Hərbçimiz Nihad Namazov Qovlar şəhərində torpağa tapşırılıb

 

Sentyabrın 13-də hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçumuz Nihad Namazovun nəşi bu gün ailəsinə təhvil verilib.

AZƏRTAC xəbər verir ki, şəhid Nihad Namazovla vida mərasimində onun dostları, sinif yoldaşları, ictimaiyyət nümayəndələri hərbçilər iştirak ediblər.

Nihad Namazov Tovuz rayonu Qovlar şəhər qəbiritsanlığında torpağa tapşırılıb. Dövlət Himni səsləndirildikdən sonra üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.

Qeyd edək ki, sentyabrın 13-də çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu Namazov Nihad Kamrəddin oğlu həlak olublar.

 

Azərbaycan.-2023.- 15 sentyabr.- S.20.