Paşinyan Rusiya ilə vidalaşmaq niyyətindədir

 

Ermənistanın baş naziri Nikol Paşinyanın "telefon diplomatiyası" yenə işə düşüb. Nikol son günlər Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, ABŞ-nin Dövlət katibi Entoni Blinken, İran Prezidenti İbrahim Rəisi, Almaniya Kansleri Olaf Şoltsa zəng vurub. Tərəflər Qarabağda vəziyyəti Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə ediblər. Ermənistan baş naziri Paşinyan telefon danışığı zamanı qeyd edib ki, 2022-ci il oktyabrın 6-da Praqada 2023-cü il mayın 14-də Brüsseldə əldə edilmiş razılaşmalar əsasında bütün məsələlərin müstəsna olaraq diplomatik vasitələrlə konstruktiv atmosferdə həllinə dair yanaşmalara sadiqdir. Bu, Nikol Paşinyanın növbəti riyakarlığıdır. Çünki sözdə dediyini kağızda təsdiqləmir.

 

Bu arada Yelisey sarayının yaydığı məlumata görə, Fransa Prezidenti Emmanuel Makron da Ermənistanın baş naziri Nikol Paşinyana zəng edib. Məlumatda qeyd edilir ki, Makron Paşinyanla Ermənistan Azərbaycan sərhədində artan gərginliyi müzakirə edib.

Diqqətçəkən məqam budur ki, erməni baş nazirinin zəng vurduğu dövlət başçılarının siyahısında Rusiyanın Prezidenti Vladimir Putinin adı yoxdur.

Hadisələrin gedişi göstərir ki, Paşinyan Rusiyasız Cənubi Qafqaz uğrunda Qərbin savaşına oyunçuluq edir. Elə Nikolun region dövlətlərinin başçılarına, o cümlədən Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə zəng vurmasının əsas səbəbi bu ola bilər. Xatırladaq ki, 44 günlük müharibədən sonra Azərbaycan vasitəçisiz, Cənubi Qafqazın üç dövlətinin danışıqlar masası arxasında oturub regionun problemləri haqqında birgə müzakirə təklif etmişdir...

Separatçıların Rusiyanın göndərdiyi  ərzağı vaxtında qəbul etməməsi Qarabağda uydurulmuş "humanitar fəlakət" hay-küyünün şoudan başqa bir şey olmadığını bütün dünyaya göstərdi artıq xarici mətbuatda bu mövzuda silsilə yazılar dərc edilməkdədir. Yeni baş separatçı Samvel Şahramanyan "seçki"dən sonra ilk çıxışında sələflərindən fərqli bir söz demədi. "Dağlıq Qarabağ status almalıdır, üçüncü ölkənin təminatı ilə Bakı ilə danışmalıyıq, Ermənistanla əlaqə Laçın dəhlizi vasitəsilə birbaşa olmalıdır ola bilsin ki, başqa yollar da açılsın, amma onlar dəhlizi əvəz edə bilməz".

Azərbaycanın mövqeyi məlumdur, olduqca aydın, konkret qətidir. Hər hansı statusdan söhbət belə gedə bilməz. Qarabağda yaşayan icma nümayəndələri ya Azərbaycan qanunları ilə yaşamalı, dövlətimizin reinteqrasiya təklifini qəbul etməli, Ermənistanın Qarabağda saxladığı qanunsuz silahlı dəstə tezliklə ölkəmizin ərazilərini tərk etməlidir. Yaxud da... yol açıqdır.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mətbuata açıqlamasında qeyd edib ki, Laçın sərhəd-buraxılış məntəqəsində Azərbaycanın gömrük sərhəd nəzarəti rejiminə əməl edilməlidir: "Yalan uydurma seçkilər, ya da seçimi ciddi uğursuzluq əks-məhsuldar adlandırmaq istərdim. Qanunsuz marionet rejimi ləğv edilməli tərksilah edilməlidir. Bu, Qarabağın erməni azərbaycanlı sakinlərinin yaşaya birgə mövcud ola biləcəyi davamlı sülhü təmin etməyin yeganə yoludur".

Bu arada qondarma rejimin yeni seçilmiş "hakimiyyət orqanları" bəyan ediblər ki, "blokada"nın yaratdığı kəskin "humanitar problemlər"in yumşaldılması zərurətindən çıxış edərək, Rusiya mallarının sülhməramlıların vasitəsilə Qarabağa daxil olmasına icazə vermək qərarına gəliblər".

Ermənistan mətbuatı Rusiyadan gələn "humanitar yükün" Ağdam-Xankəndi yolu ilə buraxılmasını  şərh edərək yazır ki, ruslar tanınmamış "DQR" rejimi ilə ultimatum dilində danışıblar: "Maraqlıdır, Araik Arutyunyanın dönəmində Samvel Şahramanyanın bir çox tərəfdarı Ağdam yolunun istismarından kəskin şəkildə imtina etdiyi halda yeni "iqtidar" Ağdam vasitəsilə yüklərin qəbuluna niyə razı oldu?" KİV-in məlumatına görə, separatçı rejim "hakimiyyət"inin yuxarıda qeyd olunan qərarından əvvəl Samvel Şahramanyanla Rusiyanın Qarabağda müvəqqəti yerləşmiş sülhməramlı missiyasının nümayəndələri arasında uzunmüddətli danışıqlar aparılıb: "Qərardan əvvəl bir neçə saat çətin söhbət olub. Ruslar əmin ediblər ki, bu, Laçına yolu açmaq üçün son şansdır istənilən qərar Qarabağda yeni müharibəyə gətirib çıxara bilər. Hazırda istər Qarabağda, istərsə Ermənistanda Rusiya ilə münasibətlər gərginləşən xətt üzrə inkişaf edir".

Azərbaycan pillə-pillə de-fakto yurisdiksiyasını Qarabağda bərpa edir.

Azərbaycan Xarici İşlər Nazirliyinin   məlumatında qeyd edilir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əlaqələndirilmiş şəkildə RQXC-nin yük avtomobilinin Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndinə keçidi təmin olundu. Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qondarma rejimi tərəfindən problem təxribatların törədilməsinə baxmayaraq, RQXC tərəfindən göndərilən yükün Azərbaycanla əlaqələndirilmiş şəkildə məhz Ağdam-Xankəndi yolu ilə keçməsini bu yolun açılması istiqamətində müsbət addım mühüm irəliləyiş kimi qiymətləndiririk.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2023.- 13 sentyabr.- S.5.