Görkəmli bəstəkar Arif Məlikovun doğum günündə Fəxri xiyabanda məzarı ziyarət olunub

 

 

Dünən görkəmli bəstəkar, Xalq artisti, Dövlət Heydər Əliyev mükafatları laureatı, akademik Arif Məlikovun (1933-2019) anadan olmasının 90-cı ildönümü tamam oldu.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət incəsənət xadimləri, nazirliyin məsul əməkdaşları, sənətkarın ailə üzvləri digər qonaqlar Birinci Fəxri xiyabanda sənətkarın məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.

Anım mərasimində çıxış edən Adil Kərimli Arif Məlikovun bənzərsiz yaradıcılığı ilə adını əbədi olaraq musiqi mədəniyyəti tariximizə yazdırdığını deyib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev bəstəkarın yaradıcılığını daim diqqətdə saxlayıb, yüksək qiymətləndirib. Prezident İlham Əliyev tərəfindən Arif Məlikovun xatirəsinin əbədiləşdirilməsi, sənətinin yaşadılması gələcək nəsillərə ötürülməsi istiqamətində davamlı işlər görülüb görülməkdədir. Prezident İlham Əliyevin görkəmli bəstəkarın xatirəsinin əbədiləşdirilməsi ilə əlaqədar 2019-cu ildə imzaladığı sərəncam bu diqqətin parlaq təzahürüdür.

Nazir diqqətə çatdırıb ki, görkəmli bəstəkarın 90 illik yubileyi geniş şəkildə qeyd olunacaq. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü rəhbəri olduğu Heydər Əliyev Fondunun dəstəyi ilə sənətkarın yubileyi həm onun dünya klassik musiqisinin şah əsərlərindən sayılan "Məhəbbət əfsanəsi" baletinin yarım əsrdən sonra yenidən müəllifin vətənində səhnəyə qoyulması ilə əlamətdar olacaq. Dünyanın bir sıra böyük səhnələrini fəth edən bu möhtəşəm balet nümunəsi 18-19 sentyabr tarixlərində Üzeyir bəy Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Sarayında nümayiş olunacaq.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə deyib ki, Arif Məlikov görkəmli bəstəkar olmaqla yanaşı, həmçinin rəssam, pedaqoq ictimai xadim idi: "Arif Məlikov SSRİ Ali Sovetinin deputatı kimi Azərbaycan xalqının haqq işinin dəstəklənməsinə böyük töhfələr verib. Onun bütün janrlarda əsərləri var. Məni çox sevindirən odur ki, bu gün təhsil ocaqlarında Arif Məlikovun əsərləri tədris edilir. Arif Məlikov gözəl tələbələr yetişdirib, özündən sonra böyük irs qoyub".

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli vurğulayıb ki, Arif Məlikov böyük bəstəkar olmaqla yanaşı, həm böyük şəxsiyyət idi: "O, xasiyyətcə sərt adam idi, çox insan ona görə ondan inciyirdi. Amma o, həqiqətləri insanların üzünə deyirdi. Ümidvaram ki, onun yetirmələri balet janrını da davam etdirəcəklər".

Xatırladaq ki, Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olub. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) bəstəkarlıq ixtisası (Qara Qarayevin sinfi) üzrə təhsil alıb. 1960-cı illərdən bu tədris ocağında müəllim, 1979-1986-cı illərdə professor 1986-cı ildən ömrünün sonunadək Bəstəkarlıq kafedrasının müdiri vəzifələrində çalışıb. Arif Məlikovun simfoniya, balet, operetta, kantata, vokal, kamera instrumental əsərləri misilsiz sənət nümunələri olaraq Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasında özünə daimi yer tutub. Bəstəkarın "Məhəbbət əfsanəsi" baletinin isə dünyanın tanınmış teatr səhnələrində yarım əsrdən artıq bir dövrdə tamaşaya qoyulması musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir. Ölkəmizdə musiqiçi kadrların yetişdirilməsinə mühüm töhfələr verən görkəmli bəstəkar 2019-cu il mayın 9-da vəfat edib.

 

Azərbaycan.-2023.- 14 sentyabr.- S.12.