Əfsanəyə dönən bəstəkar ömrü

 

Arif Məlikov - 90

 

 

Azərbaycanın dünyaşöhrətli bəstəkarlarından biri olan Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakı şəhərində dünyaya gəlmişdi. Musiqiyə ədəbiyyata sevgi ilə böyümüşdü. Bu sevginin səbəbkarı valideynləri, xüsusilə anası idi. Onun hərbçi olan atası Cahangir Məlikov musiqini çox sevirdi. Üzeyir bəy Hacıbəylinin yaradıcılığının vurğunuydu. Anası Püstə xanım isə ədəbiyyat müəllimi idi. Püstə xanım kamançada çox gözəl ifa edirdi.

 

Şöhrətə aparan yol

 

Kiçik yaşlarından ata-anası ilə birlikdə tez-tez getdiyi opera teatrı, izlədiyi muğam operalarının təəssüratları onun üçün unudulmaz oldu. Bir evlərinə sənətkarlar yığışar, musiqilər ifa edərdilər. Bir gün isə ailə dostları ona tar bağışladı. Sonralar yada salırdı: "Tez bir zamanda tarda çalmağı öyrəndim Asəf Zeynallı adına Musiqi Texnikumunun tar sinfinə daxil oldum. Orada Əhməd Bakıxanovdan, Mansur Mansurovdan Adil Gəraydan dərs aldım. Bu illər ərzində muğamları, xalq musiqisini dərindən öyrəndim "Humayun" muğamı ilə texnikumu bitirdim. Bu muğam çox kədərli qəlbə toxunandı ona sevgim uşaqlıqdan olub. "Humayun" mənim sonrakı yaradıcılığımda da xüsusi yer tutub".

O, 1948-1951-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbinin tələbəsi oldu. Məktəbi bitirdikdən sonra Şuşaya getdi. Əmək fəaliyyətinə orada pedaqoq kimi başladı. 1951-1952-ci illərdə Şuşa Şəhər Musiqi Məktəbində müəllim işlədi.

Arif Məlikovu Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına aparan yalnız ali təhsil almaq arzusu olmadı. O, həmin illərdə artıq  bəstəkarlığa meyil göstərirdi.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil oldu. Qara Qarayevin bəstəkarlıq sinfində oxudu. Gənc Arif Məlikov şöhrətli bəstəkarın tələbəsi olduğu üçün yalnız qürur duymurdu, həm buna görə böyük məsuliyyət hiss edirdi. Ozamankı hisslərini, duyğularını sonralar belə dilə gətirdi: "Qarayevin sinfində məşğələ keçmək çox maraqlı idi. Hər bir tələbənin fərdi yaradıcı xüsusiyyətlərini dərindən duymaq, gənc musiqiçinin çalışmalarını düzgün istiqamətləndirmək, "istedad axını"nı həqiqi məcraya yönəltmək qabiliyyəti onun pedaqoji istedadının xüsusiyyətlərindən idi... Qarayevin sinfində keçirdiyim saatlar indi xatirimdədir. Dərsin son dəqiqəsinə kimi mən gərginlik içində olurdum, bu bənzərsiz müəllimin dediklərindən heç bir şeyi ötürməməyə çalışırdım. Sözlərinin mənə ya başqasına ünvanlanması əhəmiyyətli deyildi... Mən həmişə Qara Qarayevin tələbəsi olduğumu qürurla deyirəm, bu isə məni məsuliyyət daşımağa vadar edir".

 

Unudulmaz müəllimlər

 

Onun yaradıcılığının formalaşmasında "Həyatda çox şeyə nail olmağım onunla ünsiyyətimin nəticəsidir" dediyi Qara Qarayevin böyük rolu oldu. Müəlliminin ənənələrini mənimsəyən istedadlı gənc bəstəkar öz bənzərsiz üslubunu yaratdı.

Yaradıcılığına dahi Üzeyir bəy Hacıbəylinin əsərlərinin böyük təsir göstərdiyini Arif Məlikov sevgi qürurla deyirdi: "Hacıbəyov musiqisi... Hansı azərbaycanlı onun valehedici musiqisini beşikdən qulaq asmayıb sevməyib! Bizdə bu musiqiyə məhəbbət gündən-günə artır. Mənim ailəmdə onu hamı oxuyurdu".

