Azərbaycanın şərtləri yerinə yetirildi

 

Ağdam-Xankəndi yolu ilə humanitar yardımın keçidi təmin olundu

 

Ermənistanın aylardır davam edən "humanitar fəlakət" şousunun yekunlaşdığını deyə bilərik. Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolu artıq açılıb. Belə ki, ötən gün Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əlaqələndirilmiş şəkildə Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobilinin bu yolla Xankəndiyə keçidi təmin olunub.

Xarici İşlər Nazirliyi məlumatında bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qondarma rejimi tərəfindən problem təxribatların törədilməsinə baxmayaraq, RQXC tərəfindən göndərilən yükün Azərbaycanla əlaqələndirilmiş şəkildə məhz Ağdam-Xankəndi yolu ilə keçməsini bu yolun açılması istiqamətində müsbət addım mühüm irəliləyiş kimi qiymətləndirir.

Qeyd olunub ki, Azərbaycanın ABŞ digər tərəfdaşlar ilə yüksəksəviyyəli təmaslar zamanı da qeyd etdiyi kimi, ölkəmiz Ağdam-Xankəndi Laçın yollarından BQXK vasitəsilə eyni zamanda istifadə məsələsinə razılıq verib. Təbii ki, keçid yalnız Azərbaycanın sərhəd gömrük prosedurlarına əməl edilməklə həyata keçiriləcək.

Bütün proseslər bir daha göstərir ki, Azərbaycan hər zaman verdiyi sözə, humanizm prinsiplərinə sadiqdir, regionda təhlükəsizliyin əmin-amanlığın bərqərar olması üçün lazımi addımlar atır. Amma Ermənistan üzərinə götürdüyü öhdəliklərdən yayınaraq, törətdiyi təxribatlar, şoular ilə sülhün təmin edilməsində maraqlı olmadığını göstərir.

 

Ağdam-Xankəndi yolunun açılması Ermənistanın geri çəkildiyinin göstəricisidir

 

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu qəzetimizə açıqlamasında deyib ki, Ağdam-Xankəndi yolu ilə yükün daşınması birmənalı olaraq Azərbaycanın iradəsinin keçici olduğunu göstərdi.

Deputat qeyd edib ki, Azərbaycan özünün suverenliyinə, ərazi bütövlüyünə ardıcıl qəsd cəhdlərinin qarşısını alıb: "Ermənistan tərəfindən göndərilən 21 yük maşınının Laçın yolunun girişində uzun zaman dayanması Azərbaycanın bu yük maşınlarının ərazilərinə girməsinə icazə verməməsi dövlətimizin gücünün, qətiyyətinin iradəsinin göstəricisi idi. Yəni Ermənistan rəsmi Bakıdan icazə almadan Azərbaycan ərazilərinə yük göndərməyə cəhd etməklə göstərmək istəyirdi, ki, Laçın yolu Ermənistanın istəyinə uyğun olaraq elə dəhliz formatında qalacaq. Azərbaycan isə nümayiş etdirdi ki, Laçın-Xankəndi yolu tamamilə Azərbaycanın nəzarəti altındadır. Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurmaqla Azərbaycan öz ərazi bütövlüyünü tamamlamış oldu öz ərazisinə giriş-çıxışa nəzarəti bərpa etdi".

Azərbaycanın nəzarətində olmadığı dövrdə Laçın-Xankəndi yolu vasitəsilə Ermənistanın separatçılara silah-sursat ötürdüyünü xatırladan E.Mirbəşiroğlu bildirib ki, dövlətimiz tərəfindən bu yol nəzarətə alındıqdan sonra separatçıların nəfəsliyinin qarşısı alındı. Azərbaycan tərəfi bəyan etdi ki, ölkəmizin icazəsi olmadan ərazilərimizə yük maşınlarının keçirilməsi suverenliyə, ərazi bütövlüyünə qəsd cəhdləridir. Digər tərəfdən Azərbaycan yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif etməklə özünün xoş niyyətini bir daha nümayiş etdirdi.

