Sosial-iqtisadi inkişafın salnaməsi

 

 

İqtisadi yüksəliş yollarında Azərbaycanla qoşa addımlayır "Azərbaycan"

 

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı, müstəqil ölkəmizin rəsmi dövlət qəzeti, Milli Məclisin orqanı "Azərbaycan"ın 105 yaşı tamam olur. Sovetlərin 70 ildən çox bir zaman kəsiyində susdurduğu bu qəzet müstəqilliyimizlə bərabər həyata qayıtmış şərəfli missiyasını davam etdirməyə başlamışdır.

"Azərbaycan" xalqımızın həyatının, ölkəmizin inkişafının nüfuzunun, dövlətimizin mübarizə qələbələrinin, insanlarımızın qayğı sevinclərinin ifadəçisidir. Ulu Öndər Heydər Əliyevin xilas etdiyi dirçəltdiyi, Prezident İlham Əliyevin inkişaf etdirib dünyanın sayılıb-seçilən ölkələri sırasına çıxardığı Azərbaycanı görürük bu qəzetin səhifələrində.

Bu bir həqiqətdir ki, qəzetin hər yazısının öz oxucusu olur. Yəni o, qəzet səhifəsində özünün dünyagörüşünə, yaşına, təhsilinə, fəaliyyət sahəsinə uyğun material axtarır. Biz iqtisadçılar, bu sahə ilə məşğul olan elm adamları əlimizə götürdüyümüz hər qəzet nömrəsində ölkənin sosial-iqtisadi həyatını əks etdirən yazılar oxumaq istəyirik. Bəri başdan deyim ki, bu baxımdan "Azərbaycan" qəzeti bizi tam qane edir.

Azərbaycanın qəddini düzəldən, ölkəni canlandıran, iqtisadi tənəzzüldən xilas edən "Əsrin müqaviləsi"nin imzalanması, kəndlini öz torpağının taleyinin sahibinə çevirən aqrar islahatlar, daha sonrakı illərdə regionların sosial-iqtisadi inkişafına yönəldilən birinci (2004-2008-ci illər), ikinci (2009-2013-cü illər), üçüncü (2014-2018-ci illər) dördüncü (2019-2023-cü illər) dövlət proqramlarının icrasının hər günü sevdiyimiz qəzetin səhifələrindədir. Bu səhifələri çevirdikcə gözlərimizdə günbəgün yenidən qurulan, ucqar kəndlərinədək yollar çəkilən, dağların başındakı obalarınadək hər yerdə mavi alov şölələnən, 25-30 il əvvəl böyük şəhərləri belə işığı az qala fasilə ilə alan, son iki onillikdə isə 34 elektrik stansiyası tikən indi qonşusu olan dörd ölkəyə enerji ixrac edən Azərbaycan canlanır.

Bu gün Azərbaycanın bir sıra rayon mərkəzləri gözəllikdə, abadlıqda Avropanın tanınan şəhərlərindən heç geridə qalmırlar. Paytaxtımız meqapolisə çevrilib. bütün bunlar "Azərbaycan"ın iqtisadi mövzuda yazan jurnalistlərinin diqqətindən qələmindən qəzetin bircə nömrəsində belə yayınmır.

Qısası, Azərbaycan iqtisadiyyatının elə bir sahəsi yoxdur ki, bu qəzetdə öz dolğun, geniş əhatəli əksini tapmasın. Başlayaq iqtisadiyyatımızın bel sütununu təşkil edən neft-qaz sektorundan. Mübaliğəsiz deyə bilərik ki, qəzet Azərbaycanın yeni neft-qaz strategiyasının əsl salnaməçisinə  çevrilib. Hazırda dünyada istismar olunan ən böyük karbohidrogen mənbələrindən biri Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarıdır. Məhz AÇG-nin tammiqyaslı işlənməsi Hasilatın Pay Bölgüsü Sazişi "Əsrin müqaviləsi" adını alıb ki, bu layihənin axtarış, qazma, tikinti, hasilat, ixracla bağlı bütün əməliyyatları barədə dəqiq məlumatları biz  "Azərbaycan" qəzetinin səhifələrindən alırıq.

Prezidentimiz "Azəri-Çıraq-Günəşli"ni ölkəmizin əsas gəlir mənbəyi adlandırıb. "Azərbaycan" qəzeti   AÇG-nin sıradan bir yataqlar bloku olmadığını, onun respublikamızın həyatındakı rolunu oxucuya konkret rəqəmlərlə, aydın misallarla göstərir.

