Ermənistan törətdiyi təxribatlarla öz miskin sonunu yaxınlaşdırır

 

Son aylar Ermənistan ölkəmizə qarşı təxribatlarını genişləndirib. Bu ölkə açıq şəkildə nümayiş etdirir ki, sülh istəmir. Odur ki, hər vəchlə vəziyyəti gərginləşdirməyə çalışır.  Bunun üçün bütün yaramaz vasitələrə əl atır. Təxribatçı ermənilər, necə deyərlər, dondan dona girirlər. Onlar gah "məzlum", "yazıq" "əzabkeş" kimi görünməyə çalışır, gah da özlərinin əsl simalarını göstərirlər.

Qarabağ regionunda "humanitar böhran" yaşanması, Xankəndi ətraf kəndlərdə erməni əhalisinin aclıq oyunu, əslində, Ermənistanın siyasi oyunu idi. Bununla beynəlxalq ictimaiyyəti aldatmağa, dövlətimiz, xalqımız barədə əsası olmayan fikirlər formalaşdırmağa çalışırdı, baş tutmadı. Qarabağ regionunda humanitar böhran var, Xankəndi ətraf kəndlərdə erməni əhalisi ehtiyac içində yaşayır.

 

"...biz Azərbaycan ərazisində

ikinci erməni dövləti yaradılmasına imkan verməyəcəyik"

 

Xankəndi ətraf kəndlərdə yaşayan ermənilərin taleyi, əslində, rəsmi İrəvanı qətiyyən maraqlandırmır. Belə olmasaydı, Ermənistan xarabalığa çevirdiyi Qarabağı Azərbaycanın yenidən cənnətməkan etməsinə, orada yaşayan ermənilərin günə çıxmasına mane olmağa çalışmazdı.

Azərbaycan Prezidenti İlham Əliyev bu il Bakıda "Dünya bu gün: Çağırışlar ümidlər" mövzusunda keçirilən X Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında da Azərbaycanın çoxkonfessiyalı, multietnik ölkə olduğunu, milli azlıqların hüquqlarının Konstitusiyamız tərəfindən qorunduğunu bir daha diqqətə çatdırdı. Dövlətimizin başçısı Azərbaycanda müxtəlif etnik qruplar konfessiyaların nümayəndələrinin ləyaqətli dinc şəraitdə yaşadıqlarını qeyd etdi. "Ona görə əminəm ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq", - dedi.

Azərbaycan bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə Ermənistanla qətiyyən müqayisə olunmayacaq dərəcədə güclüdür. Ümumiyyətlə, xaricdən dəstək almadan yaşamaq iqtidarında olmayan Ermənistanın bizim ölkədə yaşayan ermənilərin qayğısına qalması gülüncdür, eyni zamanda da düşündürücüdür. Ermənistan məsələni qədər dolandırmağa səy göstərsə , məqsədini müxtəlif yalanlarla, şərlə, böhtanla ört-basdır etmək istəsə , əsl həqiqəti bilməyən yoxdur. Rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddiasına son qoymayıb, separatizmi dəstəkləməkdə davam edir. Azərbaycanın mövqeyi isə bəllidir. Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına imkan verilməyəcək.

 

Ermənistanın sərhəddə qoşunyığması hərbi təxribat planının tərkib hissəsidir

 

Xarici havadarlarının dəstəyinə güvənən Ermənistanın 44 günlük Vətən müharibəsindən dərs almaması təəssüf doğurur. Özü üçün dərin quyu qazdığını isə yəqin ki, yalnız o quyuya düşdükdən sonra dərk edəcək. Son günlər Ermənistanın qurduğu planlar, həyata keçirdiyi ya keçirməyə çalışdığı işlər bunu göstərir.

Onsuz da işğalda saxladığı otuz ilə yaxın müddətdə Qarabağ Şərqi Zəngəzur ərazilərini mina tarlasına çevirmiş işğalçı dövlət Vətən müharibəsi başa çatdığı vaxtdan indiyədək məkrli əməllərini davam etdirir. Bu günlərdə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verildi ki, Qarabağ iqtisadi rayonundakı Ermənistan silahlı qüvvələrinin qalıqları qeyri-qanuni erməni silahlı dəstələri ərazilərimizə kütləvi şəkildə yeni minalar döşəyir. Bildirildi ki, son dövrlərdə Qarabağ iqtisadi rayonundakı Ermənistan silahlı qüvvələrinin qalıqları qeyri-qanuni erməni silahlı dəstələrinin ərazilərimizə kütləvi şəkildə yeni minalar döşəməsi, bununla da Azərbaycana qarşı mina terroru siyasətini davam etdirməsi müşahidə edilməkdədir.

İşğalçı dövlətin böyük bir təxribat planı hazırladığı, mina terrorunun bu planın bir hissəsi olduğu artıq kimsəyə sirr deyil. Son günlər Ermənistan silahlı qüvvələrinin qoşun hissələrinin Azərbaycanla delimitasiya olunmamış dövlət sərhədində, Qarabağ bölgəsinə yaxın ərazilərdə, həmçinin Naxçıvan Muxtar Respublikası istiqamətində cəmləşdirilməsi işğalçı ölkənin hərbi təxribatlara əsaslanan planının tərkib hissəsi olduğu hamıya məlumdur.

Ermənistan təxribatlarını regionda sülhün yaranmasında maraqlı olmayan Fransanın digər qüvvələrin təsiri ilə davam etdirir. İşğalçı dövlət bütün dünyanın gözü önündə, heç nədən çəkinmədən bölgəni müharibə ocağına çevirməyə çalışır. Son günlər xarici ölkələrdən silah almaqla sərhədə qüvvələr cəmləşdirməklə yeni müharibə təhlükəsi yaradan Ermənistan bu dəfə ən böyük zərbəni özünə vurduğunu unudur.

Azərbaycan dövləti öz ərazi bütövlüyünü qorumaq məqsədilə bundan sonra da qətiyyətlə lazımi addımlar atacaq. Bunun üçün siyasi, iqtisadi, hərbi gücü var. Dostlarımız kimi, düşmənlərimiz bunu yaxşı bilirlər. Azərbaycan xalqının mənəvi gücü, iradəsi, vətən eşqi bütün dünyaya bəllidir. Bu, 2020-ci ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin qismən səfərbərlik əmrini eşitdiyi an hərbi komissarlıqlara axışan, ön cəbhəyə can atan övladlar yetişdirən xalqdır. Elə övladlar ki Vətən müharibəsində göstərdikləri rəşadətlə yalnız Azərbaycanın deyil, dünyanın qəhrəmanlıq salnaməsinə adlarını yazdılar.

Vətən müharibəsi zamanı da Azərbaycan hərbi texnikasına görə öncül dövlətlərdən biri idi. Ürəkləri Vətən sevgisi ilə döyünən igid oğullar o müasir hərbi silahları sinələrinə söykəyib düşmənin başına od ələdilər. İşğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın etdilər.

O böyük sevgi - Vətən sevgisi dünən vardı, bu gün var, sabah da olacaq. O sevgi Azərbaycanın özü qədər qədim eyni zamanda da Azərbaycanın özü kimi müasirdir.

Ermənistan belə bir ölkəyə, belə bir xalqa qarşı planlaşdırdığı, həyata keçirməyə çalışdığı təxribatlarla öz miskin sonunu hazırlayır.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2023.- 13 sentyabr.- S.5.