Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün bölgədə son vəziyyətə dair brifinq keçirilib

 

 

Sentyabrın 20-də Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov xarici işlər nazirinin müavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilib.

AZƏRTAC xəbər verir ki, brifinq zamanı aşağıdakı əsas məqamlar diqqətə çatdırılıb:

Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar terror hücumları törədib.

Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları həlak olub yaralanıb. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.

Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak olub.

Erməni silahlı qüvvələrinin döyüş mövqelərini gücləndirməsi bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edilib.

Sadalanan amillər fonunda, Qarabağ iqtisadi rayonunda yerləşdirilmiş erməni silahlı qüvvələrinin təxribatların qarşısının alınması, habelə Üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

 

Görülən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt dərinlikdə olan mövqeləri uzunmüddətli atəş nöqtələri, eləcə hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb.

 

Antiterror tədbirləri müstəsna olaraq qanunsuz hərbi birləşmələri hərbi infrastrukturu hədəf alıb. Mülki əhali obyektlərə heç bir halda hücum edilməyib. Bununla bağlı hər hansı iddia əsassız qəbuledilməzdir.

 

Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yaşayış yerlərinin yaxınlığında hərbi infrastrukturun yerləşdirilməsini nəzərə alaraq, Azərbaycan ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa çağırıb. Mobil SMS xidməti, səsgücləndirici texniki vasitələr məlumat vərəqələri vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinləri müvafiq olaraq məlumatlandırılıb.

 

Azərbaycan Respublikasının qanunlarına beynəlxalq humanitar hüququn normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini digər obyektlərin mühafizə müdafiəsi təşkil olunub.

 

Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində digər istiqamətlərdə humanitar dəhliz qəbul məntəqələri yaradılıb.

 

Azərbaycan tərəfi 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsinin regional sülh sabitlik üçün ciddi təhlükə mənbəyi olduğunu dəfələrlə bəyan edib.

 

Bölgədə sülhə sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.

 

Azərbaycanın suveren ərazilərində beynəlxalq hüquqa zidd olaraq istənilən hərbi mövcudluq regional sülh təhlükəsizliyə ciddi təhdiddir Azərbaycanın hərəkətləri müstəsna olaraq bu qanunsuz qüvvələrin sıradan çıxarılmasına qondarma rejimin buraxılmasına yönəlib.

 

Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.

 

Razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən hərbi postlardan çıxmalı tam şəkildə tərk-silah olunmalıdır.

 

Razılaşmanın icrası Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçiriləcəkdir.

 

Sentyabrın 21-də Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələri ilə Azərbaycan Respublikasının Konstitusiyası qanunları çərçivəsində reinteqrasiya məsələlərini müzakirə etmək üçün görüş keçiriləcək.

 

Azərbaycan.-2023.- 21 sentyabr.- S.1-3.