Onun yaradıcılığında müstəsna yeri olan bir sənətkar da var idi... Arif Məlikov filarmoniyada təqdim edilən, repertuarına həm Azərbaycan, həm rus, həm xarici musiqi daxil olan sənətin bayramına çevrilən konsertləri xatırlayırdı: "Burada aparıcı bəstəkar musiqiçilərlə yanaşı, biz tələbələrə gözəl musiqini onun haqqında maraqlı fikir düşüncələri izləmək nəsib olurdu. Hiss olunurdu ki, bütün bu musiqi bayramlarının nəbzi Niyazidir. Hər bir insan bu tədbirlərdə mənən zənginləşirdi. Mənə sual verəndə ki, Niyazi ilə zaman tanış oldunuz, deyirəm - uşaqlıqdan".

Onunla ilk görüşü isə tələbəlik illərində oldu. Arif Məlikov tələbə ikən kamera musiqisi - prelüdlər, pyeslər, skertso, trio bəstələdi. Balet süitası yazanda isə üçüncü kursda oxuyurdu. Bu əsərlə Maestro Niyazinin yanına getdi. Arif Məlikov yada salırdı: "O, mənə baxıb dedi: "Sən kimsən?" Dedim ki, III kurs tələbəsiyəm. O isə qətiyyətlə cavab verdi: "Mən tələbə əsəri ifa etmirəm". Mən dönüb getmək istəyəndə Niyazi dedi: "Əlindəki nədir?" Dedim "Partitura". O, partituranı götürdü 40 dəqiqə əsəri vərəqləyərək notlara baxdı. Nəhayət, cavab verdi: "Mən bu süitanı ifa edəcəyəm, lakin orkestr səslərini kim köçürəcək?". Mən sevinərək dedim: "Maestro, siz ifa edəcəksinizsə, mən özüm səsləri köçürərəm". Beləliklə, balet süitasının bütün orkestr səslərini özüm yazdım onlar indi filarmoniyanın kitabxanasındadır. Bu süita ilə mənim orkestrə məhəbbətim başladı". Arif Məlikovun maestro Niyazi ilə dostluğu da, yaradıcılıq əlaqələri o vaxtlardan başladı. Bəstəkar etiraf edirdi ki, belə bir görkəmli sənətkar yoluna çıxmasaydı, bəlkə musiqiyə münasibəti bir başqa olardı.

Ali təhsilini başa vurduqdan sonra, o, 1960-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başladı. taleyini bu təhsil ocağına bağladı...

 

Dünyanı fəth edən  "Məhəbbət əfsanəsi"

 

Yaradıcılıq eşqi qəlbində aşıb-daşırdı. Qərara gəldi ki, irihəcmli səhnə əsəri yazsın. A.Zöhrabbəyovun "Odlar ölkəsi" kitabı əsasında baletə başlamaq niyyətində ikən müəllimi Qara Qarayev ona şair Nazim Hikmətin pyesi əsasında yazılmış kiçik libretto verdi. Əsər Arif Məlikovu özünə cəlb etdi. Beləliklə, ilk irihəcmli əsərini yazmağa başladı. Baletin üzərində iki il çalışdı. Nəhayət, gözlənilən gün gəldi. "Məhəbbət əfsanəsi" baletinin premyerası 1961-ci il martın 23-də Leninqrad (indiki Sankt-Peterburq) Akademik Opera Balet Teatrının səhnəsində keçirildi. Tamaşanın xoreoqrafı Yuri Qriqoroviç, rəssamı Simon Virsaladze,  dirijoru Maestro Niyazi idi. o möhtəşəm təqdimat günü yalnız müəllif üçün deyil, çoxları üçün unudulmaz oldu. Tanınmış bəstəkar Dmitri Şostakoviç bildirirdi: "Yeni balet sovet xoreoqrafiyasında böyük hadisədir... Bu tamaşa bir mərhələdir".

