Xuntanın xülyası məhvə məhkumdur

 

Azərbaycan ərazilərində "boz zona"nın yaradılması mümkün deyil

 

Aylardır Laçın yolunun bağlı, Qarabağdakı ermənilərin "blokada"da olması, "humanitar fəlakət"in yaradılması uydurması ilə dünyaya səs salmağa çalışan Ermənistan həmişəki kimi öz xislətiylə özünü ifşa etdi.

"Humanitar böhran"dan dəm vuraraq Azərbaycanın göndərdiyi ərzaq yükünü günlərdir qəbul etməyən, ancaq Rusiyadan gələn yükü iki gün sonra qəbul edib anbarlara yığan, eləcə aprel ayından təklif olunan Ağdam-Xankəndi yolundan imtina edən Hayastan bir daha saxtakarlığını dünyaya göstərdi.

Hazırda Qarabağdakı xunta yolun işləməsinə imkan verir, Azərbaycanın göndərdiyi yükləri istəyir. Məqsədləri isə Laçın yolunda Azərbaycanın heç bir nəzarətinin olmaması, həmin ərazilərdə "boz zona"nın yaradılmasıdır. Həmçinin Qarabağda qalan qeyri-qanuni hərbi birləşmələrin orada gərginliyi saxlamağa davam etməsi, son zamanlar təxribatlarını intensivləşdirərək mövqelərimizi müxtəlif istiqamətlərdən atəşə tutması, fortifikasiya qurğuları qurmağa, mövqelərimizə yaxınlaşmağa cəhdləri təsdiq edir ki, rəsmi İrəvan sülh sazişini imzalamamaq üçün bu yollara əl atır.

 

"Ərazi bütövlüyü məsələsində güzəşt yoxdur"

 

Milli Məclisin deputatı Aydın Mirzəzadə qəzetimizə açıqlamasında deyib ki, Qarabağda hər hansı humanitar böhran mövcud deyil, bunu Ermənistan xaricdəki erməni lobbiçiləri məqsədli şəkildə yalan kimi ortaya atıblar. Məqsədləri Azərbaycana təzyiq göstərmək, öz maraqlarına uyğun nəyəsə nail olmaqdır: "Ermənistan ötən əsrin 90-cı illərində Azərbaycanda gərgin daxili vəziyyətdən istifadə edərək torpaqlarımızın bir hissəsini işğal etdi. Hesab etdi ki, bununla özünün "böyük Ermənistan" yaratmaq ideyasının bir hissəsini həyata keçirdi. Gələcəkdə Azərbaycanla bağlı yeni işğal planları da var idi, bunu heç gizlətmirdilər . Ancaq Azərbaycanın güclənməsi Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ermənilərin istəklərinin reallaşmasına imkan vermədi. Bununla belə, Ermənistanın bütün siyasi dairələrinin beynində Azərbaycan torpaqlarına qarşı iddia qalmaqdadır". Bu, yanlış düşüncədir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənilər gah Laçın dəhlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurgiya zavodu tikmək istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlarından əl çəkmir. Separatçılar ərazilərimizdə "boz zona" yaradaraq Azərbaycan qanunlarının işləyə bilməyəcəyi şəraiti yaratmağa çalışırlar. Amma Ermənistan rəhbərliyi yalnış yoldadır: "Azərbaycan öz müstəqilliyini kifayət qədər möhkəmləndirib hüquqlarını çox yaxşı bilir. Heç bir halda ərazi bütövlüyümüzü güzəştə getməyəcək, başqalarının diktəsi altında yaşamayacağıq".

Deputat qeyd edib ki, bunu Azərbaycanın ildən-ilə artan nüfuzu, qətiyyəti, Prezident İlham Əliyevin bu məsələdə xalqımızın istəklərini maraqlarını əks etdirən siyasəti fəaliyyəti göstərir. "İşğaldan azad olunmuş ərazilərdə məskunlaşma getdikcə artır. Artıq iki mindən çox sakin həmin ərazilərdə yaşayır. İlin sonuna kimi isə bu rəqəm bir neçə dəfə artacaq. İnsanlar dədə-baba torpaqlarına böyük həvəslə qayıdırlar. Bu, Azərbaycan xalqının torpağına bağlılığını göstərir. Ermənistan Azərbaycanın real gücünü qəbul etmək məcburiyyətindədir. Çünki haylar Azərbaycanın öz hüquqlarından geri çəkilmədiyini törətdikləri hər təxribatlara qarşı dəfələrlə artıq cavab aldıqlarını bilirlər. Ermənistan Azərbaycana qarşı düşmənçilik, qərəzli siyasətinə qarşı həmişə sərt, layiq olduğu cavabı alacaq", - deyə A.Mirzəzadə əlavə edib.

