Altı il əvvəl Əsrin müqaviləsinin davamına qərar verildi

 

Gələn il yenilənmiş saziş üzrə ilk hasilat gözlənilir

 

2017-ci il sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının  birgə işlənməsi neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş yenidən tərtib olunmuş saziş imzalandı. Saziş Milli Məclis tərəfindən oktyabrın 31-də ratifikasiya olundu. Bununla da AÇG-nin işlənilməsində yeni dövr başlandı. 

Yeni sazişlə bu nəhəng yataqlar blokunun  işlənilməsi 2050-ci ilin əvvəlinə qədər uzadıldı. Bu saziş ölkəmiz üçün daha da əlverişli şərtlərlə imzalandı, baxmayaraq ki, 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"   Azərbaycanın  maraqlarını tam təmin edirdi. Sazişin "Yeni əsrin müqaviləsi" adlandırılması da təsadüfi deyil. Çünki  ölkənin gələcək inkişafı,  maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontrakt böyük əhəmiyyət daşıyır.

Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı. Beynəlxalq tərəfdaş şirkətlər  layihənin icrası dövründə Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcəklər. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Bir  vacib məqam da odur ki,  tərəfdaşların tərkibində  dəyişiklik olmadı. O cümlədən bp şirkəti  layihənin operatoru olaraq qaldı. Bu da Azərbaycanın  möhkəm beynəlxalq əməkdaşlıq tərəfdaşlıq platforması yaratdığını bir daha təsdiq etdi.

"Yeni əsrin müqaviləsi" uğurla start götürdü beləcə davam edir. Müqavilə çərçivəsində  6 milyard dollarlıq "Azəri Mərkəzi Şərqi" (ACE) layihəsi həyata keçirilir. Qeyd edək ki, layihəyə  dənizin təxminən 140 metr    dərinliyində, mövcud "Mərkəzi Azəri"    "Şərqi Azəri" platformalarının arasında yeni  hasilat, qazma yaşayış platformasının quraşdırılması daxildir. Yeni yataqdaxili xətlər  platformadan hasil ediləcək neft qazın Səngəçal terminalına çatdırılması üçün sualtı boru kəmərlərinə qoşulacaq.

ACE platforması gündəlik 100 min barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddətində isə 300 milyon barelədək neftin hasil olunması proqnozlaşdırılır. Platforma Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək. İdarə mexanizminə innovativ sistem avtomatlaşdırmaları daxil edilib.

Bəs layihənin 2019-cu ildə başlanan ümumi tikinti işləri indi hansı mərhələdədir? bp-nin məlumatına görə,  bu ilin birinci yarısının sonunda layihə üzrə işlər ümumilikdə 89 faiz tamamlanıb. 

Platformanın dayaq bloku tikildiyi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan dənizə yola salınmış AÇG yatağı sahəsində öz daimi yerində quraşdırılmışdır. Bu qurğu  cari il martın 16-da dənizə göndərilənədək istismar sınaqları vasitəsilə tam yoxlanmışdı. Blokun çəkisi 16 min  ton, hündürlüyü 153 metrdir. Bu qurğuya biri suvurma, ikincisi neft, sonuncusu qaz ixracı üçün nəzərdə tutulmuş üç dik boru daxildir.

Dayaq blokunun tikinti işləri üç il çəkib ötən ilin sonunda təhlükəsiz şəkildə (heç bir bədbəxt hadisəyə yol verilmədən 3 milyon saatı təhlükəsiz yerinə yetirilərək) tamamlanıb.  2022-ci il  dekabrın 13-də   Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu (BDÖZ) sahəsinə baş çəkərək dayaq blokunun dənizə yola salınması prosesinə start verib.

Platformanın üst modullarının qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti-quraşdırma sahəsində aparılmışdır. Üst modullara neft qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru yaşayış blokları daxildir. Modulların layihələndirilmiş çəkisi 19 min 600 tondur.

Bu qurğu  "Azfen" şirkəti tərəfindən yerli infrastruktur resurslardan istifadə olunmaqla inşa edilib. Quruda aparılması planlaşdırılan əsas istismar sınaqları uğurla  yekunlaşmış STB-1 daşıma barjası qurğunu dənizə - mənzil  başına çatdırmışdır.

Bu il aprel ayının 4-də Prezident  İlham Əliyev üst modulların inşa edildiyi sahəyə baş çəkərək, tikintisi artıq sona çatmış qurğu dənizə öz daimi yerinə yola salınmazdan əvvəl onun hazırlıq vəziyyəti ilə tanış olmuşdur. bp-nin Azərbaycan, Gürcüstan Türkiyə üzrə regional prezidenti Qəri Counz bu münasibətlə belə demişdir: "Cənab Prezident İlham Əliyevi ACE platformasının üst modullarının tikildiyi istehsalat sahəsində qarşılamaq ona layihədə əldə olunmuş möhtəşəm uğurlar barədə məlumat vermək qürurverici idi. Üst modulların tamamlanması ACE layihəsinin yekunlaşması istiqamətində son mühüm mərhələlərdən biridir. ACE layihəsinin həyata keçirilməsində göstərdikləri əvəzsiz dəstəyə görə cənab Prezident İlham Əliyevə Azərbaycan hökumətinə öz təşəkkürümü bildirirəm. Həmçinin SOCAR-a bütün tərəfdaşlarımıza dəstəklərinə görə layihənin gerçəkləşməsində zəhməti olan hər kəsə - bp-nin, "Azfen"in, digər podratçı subpodratçı təşkilatların əməkdaşlarına minnətdarlığımı bildirmək istəyirəm".

Qeyd edək ki, layihənin pik dövründə Azərbaycanda tikinti işlərinə 8500 nəfərdən çox işçi cəlb edilmişdi. ACE-dən ilk neftin gələn il əldə olunması gözlənilir.

 

Flora SADIQLI,

Azərbaycan.-2023.- 14 sentyabr.- S.5.