Bolqarıstanda Azərbaycan dili və mədəniyyəti Mərkəzi ilə tanışlıq

 

Bolqarıstanda rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti Mərkəzi ilə tanış olub. Spiker Sahibə Qafarovaya mərkəzin fəaliyyəti haqqında geniş məlumat verilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, parlamentin Sədri mərkəzə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Milli Məclis tərəfindən nəşr olunmuş kitabları hədiyyə edib. Sahibə Qafarova mərkəz əməkdaşlarına və tədbir iştirakçılarına Ulu Öndərin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətləri haqqında geniş məlumat verib.

Milli Məclisin Sədri mərkəzə həmçinin "Qarabağ işğaldan əvvəl və sonra" adlı kitabı təqdim edərək Ermənistanın 30 illik işğalı zamanı şəhər və rayonlarımızda törətdiyi dağıntılar, vəhşiliklər barədə məlumat verib.

Daha sonra Milli Məclisin Sədri Azərbaycan dilini öyrənən bolqar tələbələrlə görüşüb.

Spiker Sahibə Qafarova mərkəzdə xatirə kitabını imzalayıb.

 

Azərbaycan.-2023.- 13 sentyabr.- S.3.