 

Separatçıların "niyyəti"  gözlərində qalacaq

 

Milli Məclisin deputatı Azər Badamov bildirib ki, "boz zona"lar sivil qanunlar işləməyən müəyyən dairələrin müəyyənləşdirdiyi qaydalarla idarə olunan bir ərazidir. "Boz zona"larda yaşayan insanlar müəyyən qrup separatçı ya terrorçuların əsirinə çevrilərək onların çirkin planlarının icraçıları olurlar. Belə zonalar dünyanın ayrı-ayrı qitələrində mövcuddur. Məsələn, Latın Amerikasında, Kolumbiyada "FARC" üsyançı hərəkatlarının nəzarətində, Peruda Sendero Luminoso (Parlaq Yol), Boliviyanın bəzi bölgələrində "boz zona"lar var. Oxşar transmilli təhlükələr digər regionların "boz zona"larında da mövcuddur. "Boz zonalar"dan gələn əsas transmilli təhlükələr narkotiklərin qanunsuz dövriyyəsi, silah ticarəti, terror təşkilatlarının filiallarının separatizm ocaqlarının fəaliyyətinin mərkəzi olması ilə bağlıdır. Azərbaycan da uzun illər belə təhlükə ilə üzləşmiş ölkələr sırasındadır. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 ildə bu əraziləri "boz zona"ya çevirmişdi. İşğalda da 10 min kvadratkilometrdən çox ərazidə sivil qanunlar işləməyib. Bu yerlər müəyyən qruplaşmaların gəlir mənbəyinə çevrilib. Həmin ərazilərdə uzun illər narkotik bitkilər becərilib, silahlı terror qruplaşmalar hazırlanıb, qanunsuz silah ticarəti həyata keçirilib. Digər tərəfdən, Asiya ölkələrindən gətirilən narkotik vasitələr İrandan keçirilərək Ermənistanın nəzarəti altında olan bu torpaqlara daşınıb sonra da Avropa, o cümlədən MDB ölkələrinə göndərilib. Təəssüf ki, dünya birliyi qlobal təhlükə mənbəyinə çevrilən "boz zona"nın aradan qaldırılması üçün qətiyyətli addımlar atmayıb.

A.Badamov qeyd edib ki, uzun illər yerüstü yeraltı sərvətlərin talanmasından, narkotik silah ticarətindən böyük gəlir qazanmağa öyrəşmiş separatçılar bu gəlir mənbəyini əlindən buraxmaq istəmirlər. Hər vasitə ilə "boz zona"nı qorumağa çalışırlar. Onlar Laçın yolu adlandıran bir ərazini "boz zona"ya çevirərək Qarabağda ermənilərin yaşadıqları ərazilərdə öz çirkin niyyətlərini davam etdirməyi düşünürlər. Təbii ki, Azərbaycan dövləti özünün suveren ərazisində belə zonanın qalmasına imkan verməyəcək.

Xankəndidə sivil dövlət qanunlarının işləmədiyini orada yaşayan erməniəsilli sakinlərin separatçıların girovuna çevrildiyini deyən deputat vurğulayıb ki, bu şəhər beynəlxalq maraqların toqquşduğu ərazi kimi özünü büruzə verir. Bu ərazidə hazırda Rusiya sülhməramlıları fəaliyyət göstərirlər. Fransa bunu həzm edə bilmir hər vasitə ilə Qarabağdakı separatçıları öz təsiri altına salmağa çalışır. Təbii ki, geosiyasi konfliktlərə səbəb olan bu ərazi Azərbaycanın suverən torpaqları olduğundan heç kimə öz ərazisində geosiyasi maraqlarını həyata keçirməyinə separatçılığın davam etdirilməsinə dəstək verilməsinə imkan verməyəcək. Laçın yolunda sərhəd-keçid məntəqəsi qurulana qədər bu yol nəzarətsiz olub separatçılar tərəfindən cinayət məqsədləri üçün istifadə edilib. Ermənistan Xankəndi onun ətrafındakı ərazilərə qanunsuz daşımaları davam etdirmək üçün müxtəlif yollara əl atsa da, bütün cəhdləri iflasa uğradı Azərbaycanın istəyinə uyğun Xankəndiyə humanitar daşımalar üçün Ağdam-Xankəndi yolu açıldı. Azərbaycan Qarabağdakı erməni sakinlərin taleyinə biganə qalmır. Ona görə ölkədaxili bütün təminat yolları Qarabağ sakinləri üçün açıq elan edilib dövlət bu ərazilərdə yaşayan mülki sakinlərin təminatlarını həyata keçirməyə hazır olduğunu bəyan edib.

 A.Badamov bir daha vurğulayıb ki, Azərbaycan öz ərazisində "boz zona"nın qalması ilə heç vaxt barışmayacaq: "Bu ərazilərdə konstitusion hüquqlarımız bərpa olunmalı, separatçılardan qeyri-qanuni silahlılardan təmizlənməlidir. Azərbaycan dövləti bu məsələlərlə bağlı Qarabağda yaşayan separatçılara hələ ki xəbərdarlıq edir. Amma separatçılar qanunlarımıza tabe olmasa erməni sakinlərin reinteqrasiyasına maneçilik törətməkdə davam etsə, antiterror əməliyyatının keçirilməsi qaçılmaz olacaq. Qarabağdakı separatçılar onları maliyyələşdirən Ermənistan bilməlidirlər ki, əgər əks-terror əməliyyatı keçirilərsə, heç kimə güzəşt olunmayacaq bütün cinayətkarlar ittiham kürsüsünə çıxarılacaq. Ona görə ermənilər onları ruhlandıranlar mövcud reallığı tez qəbul etməli proseslərin dinc yolla başa çatmasına hazır olduqlarını bildirməlidirlər".

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 15 sentyabr.- S.5.