Ağdam-Xankəndi yolundan istifadə ölkəmizin növbəti qələbəsidir

 

"Tarixən belədir ki, xalqın özü yox, başqaları tərəfindən yaradılıb ortaya atılan dövlətlər heç zaman müstəqil yaşaya bilmir, kimlərinsə əlində alətə çevrilir, təcavüzkar xislətə malik olurlar. Təbii ki, belə qurama dövlətlərin fəaliyyətindən ən çox ziyan çəkənlər onun qonşuları olur. Mövcud olduğu vaxtdan Ermənistanın davranışlarına baxdıqda bunu aydın görmək olur. Tarixi Azərbaycan torpaqlarında quraşdırılan bu dövlət Cənubi Qafqazda hər zaman təhlükə mənbəyi olub, qonşularına problemlər yaşadıb, soyqırımları törədib. Otuzillik işğala son qoyulduqdan keçən 3 il müddətdə Ermənistanın hələ sülhə gəlməməsinin kökündə mahiyyət etibarilə məhz bu amillər dayanır. Azərbaycanın münasibətlərin normalaşması istiqamətində atdığı addımlara baxmayaraq, məğlub ölkə bundan boyun qaçırır, əldə olunmuş razılaşmalardan geri çəkilir, siyasi hərbi təxribatlar törədərək öhdəlikləri yerinə yetirmir, yenə işğal xəyalları ilə yaşayır. Son günlər şərti sərhəddə Ermənistanın məğlub fərari ordusunun törətdiyi hərbi təxribatlar da bilavasitə bunların davamıdır".

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

"Ermənistan Laçın yolundan qanunsuz hərbi digər çirkin məqsədlər üçün istifadə etdiyinə görə, Azərbaycan bu ilin aprel ayında yolda normal nümunəvi şəkildə fəaliyyət göstərən sərhəd-buraxılış məntəqəsini qurdu. Bunu həzm edə bilməyən Ermənistan bütün qarayaxmalardan istifadə etdi, real vəziyyəti gizlədərək Azərbaycan əleyhinə yalan böhtan xarakterli təbliğat apardı, hətta hərbi təxribata belə getdi. Həmçinin sərhədə "humanitar konvoy" göndərərək beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdı. Bölgədə "blokada" "humanitar böhran"ın olması ilə bağlı əsassız ittihamlar səsləndirdi, şoular düzəltdi. Bizim təklif etdiyimiz Ağdam-Xankəndi yolundan isə birmənalı şəkildə imtina olundu. Elə düşünürdü ki, guya Azərbaycanı geri çəkilməyə məcbur edə biləcək. Amma unutdu ki, döyüş meydanında böyük hərbi qələbə qazanan Azərbaycanı, ümumiyyətlə, siyasi müstəvidə məğlub etmək mümkün deyil. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyimiz Ağdam-Xankəndi yolundan istifadə artıq reallığa çevrilib. Azərbaycan sübut etdi ki, bura Azərbaycan ərazisidir yolun haradan keçəcəyi barədə qərarı da o verir. Ermənistanın mənasız əsassız çabaları isə Azərbaycanın daxili işlərinə qarışmaqdır ki, digər iddiaları kimi, mütləq iflasa uğrayacaq. O ki qaldı havadarlarının dəstəyinə, bu məsələdə Azərbaycan sübut edib ki, onunla heç kim təzyiq dili ilə danışa bilməz", - deyə AHİK sədri bildirib.

Səttar Möhbalıyev əlavə edib ki, Ermənistanın xüsusən son zamanlar bölgəyə yad olan qüvvələr gətirməsi, sərhəddə hərbi təxribatlara əl atması, qoşun cəmləməsi, Xankəndidəki "prezident seçkiləri" oyunları onun özü üçün yaxşı heç vəd etmir baş verəcək hadisələrə görə məsuliyyət daşıyır.

 

Azərbaycan.-2023.- 14 sentyabr.- S.5.