Hayastanın torpağın altında gizlətdiyi cinayətlər

 

Kütləvi məzarlıqların aşkar edilməsi erməni faşizmini ifşa edir

 

Heç bir dövlətçilik tarixi olmayan haylar "Böyük Ermənistan" barədə xülyalarını reallaşdırmaq üçün ta əzəldən bəşəriyyət əleyhinə cinayət yolunu seçiblər. Bədnam qonşumuz xüsusilə XX əsrin əvvəllərindən etibarən siyasi məqsədlərini qanunsuz silahlı təhdidlərlə həll etməyə çalışıb, ölkəmizə qarşı ərazi iddiaları irəli sürərək genosid, terror, etnik təmizləmə deportasiya həyata keçirib, müharibə yolu ilə ələ keçirdikləri doğma torpaqlarımızda mülki insanlarımızı əsir girov götürüb, onları min bir işgəncə ilə qətlə yetirib.

Özlərini dünyanın inkişaf etmiş, qədim zəngin tarixə malik milləti hesab edən, əslində isə, soysuz olan ermənilərin davamlı olaraq törətdikləri terror, soyqırımı təcavüzlərə nəzər salmaq üçün uzaq tarixə getməyə ehtiyac yoxdur. İşğaldan azad olunmuş ərazilərimizdə təkcə Vətən müharibəsindən keçən üç ilə yaxın müddətdə tapılan kütləvi məzarlıqlar havadarlarının kölgəsində "qəhrəmanlıq" nümayiş etdirən ermənilərin faşist mahiyyətini ortaya qoyur. Bu gün 44 günlük müharibədə ərazi bütövlüyünü suverenliyini təmin edən Azərbaycan özlərini bütün dünyaya "məzlum" "zavallı" kimi təqdim edən hayların torpağın altında gizlətdiyi müharibə cinayətlərini aşkara çıxarır. Bu mənada Vətən müharibəsi təkcə torpaqlarımızın işğaldan azad olunmasına görə deyil, həm Azərbaycan həqiqətlərinin nümayişi erməni barbarlığının növbəti ifşası baxımından da böyük tarixi əhəmiyyət kəsb edir.

 

Vəhşi qəbilə təfəkküründə olanlar

 

Qarabağ Şərqi Zəngəzurda aparılan tikinti-quruculuq minatəmizləmə işləri zamanı mütəmadi olaraq kütləvi məzarlıqların aşkar edilməsi sübut edir ki, ermənilər azərbaycanlılara qarşı məqsədli şəkildə saysız-hesabsız müharibə cinayətləri törədiblər. Hərbi Prokurorluğun Mətbuat xidmətinin sentyabrın 11-də yaydığı məlumata görə, Qubadlı rayonunun Məlikəhmədli kəndində Zəngilan rayonunun Vejnəli kəndində Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal edilən insan meyitlərinin qalıqları tapılıb. Ümumiyyətlə isə, İkinci Qarabağ savaşından sonra aparılmış axtarış-qazıntı işləri zamanı işğaldan azad olunmuş ərazilərimizdə 400-ə yaxın vətəndaşımıza aid meyit qalıqları aşkar edilib.

Xocalı soyqırımı, Ballıqaya qətliamı, Ağdaban Başlıbel faciələri zamanı dinc əhaliyə qarşı qırğın törədən ermənilər ağlasığmaz vəhşiliklər insanlığa sığmayan hərəkətlər törədiblər. Vətən müharibəsindən sonra Qarabağ Şərqi Zəngəzurda indiyədək doqquz kütləvi məzarlıq aşkarlanıb. Bu günədək müvafiq qurumlar tərəfindən Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Ağdam rayonunun Sırxavənd Sarıcalı, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndləri digər ərazilərdə aparılmış axtarış tədbirləri nəticəsində aşkarlanan kütləvi məzarlıqlardan, eləcə Şuşa həbsxanasının ərazisindən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsusluğu ehtimal edilən xeyli sayda insan meyitinin qalıqları ekshumasiya olunub.

Belə məzarlıqların meyit qalıqlarının axtarış-qazıntı işləri davam etdiyi müddətdə mütəmadi aşkarlanacağı gözlənilir. Sonradan azad olunmuş Birinci Qarabağ müharibəsi əsirlərinin xatirələrində yer alan fikirlər əminlik yaradır ki, digər rayon kəndlərdə olduğu kimi, hazırda Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazilərimizdə belə kütləvi məzarlıqlar çoxdur. Rəsmi məlumatlardan o da aydın olur ki, azərbaycanlılar çox böyük amansızlıq işgəncə ilə qətlə yetiriliblər. Skeletlərdə aşkarlanan müxtəlif işgəncə izləri, onların əllərinin ayaqlarının  məftil ya kəndirlə bağlı olması kimi faktlar bunu sübut edir.

Torpaqlarımız işğaldan azad edildikdən sonra Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşların məzar yerlərinin müəyyən edilməsi istiqamətində həyata keçirilən axtarış tədbirləri ermənilərin tarixboyu vəhşi qəbilə təfəkkürü ilə yaşadığını göstərir. Azərbaycan tərəfi Birinci Qarabağ müharibəsində taleyi naməlum qalan

4 minə yaxın soydaşımız, eləcə kütləvi məzarlıqların yerinin göstərilməsi barədə Hayastana dəfələrlə müraciət etsə , ermənilər beynəlxalq hüquq normalarına zidd çıxmaqla, xain xislətlərinə sadiq qalaraq məsələ ilə bağlı heç bir məlumat vermirlər.

Azərbaycan kütləvi məzarlıqları aşkar etməklə hayların itirməyə çalışdıqları cinayətlərinin izlərini ortaya çıxarır. Bu, Hayastanın bəşəri dəyərlərə hörmət edən bütün xalqlara, o cümlədən azərbaycanlılara münasibətdə qədər qəddar olduğunu aşkar edir.

 

 

Dünya bu ədalətsizliyə seyrçi qalıb

 

Həmişə olduğu kimi, bu dəfə bir sıra dövlətlər beynəlxalq təşkilatlar ermənilərin cinayətlərinə susur, itkin vətəndaşlarımızın aqibəti barədə Hayastanın məlumat verməsi üçün ona təzyiq göstərmirlər. Bunun nəticəsidir ki, tarixboyu müharibə cinayətləri törətmiş ermənilər düz yola gəlmək istəmir, əksinə, barbar xislətlərini daha da artırır. Digər tərəfdən hər vəchlə cinayətlərini ört-basdır etməyə, özlərini "mələk" cildində göstərməyə çalışırlar.

Lakin Azərbaycan Ermənistana Vətən müharibəsində olduğu kimi, yenə dərs verməyə davam edir. Regionun ən güclü dövləti müharibədə qalib tərəf olaraq hər keçən gün öz şanlı zəfərinə zəfər calayır. Qarabağ Şərqi Zəngəzuru yenidən qurur, məcburi köçkünlərin yurda qayıdışını təmin edir bunlar azmış kimi, bütün dünyanın seyrçi qaldığı mövcud haqsızlığa qarşı yenə təkbaşına mübarizə aparır,

itkin düşən soydaşlarımızın aqibətini özü müəyyən edir. Bütün bunlar sübut edir ki, Azərbaycan ermənilərin heç bir cinayətini cəzasız qoymur hayları ifşa edir.

 

Nəzrin QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 13 sentyabr.- S.11.