"Məhəbbət əfsanəsi" müəllifə gənc yaşda dünya şöhrəti qazandırdı. Balet dünyanın böyük səhnələrində tamaşaya qoyuldu hər dəfə tamaşaçıları heyran etdi. Qara Qarayev yazırdı: "Hər dəfə Bakıdan uzaqlarda doğma Azərbaycan musiqisini eşidəndə ürəyim fərəh qürurla dolur. "Məhəbbət əfsanəsi"nin yaranması musiqi həyatımızda əlamətdar hadisə, incəsənətimizin bayramıdır. İstərdim ki, bizim bəstəkarlar müasir dövrlə səsləşən əsərləri ilə Azərbaycan torpağını daha da şöhrətləndirsinlər".

"Yer üzündə iki nəfər" adlı baletinin l ibrettosunu Robert Rojdestvenski yazdı. Əsər 1969-cu ildə Mariinski Teatrda səhnəyə qoyuldu. Bəstəkarın "İki ürək dastanı" adlı baletinin premyerası isə 1983-cü ildə Daşkənd Kuybışev (indiki Samara) səhnələrində keçirildi.

Arif Məlikov ilk simfoniyasını tələbə ikən bəstələdi. Birinci simfoniya onun diplom işi idi. Sonralar bu sahədə yaradıcılığını davam etdirdi. Ümumiyyətlə, bəstəkar 1958-2000-ci illərdə səkkiz simfoniya yazdı. O, "Ölümdən güclü", "Yer üzündə iki nəfər", "Əlibaba qırx quldur", "İki ürək dastanı", "Yusif Züleyxa" baletlərinin, "Nağıl", "Füzuli", "Metamorfozlar", "Axırıncı aşırım", "Qəhrəmani" simfonik poemalarının, "Dalğalar" operettasının, Xalq Çalğı alətləri Orkestri üçün kamera instrumental (prelüdlər, süitalar) digər əsərlərin müəllifidir. Bir sıra teatr tamaşalarına, "Sehrli xalat", "Axırıncı aşırım", "Ulduzlar sönmür", "Qərib cinlər diyarında" başqa kinofilmlərə musiqi yazdı. O, dirijorluq arzusuna da çatdı. Bakıda Moskvada, Avropanın müxtəlif şəhərlərində özünün müəllif konsertlərində dəfələrlə dirijorluq etdi birinci dirijorluq kateqoriyasına layiq görüldü.

Simfoniya, balet, operetta, kantata, vokal, kamera instrumental əsərləri ilə musiqi tariximizdə ölməzlik qazanan Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" 2016-cı ildə çapdan çıxdı.

Əsərləri dünyanın bir çox ölkəsində - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Rumıniya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna Gürcüstanda ifa edilib.

Böyük yaradıcılıq yolu keçən bəstəkar Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyətini böyük həvəslə davam etdirdi. Uzun illər ərzində pedaqoq kimi zəngin bilik təcrübəsini tələbələrinə öyrətdi. O, 1966-1968-ci illərdə baş müəllim, 1968-1978-ci illərdə dosent, 1979-cu ildən professor oldu. 1982-ci ildən ömrünün sonunadək bəstəkarlıq kafedrasının müdiri işlədi. 2001-ci ildə "Sənətşünaslıq" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü oldu. 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçildi.

Arif Məlikov həm istedadlı rəssam idi.

İşlərinin çox olması onu ictimai fəaliyyətdən uzaqlaşdıra bilmədi. SSRİ xalq deputatı seçilən Arif Məlikovun respublikamızın ictimai-siyasi həyatında böyük rolu oldu. Xüsusən ötən əsrin son onilliklərində baş verən gərgin siyasi, ictimai hadisələrə münasibətdə o, hər zaman vətənpərvər ziyalı mövqeyi nümayiş etdirdi.

Ən yüksək fəxri adlara, təltiflərə, mükafatlara layiq görülən dünyaşöhrətli bəstəkar, istedadlı rəssam, akademik Arif Məlikov 2019-cu il mayın 9-da səksən altı yaşında dünyasını dəyişdi.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2023.- 13 sentyabr.- S.11.