Qarabağ Şərqi Zəngəzurda dəmir yolları da sürətlə bərpa edilir

 

Zəngəzur dəhlizinə beynəlxalq maraq azalmır

 

Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı ölkəmizin dəmir yolları infrastrukturuna da böyük ziyan vurub. Hesablamalara görə, dəyən ziyanın məbləği  45 milyon 60 min dollar məbləğində qiymətləndirilir.

30 ilə yaxın bir dövrdə Azərbaycanın dəmir yollarının 240,4 kilometri işğal altında olmuşdur. Belə ki, həmin dövrdə Horadiz-Ordubad sahəsinin 144 kilometri, (o cümlədən Mehri rayonu üzrə 43,4 kilometr), Mincivan-Oratan xətti üzrə 39,1, Təzəkənd-Xankəndi xətti istiqamətində 51, Qazax-Barxudarlı xətti üzrə 6,3 kilometr yol düşmən tərəfindən işğal edilmiş sahədə qalmışdır.

İndi torpaqlarımız kimi dəmir yolları da düşmən işğalından azad edilib. Hazırda ermənilər tərəfindən dağlıdılmış dəmiryol xətləri, stansiyalar körpülər bərpa olunur, dövlət başçısının tapşırığına əsasən, bölgənin dəmir yolu xətlərinin yenidən qurulması istiqamətində mühüm işlər görülür. Hazırda  "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətlərinin yenidən qurulması, həmçinin Füzuli-Şuşa yeni dəmir yolu xəttinin çəkilməsi istiqamətində işlər davam edir.

Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli sərəncamına əsasən, yenidən qurulması işlərinə başlanılan Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 kilometrə bərabərdir. Layihə çərçivəsində birxətli dəmir yolu xətti üzrə hazırda fəaliyyətdə olan Bərdə Köçərli stansiyaları təmir ediləcək, Təzəkənd Ağdam stansiyaları isə yenidən tikiləcək. Həmçinin yol üzrə 114 süni mühəndis qurğusunun tikintisi nəzərdə tutulur. Hazırda dəmir yolu xəttinin Bərdə-Köçərli-Təzəkənd istiqaməti üzrə layihələndirmə üst quruluşunun söküntüsü işləri tamamlanıb, torpaq yatağının, üst quruluşu elementlərinin, süni qurğuların tikintisi Təzəkənd-Ağdam istiqaməti üzrə layihələndirmə işləri aparılır.

2021-ci il fevralın 14-də təməli qoyulmuş Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometrə bərabərdir. Birxətli dəmir yolu 8 stansiyadan ibarət olacaq. Həmçinin layihə çərçivəsində ümumilikdə 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Horadiz stansiyası ilə yanaşı, digər 7  - Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Mincivan, Bartaz Ağbənd stansiyaları tamamilə yenidən tikiləcək. Hazırda dəmir yolu xətti bütövlükdə dron vasitəsilə topoqrafik plana alınıb, konseptual planı hazırlanıb, minalardan təmizlənmiş 39 kilometrlik hissəsində torpaq yatağının hazırlanması, həmçinin süni qurğuların tikintisi işləri həyata keçirilir.

Füzuli-Şuşa istiqamətində ilk dəfə inşa ediləcək birxətli elektrikləşdirilmiş dəmir yolu xəttinin ox üzrə uzunluğu 83,4 kilometrə bərabərdir. Layihə çərçivəsində iki yeni - Füzuli Şuşa stansiyalarının, habelə 200-ə yaxın süni mühəndis qurğusunun layihələndirilməsi tikintisi planlaşdırılır. Hazırda dəmir yolu xəttinin trassasının ümumilikdə topoqrafik  tədqiqat işləri tamamlanmışdır süni mühəndis qurğularının layihələndirilməsi işləri görülür.

İcrasına başlanılan layihələrlə yanaşı, azad edilmiş ərazilərdə dəmir yolu xətlərinin inşası üçün ADY-nin mütəxəssisləri tərəfindən yeni istiqamətlər araşdırılır. Belə istiqamətlərdən biri Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttidir. Xəttin ilkin konseptual layihəsi hazırlanıb. Ox üzrə uzunluğu 88,8 kilometrə bərabər bu birxətli dəmir yolu xətti üzrə 220-ə yaxın süni mühəndis qurğusunun layihələndirilməsi tikintisi təklif edilir.

Zəngəzur dəhlizinin açılması demək olar ki, dünyada gedən mühüm siyasi-iqtisadi proseslərin tərkib hissəsidir. Təsadüfi deyil ki, həmin dəhlizin fəaliyyətə başlaması Çin-ABŞ münasibətlərində Tayvan məsələsi qədər əhəmiyyət daşımağa başlayıb. Rusiya Federasiyasının nəqliyyat naziri A.Overçükun "Ermənistan-Azərbaycan arasında gərginlik azalan kimi Zəngəzur dəhlizi ilə bağlı danışıqlar bərpa ediləcək" bəyanatı boş yerə verilməyib. Bu marşrutun açılmasında şimal qonşumuz da maraqlıdır. Belə ki, Rusiya-Ukrayna müharibəsi  bu ölkənin dünya bazarına çıxan yolunu bağlayıb. O üzdən Rusiya Şimal-Cənub marşrutunun Zəngəzur dəhlizinin açılmasına tələsir. Hindistanda keçirilən G-20-lərin sammitində Avropa bazarlarına çıxışı üçün Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizinin yaradılması barədə razılıq əldə olunub. Layihənin icrası üçün Hindistandan Avropaya BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya İsrail ərazisindən dəmiryol xətti, həmçinin liman infrastrukturunun qurulması nəzərdə tutulur. Həmin layihə İran Ermənistanın marşrutun ərazilərindən keçməsi barədəki ümidlərini puça çıxartdı. Bundan sonra Çinin Orta dəhlizə, xüsusilə Zəngəzur dəhlizinin açılmasına marağı daha da artacaq. Çünki Çin Hindistanla həm siyasi, həm iqtisadi sahədə rəqabət aparır. Hər iki ölkə  Avropa bazarına rahat marşrut axtarışındadır.

Məlum olduğu kimi, Fransa Ermənistana Zəngəzur dəhlizinin açılmaması üçün siyasi təsir göstərir. Bu yaxınlarda həmin ölkənin "qarın ağrısı" bəlli oldu.  Sən demə, Fransa "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətini 99 illiyə icarəyə götürmək ya özəlləşdirilməsini istəyirmiş. Əvvəla, adından məlum olduğu kimi bu dövlət qurumu qapalıdır, yəni özəlləşdirməyə çıxarıla bilməz. İkincisi, Azərbaycan dövləti belə strateji obyekti Fransa kimi ermənipərəst siyasət yürüdən ölkəyə verə bilməz. Çünki bu yolla Fransa Orta dəhlizdə Şimal-Cənub marşrutunda qovşaq rolunu oynayan "Azərbaycan Dəmir Yolları" QSC-ni ələ keçirməklə həmin marşrutları nəzarətə götürmək istəyir. Azərbaycan dövləti Fransanın bu istəyinə təbii ki, "yox" deyib. Hazırda baş verən bütün siyasi hoqqabazlıqların kökündə  təkcə erməni sevgisi deyil, həm bu faktor dayanır.

Bu üzdən dövlətimiz işğaldan azad edilən ərazilərdəki dəmir yollarının sürətlə bərpasında maraqlıdır. Dəmir yollarının açılması ölkəmizə yüksək gəlir gətirməklə yanaşı, onun beynəlxalq aləmdəki siyasi çəkisini artıracaq.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2023.- 13 sentyabr.- S.8.