Dəmir yumruğun Qətiyyətli cavabı

 

Bir il öncə Müzəffər Azərbaycan Ordusunun həyata keçirdiyi "Qətiyyətli cavab" əməliyyatı avqust ayındakı "Qisas"dan sonra düşmənə növbəti dərs oldu. Bununla mənfur düşmənin növbəti hərbi təxribatının qarşısı qətiyyətlə alındı "Dəmir yumruq" bir daha Ermənistan rəhbərliyinə, separatçılara göstərdi ki, heç bir təxribat cavabsız qalmayacaq.

Bəs, bu təxribat ona qarşı keçirilən əməliyyat necə baş verdi?

Cəmi 44 günə Azərbaycan Ordusu qarşısında diz çöküb yalvaran, döyüşlərdə silahını, bayrağını atıb şərəfsizcəsinə qaçan erməni əsgərləri İkinci Qarabağ müharibəsindən sonra, demək olar ki, mütəmadi olaraq ara-sıra təxribatlara əl atırdılar. Savaşdan sonra bir qədər dirçəldiyini zənn edən mənfurlar Azərbaycanın sülh istəyindən "yararlanaraq" belə çirkinliklərə gedirdilər. IV Brüssel görüşündən sonra sülh müqaviləsi mətninin hazırlanmağa başlanıldığı bir zamanda belə bir addımın atılması ilk növbədə Ermənistanın 10 noyabr Bəyanatının müddəalarını növbəti dəfə pozması faktı idi. Bu, eyni zamanda məğlubiyyət aktına imza atan rəsmi İrəvanın regionda sülhün təmin edilməsində maraqlı olmadığının göstəricisi oldu.

"Qətiyyətli cavab" əməliyyatından cəmi iki ay öncə həyata keçirilən "Qisas" əməliyyatında düşmənə qulaqburması verilmişdi separatçılar bir daha şahidi olmuşdular ki, Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsindən sonra daha da güclənib, modernləşib Şanlı Zəfər hər bir əsgərin döyüş əzmini çox yüksəldib. 

"Qisas" əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər, Buzluq dağı ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdıldı, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirildi.

Amma iki ay sonra bələd olduğumuz erməni xisləti yenə çirkin niyyətini büruzə verdi. Sentyabr ayının əvvəllərində ara-sıra mövqelərimizi atəşə tutan düşmən həmin  ayın 12-dən 13-nə keçən gecədən başlayaraq Daşkəsən, Kəlbəcər Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdi. Erməni diversiya qrupları müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin təminat yollarının minalanmasını həyata keçirdi. Ermənistanın məhz bu əməli genişmiqyaslı təxribatı Daşkəsən, Kəlbəcər Laçın istiqamətlərində döyüş toqquşmasına səbəb oldu.

Bu dəfə qalib Azərbaycan əsgəri düşmənə layiqli cavab verdi sərhəddə yaranan bu hərbi toqquşma nəticəsində Ermənistan ciddi itkilərə məruz qaldı. Düzdür, bu döyüşlərdə Azərbaycan Ordusu da şəhid verdi, 80 igidimiz şəhadət zirvəsinə ucaldı, 2 mülki şəxs yaralandı. Düşmənin yeni təcavüz planını həyata keçirməyinə imkan verməmək üçün canlarını qurban verən igidlərimiz qəhrəmanlıqları, şücaətləri ilə bir daha bütün dünyaya nümayiş etdirdilər ki, yüksək döyüş əzmli Azərbaycan əsgəri istənilən tapşırığı reallaşdırmağa qadirdir - havada, suda, quruda, hər yerdə, hər məkanda...     

İgidlərimizin düşmən təxribatına qarşı keçirdikləri "Qətiyyətli cavab əməliyyatı" zamanı isə qarşı tərəfin 224 hərbçisi məhv edildi, 3 nəfəri itkin düşdü, 300-dən çox hərbi qulluqçusu yaralandı.

Ümumilikdə qarşı tərəfin 53 döyüş, 2 minaatan atəş mövqeyi, 8 strateji əhəmiyyətə malik yüksəklik nəzarətə götürüldü, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağ-atıcı briqadasının daimi dislokasiya məntəqəsi, 2 ədəd S-300 2 ədəd S-125 divizionlarının start mövqeləri darmadağın edildi.

Düşmənə verilən bu dərsi Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı belə dəyərləndirdi: "13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib. Ermənistan gözəl anlamalıdır bu, deməkdir. Bu gün həmin strateji yüksəkliklərdən Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərini biz gözlərimizlə görürük. Biz Bala Göyçə gölünün sahilindəyik. Böyük Göyçə gölü gözümüzün önündədir. Bütün bunlar reallıqlardır. Bu reallıqları biz yaratmışıq, Vətən müharibəsindən sonra. üçün? İlk növbədə Ermənistanın hərbi təxribatlarına cavab olaraq, digər tərəfdən, özümüzü gələcək hərbi təxribatlardan sığortalamaq üçün. Çünki dediyim yüksəkliklərdən Ermənistanın əksər postları görünür əgər orada qüvvələrin konsentrasiyası baş verərsə, biz bunu görüb dərhal tədbir görəcəyik".

Qalib Sərkərdə bəyan etdi ki, İkinci Qarabağ müharibəsində məğlub olan, ordusu darmadağın edilən Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirmir. Məğlub edilmiş ölkə özünü belə apara bilməz. Ona görə Azərbaycanın bütün addımları əsaslıdır. Düzdür, Ermənistanın bəzi xarici havadarları Azərbaycanı nədəsə günahlandırmaq istəyirlər. Amma İlham Əliyev hər zamankı kimi onların da cavabını verdi Şuşadan həmin qüvvələrə bir daha mesajını yolladı: "Onların cavabını mən vermişəm. Yenə nəsə banlasalar, yenə cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur".

Bu, İlham Əliyevin yenilməz qətiyyətinin növbəti təzahürü idi. Sözü imzası qədər keçərli olan Azərbaycan Prezidenti düşmənə , onun havadarlarına da çatdırdı ki, istənilən təxribatın cavabı çox ağır olacaq. Ermənistan sülh istəyirsə, Azərbaycanın şərtlərini qəbul etməli bütün iddialarından əl çəkməlidir. Əks təqdirdə, sülh olmayacaq. 

Bütün bunlar onu deməyə əsas verir ki, artıq kimsə Azərbaycanla təhdid dili ilə danışa bilməz. Əsassız şər-böhtan atmaq da heç bir işə yaramayacaq. Azərbaycan regionun lideri kimi öz maraqlarını təmin edir qətiyyətli addımlar atır. Ermənistanın istənilən təxribatı, havadarlarının ikibaşlı oyunları da Azərbaycanı yolundan döndərə bilməz.

İlham Əliyevin söylədiyi kimi, proseslərə bu cür yanaşma yalnız Ermənistanı çıxılmaz vəziyyətə gətirib çıxaracaq. Ona görə məğlub Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2023.- 14 sentyabr.- S.1;6.