Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

 

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımda deyilir: “Əziz qardaşım, BMT Baş Assambleyasında çıxışınız zamanı Azərbaycana verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Hər zaman olduğu kimi, bu gün qardaş Türkiyə Azərbaycanın yanındadır haqq işimizdə bizə dəstək verir. Azərbaycan Türkiyə xoş günlərdə , kədərli anlarda da daim bir yerdədirlər. Beynəlxalq təşkilatlarda həmişə bir-birimizin haqlı mövqeyini müdafiə edirik. Şuşa bəyannaməsi ilə münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Siz , mən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qardaşlığımızın rəmzi olan "Bir millət, iki dövlət" kəlamını daim yada salaraq Azərbaycan Türkiyə arasında olan sarsılmaz birliyi yeni zirvələrə daşıyırıq”.

 

Azərbaycan.-2023.- 21 sentyabr.- S.1.