur ki, Rusiya nəhəng bazardır. Avropa istehsal etdiyi məhsulların böyük hissəsini bu ölkəyə göndərirdi. Əvəzində Rusiya neft qazın böyük həcmini  Avropa ölkələrinə satırdı. İndi demək olar ki, bu əlaqələr tamamilə pozulub. Lakin  gərginlik təkcə bu regiona aid deyil. Bütünlüklə dünyada iqtisadi qeyri-müəyyənlik hökm sürür. Bu da istehsalın aşağı düşməsi ticarətin zəifləməsi ilə nəticələnir.

Ölkəmizə gəldikdə  deyək ki, Azərbaycan qarşılıqlı maraqları təmin etmək üçün pozitiv siyasət aparır. Heç bir ölkə ilə konfrantasiyaya  girmədən öz iqtisadi ticarət maraqlarını təmin edir. Sadə bir misal: Fransa ilə siyasi əlaqələrimizdə gərginlik hökm sürür, səbəbi həmin ölkənin Ermənistan-Azərbaycan münasibətlərində pozucu mövqe tutmasıdır. Buna baxmayaraq, biz bu ölkənin nəhəng neft şirkəti ilə olan münasibətləri pozmadıq əvvəlcədən razılaşdırılmış şərtlərin üzərinə daha yenilərini əlavə etdik. Məqsəd Xəzər dənizindəki karbohidrogen yataqlarının istismarını sürətləndirməkdir.

Belə uğurlu siyasət ölkəmizin maraqlarına uyğundur. Qarşılıqlı maraqlara söykənən iqtisadi münasibətlər ölkəmizin xarici ticarətinə müsbət təsir göstərir. Bunu  statistik rəqəmlərdən aydın görə bilərik. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-avqust aylarında Azərbaycandakı hüquqi fiziki şəxslər dünyanın 194 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 113 ölkəyə məhsul ixrac olunmuş, 185 ölkədən  isə məhsul idxal edilmişdir. 

Məlumdur ki, xarici ticarətdə müsbət saldonun yaranması hər bir ölkənin xüsusi marağındadır. Belə ki, xarici ticarətdə müsbət saldo ölkədə istehsalı stimullaşdırmaqla yanaşı, maliyyə sabitliyinin valyuta ehtiyatının yaranmasına da müsbət təsir göstərir.

Sözügedən  dövrdə gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla cari ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 29 milyard 989,2 milyon dollar, o cümlədən ixracın dəyəri 18 milyard 838,6 milyon dollar, idxalın dəyəri 11 milyard 150,6 milyon dollar təşkil etmiş, nəticədə 7 milyard 688 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.

Xarici ticarət partnyorlarımız arasında İtaliya liderdir. Sonrakı yerlərdə Türkiyə, Rusiya, Çin, Yunanıstan, İsrail, Almaniya, Hindistan, İspaniya, Türkmənistan, Gürcüstan, Çexiya, Birləşmiş Krallıq, Rumıniya, Fransa, İrlandiya, Xorvatiya, ABŞ, İran, Bolqarıstan, Yaponiya, Koreya Vyetnam qərarlaşıb.

İdxalda isə Rusiya birincidir. Bundan sonrakı yerləri Çin, Türkiyə, Almaniya, Türkmənistan, Fransa, ABŞ, İran, İtaliya, Yaponiya, Birləşmiş Krallıq, Belarus, Qazaxıstan sair dövlətlər tutur.

Hesabat dövründə bir sıra məhsulların ölkəyə idxalı xeyli azalıb. Bunun bir səbəbi həmin növ məhsullara olan tələbatın azalmasıdırsa, digər səbəbi  belə məhsulların öz ölkəmizdə istehsal olunmasıdır.

İxracın strukturunda karbohidrogen məhsulları ilə yanaşı, digər məhsulların çeşidinin kəmiyyətinin artması ölkənin iqtisadi cəhətdən hərtərəfli inkişafına işarədir. Belə ki, ilin ilk səkkiz ayında ixracın strukturunda xam neft, təbii qaz neft-qaz məhsullarının, meyvə tərəvəzlərin, plastik kütlə ondan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, alüminium ondan hazırlanan məmulatların, pambıq lifi ipliyinin, qara metallar ondan hazırlanan məmulatların, alkoqollu alkoqolsuz  içkilərin, şəkərin, bitki yağlarının payı üstünlük təşkil etmişdir.

Həmin  aylarda qeyri-neft-qaz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 14,6 faiz, real ifadədə 10,6 faiz artaraq 2 milyard 210,4 milyon dollara bərabər olmuşdur. Neft-qaz məhsulları ilə yanaşı, qeyri-neft-qaz məhsullarının ixracının artması ölkədə icra edilən iqtisadi islahatların məntiqi nəticəsidir.  Belə ki, uzunmüddətli islahatlar sayəsində ölkəmizdə qeyri-neft-qaz  sektoru xeyli inkişaf edib, bu, özünü ixracda da göstərir.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2023.- 31 oktyabr, ¹ 238.- S.5.