Dünyanın ən böyük neft-qaz terminallarından biri, regionun neft-qaz ixracı mərkəzi olan Səngəçal terminalı, Ulu Öndər Heydər Əliyevin şah əsərləri sırasında dayanan, üçüncü minilliyin nəhəng mühəndis qurğusu sayılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 17 il əvvəl "Şahdəniz" qazını ilk dəfə xaricə nəql edən, Azərbaycanı həm qaz ixracatçısı kimi tanıdan Bakı-Tbilisi-Ərzurum boru  xətti haqqında ən geniş təsəvvürü oxucularda məhz ölkəmizin adını daşıyan bu qəzet yaradır. "Cənub qaz dəhlizi"nin keçdiyi uzun yol, bu layihənin təşəbbüskarının aparıcı qüvvəsinin Azərbaycan olduğu, nəhayət, ölkəmizin Avropanın qaz təchizatçılarından birinə çevrildiyi barədə bir çox bilgiləri əsasən bu qəzetdən alırıq.

Bütün bunlar iqtisadi mövzunun bir qolunu  əhatə etsə , oxunaqlı  sadə dildə çatdırılır. Başqa sözlə desək, "Azərbaycan" qəzeti jurnalistikamıza indiyədək işlədilməyən bir "neft publisistikası" da gətirib. "Neftimiz sərvətimizdir", "Neft tariximizdən",  "Dünyanın neft regionlarında" rubrikaları ilə verilən yazılar, fədakar neftçilərimizin qəhrəmanlığından bəhs edən oçerk zarisovkalar, Xəzər dənizində qurduğumuz, bəlkə yalnız Şimal dənizində rast gəlinə biləcək ən müasir hasilat platformalarından reportajlar oxunaqlı olduğundan təkcə bu sahənin adamlarını deyil, qəzeti əlinə götürən hər bir kəsi cəlb edir.

Ölkənin sosial-iqtisadi inkişafı üçün bütün mənbələrdən əsas kapitala yönəldilən vəsait, geniş vüsət  alan tikinti-quruculuq işləri, bu sahəyə yatırılan daxili xarici sərmayə, istifadəyə verilən yeni istehsal müəssisələri, yaradılan müasir infrastruktur... Bütün bunlar üçün qəzetin səhifələrində geniş yer var.  Sənaye parkı, sənaye məhəlləsi, aqropark nədir, bunlar ilə məşğuldur, əhəmiyyəti perspektivləri nədən ibarətdir? Bu sualların cavablarını da "Azərbaycan" qəzetindən almaq mümkündür.

Məlumdur ki, qeyri-neft sektorunun inkişafı dövlətin əsas prioritetlərindən biri  elan olunub. İqtisadiyyatımızın sabahı bununla bağlıdır. Odur ki, indi  ölkədə qeyri-neft sektorunun bütün qollarının, o cümlədən aqrar sahənin inkişafına böyük önəm verilir. Pambıqçılığın yenidən canlanması, üzümçülüyün, baramaçılığın, tütünçülüyün, çəltikçiliyin unudulmuş digər sahələrin dirçəldilməsi, ölkənin hər tərəfində iqlimə, torpağın xüsusiyyətlərinə uyğun intensiv meyvə bağlarının salınması Prezident İlham Əliyevin uzaqgörən iqtisadi siyasətinin nəticəsində mümkün olub. Taxıl istehsalını artırmaq üçün yeni yollar axtarılır. Məqsəd ərzaq təhlükəsizliyimizin tam şəkildə özümüz tərəfindən təmin olunması, idxaldan asılılığın azaldılması, ixracyönümlü məhsulların istehsalının artırılmasıdır. Cəsarətlə deyə bilərik ki, bu yolda "Azərbaycan" qəzeti dövlətin böyük dəstəkçisidir. Başqa sözlə, "Azərbaycan" qəzeti postneft dövrünə hazırlaşan, kənd təsərrüfatını, turizmi, İKT sektorunu digər sahələri inkişaf etdirən Azərbaycanla qoşa addımlayır.

Qeyd etdiyimiz kimi, elə bir region, elə bir şəhər, bəlkə elə bir kənd yoxdur ki, rəsmi dövlət qəzetimizin diqqətindən kənarda qalsın. Bu baxımdan respublikanın regionlarının sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının icrasına həsr olunan mütəmadi materiallar xüsusi önəm daşıyır.

Azərbaycanın erməni işğalçıları üzərindəki möhtəşəm qələbəsi iqtisadi mövzulara da yeni bir çalar məzmun gətirdi. Elə müharibənin getdiyi günlərdə qəzetdə "Arxa cəbhə" rubrikasına rast gəldik. Müzəffər ordumuz ön cəbhədə sədləri istehkamları yarıb yağıya diz çökdürəndə Azərbaycanın hər tərəfində, o cümlədən döyüş gedən yerlərə yaxın ərazilərdə həyat həmişəki kimi qaynayırdı. Payız fəsli olduğundan kənddə məhsul yığımı öz qaydasında aparılırdı. bütün bunlar sözügedən rubrikada öz əksini tapırdı.