Ermənistan separatçılar, onların Avropadakı, ABŞ-dəki lobbiçiləri heç bir əsas olmadan dünyaya səs salıblar ki, Qarabağda yaşayan ermənilər guya blokada şəraitindədirlər. Amma Azərbaycan Ağdam-Xankəndi yolunu təklif etməklə göstərdi ki, Ermənistan separatçılar sadəcə olaraq Laçın yolu ətrafında Azərbaycan ərazisində yaşayan ermənilərin "humanitar vəziyyət"i üzərindən siyasi manipulyasiyalar etməkdədirlər.

Deputat qeyd edib ki, son günlərə qədər Ağdam-Xankəndi yolunun adı belə çəkilmirdi. "Onda sual yaranırdı ki, həqiqətən separatçıların iddia etdiyi kimi humanitar böhran vəziyyəti mövcuddursa, Azərbaycanın təklifi niyə qəbul olunmur? Yəni bu yolu təklif etməklə separatçıları da, təcavüzkar Ermənistanı da ifşa etdik. Onların siyasi manevr imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırdıq. Ağdam-Xankəndi yolu ilə yüklərin daşınmasının mümkün olması separatçıların Ermənistanın geri çəkildiyinin, müvafiq olaraq Azərbaycanın öz ərazisindəki proseslərə nəzarətetmə imkanlarının  göstəricisidir", - deyə deputat əlavə edib.

Onun sözlərinə görə, Ağdam-Xankəndi yolunun açılmasından sonra Laçın-Xankəndi yolunun açılmasının mümkünlüyünü Azərbaycan tərəfi qəbul etdi bu yol ölkəmizin gömrük sərhəd buraxılış normalarına uyğun fəaliyyət göstərə bilər. Bu da Azərbaycanın təbii hüququdur. Separatçılar Ermənistan, eyni zamanda onların ABŞ-dəki Avropadakı dəstəkləyiciləri israrla tələb edirdilər ki, Laçın yolu əvvəlki kimi dəhliz formatında açıq, hərəkət üçün tam sərbəst olsun. Bu, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü şübhə altına almaq cəhdləri idi. Hər bir dövlət kimi, Azərbaycan da öz sərhədlərində giriş-çıxışa nəzarətini həyata keçirmək hüququna malikdir dövlətimiz buna nail oldu.

Deputat qeyd edib ki, beləliklə, bütün ərazilərimiz boyunca suverenliyimizin etibarlı təmin olunması istiqamətində növbəti uğurlu addım atılıb.

 

 

Azərbaycanın növbəti uğuru

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycan hər zaman üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib bununla bağlı dəfələrlə rəsmi açıqlama bəyanatları olub: "Prezident İlham Əliyev hər zaman verdiyi sözə əməl edib. Son məsələ bunu bir daha göstərdi. Təəssüf ki, Ermənistan, eləcə bir sıra Qərb dövlətləri dairələri ermənilərin çirkin oyununun elementinə çevriliblər Azərbaycana qarşı təzyiqlərə başlayıblar. Ancaq proseslər onu göstərdi ki, Ermənistanın dediyi kimi, Azərbaycanın əsas hədəf məqsədi humanitar böhran yaratmaq deyil. Bizim əsas məqsədimiz beynəlxalq hüquqa əməl olunması Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılması, əsassız iddialara, təxribatlara son qoyulması idi".

C.Məmmədov düşünür ki, Ağdam-Xankəndi yolunun açılması ilə Qarabağa humanitar yükün çatdırılması Azərbaycanın növbəti uğurudur. Azərbaycan prinsipial qətiyyətli mövqe nümayiş etdirərək yüklərin bu yoldan keçirilməsinə nail oldu.

Deputat hesab edir ki, bu, Azərbaycanın növbəti qələbəsi kimi qəbul edilməlidir. Ölkəmiz üzərinə götürdüyü öhdəliyi yerinə yetirir. Eyni zamanda Ermənistan tərəfindən tələb edir ki, qanunlarımıza hörmət etsin, təxribatlarına son qoysun.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 13 sentyabr.- S.6.