Zəfərdən sonra isə qəzet bir növ Qarabağı Şərqi Zəngəzuru  yenidən qurub-tikənlərin sırasına qoşuldu. İqtisadi mövzuda yazan "Azərbaycan"çılar bu gün böyük quruculuğun təkcə xronikasını yaratmaqla kifayətlənmirlər. Bu işlərin miqyasını mahiyyətini, tələb etdiyi vəsait işçi qüvvəsini açıqlayaraq oxucuya səhih məlumat verirlər. "Ağıllı kənd", "ağıllı kənd təsərrüfatı" necə qurulur, bu ərazilərdə bərpa olunan enerji hansı mənbələrdən yaranacaq? Bu sualların cavabını da qəzetin iqtisadi mövzudakı yazılarından tapmaq olar.

"Salam Qubadlı - dağlar diyarı, qəhrəmanlar yurdu", "Sərvətləri zəngin Zəngilan", "İşığın yanar, suyun axar olsun, Şuşa", "Yandırılan meşələrdə, baltalanan bağlarda hər ağacı bərpa edəcəyik", "Ruhlar şəhəri ruhumuzun şəhərinə çevrilir" digər bu kimi yazılar iqtisadi mövzuda olsa da, üslubu məlumat zənginliyi ilə geniş oxucu kütləsinin diqqətindən yayınmır.

Sosial mövzu da qəzetin daim diqqət mərkəzindədir. Məlumdur ki, ölkədə son illər bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub. Prezident İlham Əliyevin  imzaladığı sərəncamların əhali arasında necə rəğbətlə, məmnunluqla qarşılandığını qəzetin yazılarında aydın görürük. Bu da səbəbsiz deyil. Çünki imzalanan hər yeni  sərəncam yeni sosial islahat mərhələsinə keçidi təmin edir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılır.  Bu da onu göstərir ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir.

Ölkəmizdə son beş ildə artıq dördüncü sosial islahat paketinin icrası həyata keçirilir. 2023-cü ildə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulduğu həmin artımların 1,9 milyon vətəndaşı əhatə edəcəyi bildirilir. Bu da dövlətin siyasətinin mərkəzində həmişə vətəndaşın rifahının dayandığının daha bir nümunəsidir. "Azərbaycan" qəzeti vətəndaşların maraqlarına xidmət edən bu siyasəti özünün daimi mövzuları sırasında görür.

Xatırladaq ki, son 5 ildə sosial sahədə ardıcıl xarakter daşıyan islahatlar nəticəsində minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. 2018-2022-ci illərdə orta aylıq əməkhaqqının 52, orta aylıq pensiyanın 80 faiz, müavinət təqaüd ödənişlərinin 3,5 dəfə, pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə ayrılan illik vəsaitin  80 faiz artırılması da sosial islahatların  davamlı olduğunun göstəricisidir. Əlavə edək ki,  həmin dövrdə əmək müqavilələrinin sayı 33 faiz (431 min) artaraq 1 milyon 741 minə çatıb, əməkhaqqı fondunda 2,3 dəfə artıma nail olunub. Bütün bunların Azərbaycan vətəndaşlarının həyatına necə müsbət təsir etdiyini "Azərbaycan" qəzetindəki yazılardan da əyani görə bilirik.

"Azərbaycan" hər nömrəsi ilə dövlətin onun siyasətinin etibarlı dəstəkçisi olduğunu sübut edir. Bunu Ulu Öndər Heydər Əliyevin 100 illiyi, eləcə "Heydər Əliyev İli" ilə bağlı yazılar da təsdiqləyir. Prezident İlham Əliyev 2022-ci il 29 sentyabr tarixli  sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ili "Heydər Əliyev İli" elan etdiyi vaxtdan qəzetdə bu mövzuda yazılar dərc olunmağa başladı. Həmin yazılarda Ümummilli Liderin hakimiyyətinin istər birinci, istərsə ikinci dövründə ölkəmizin sosial-iqtisadi inkişafı üçün gördüyü misilsiz işlər öz aydın əksini tapır.

Ulu Öndərin təməlini qoyduğu, Prezident İlham Əliyevin günün tələbləri baxımından davam inkişaf etdirdiyi aydın yolda Azərbaycanla qoşa "Azərbaycan" adlı qəzetimiz addımlayır üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirir.

 

Tofiq HÜSEYNOV,

iqtisad elmləri doktoru, professor,

Əməkdar iqtisadçı

Azərbaycan.-2023.- 13 sentyabr.- S.7.