Lokal xarakterli antiterror tədbirlərinin yeganə hədəfi hərbi obyektlər idi

 

Ermənistanın son dövrlər artan təxribatı, törətdiyi terrorlar 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə riayət etməməsi lokal xarakterli antiterror tədbirlərini qaçılmaz etdi.

Qondarma rejimin törətdiyi özbaşınalıq, erməni diversantlarının terrorçuluq fəaliyyəti nəticəsində 2020-ci ilin noyabr ayından bu günə qədər 314 nəfər vətəndaşımız təkcə minaların qurbanı olub.

Təəssüf ki, Ermənistan rəhbərliyi üzərinə götürdüyü öhdəlikləri icra etmək əvəzinə  təxribatlara, sabotajlara davam edir, sülh müqaviləsini imzalamaqdan imtina edir. Silahlı Qüvvələrimiz düşmənin təxribatının qarşısını almaqla antiterror tədbirlərinə başladı. Ordumuz hərzamankı kimi məsuliyyətli davrandı, yalnız hərbi obyektlərə yüksək dəqiqliklə zərbələr endirdi. Hətta təxribatçıya zərbə endirməmişdən qabaq bu barədə mülki əhalini məlumatlandırdı. Mülki əhaliyə ərazini tərk etməyi tövsiyə etdi, həyata keçirəcəyi tədbirlər zamanı yalnız hərbi obyektlərə ziyan vuracağı barədə öhdəlik götürdüyünü qeyd etdi.

Həyata keçirilən antiterror tədbirləri zamanı Ermənistana məxsus olan döyüş vasitələri yüksək peşəkarlıqla sıradan çıxarıldı, ordumuzun arsenalında olan müasir silahlarla düşmənin silah-sursatı, hərbi texnikası məhv edildi. Separatçılar mülki erməni əhalisindən istifadə edərək, onları hərbi təyinatlı obyektlərə gətirir ya silahları yaşayış məntəqələrində yerləşdirirdilər. Lakin hərbi qulluqçularımız yüksək peşəkarlıqla davranaraq mülki vətəndaşların olduğu yerləri hədəf almadılar.

Ölkəmiz dəfələrlə sülh müqaviləsinin imzalanması barədə müraciət etsə , Ermənistan heç zaman sülhü qəbul etmədi. Müxtəlif bəhanələrlə prosesi yubatmağa çalışır, havadarlarının şirin vədlərinə inanıb hər addımda sülhdən yayınırdı. Ermənistan münasibətləri düzəltmək sülh şəraitində yaşamaq əvəzinə, havadarlarına arxayın olub hər addımda qarayaxma kampaniyasına cəhd edir bununla da sonuncu törətdiyi terror hadisələri ilə sülhün mümkünsüzlüyünü nümayiş etdirdi.

Xankəndidə olan erməniəsilli Azərbaycan vətəndaşları üçün ölkəmizin qapısı açıq olub. Onlar dəfələrlə reinteqrasiya məsələlərini müzakirə etmək məqsədilə dialoqa dəvət olunublar bu barədə müzakirələrin aparılmasının vacibliyi qeyd edilib. Lakin onlar hər dəfə bu prosesdən yayınıb, əksinə, hər addımda siyasi "şou" yaratmağa cəhd ediblər. Qeyd olunur ki, lokal xarakterli antiterror əməliyyatlarından sonra Xankəndidə yaşayan ermənilər reinteqrasiya məqsədilə Yevlax şəhərində görüşməyə hazırdırlar. İllərdir bu proses onlara təklif olunsa da, birgəyaşayışı qəbul etmədilər, silahlarını təhvil verib, təxribatçı fəaliyyətlərini dayandırmadılar.

Xocavənd rayonunda baş verən terror hadisələri onu deməyə əsas verir ki, Ermənistan çirkin niyyətindən, revanşist hisslərindən əl çəkmir. Təhlükəsizliyimizə, konstitusion quruluşumuza qarşı təhdid olaraq qalır onların növbəti dəfə təxribat törədəcəklərini heç kəs istisna etmir. Bir daha belə hallar baş verməsin deyə, Silahlı Qüvvələrimiz tarixi missiya həyata keçirdi. Xalqımız hərzamankı kimi Prezident İlham Əliyevin yanındadır, ordumuza dayaqdır, dəstəkdir.

Söhbət ölkəmizin təhlükəsizliyindən gedirsə, bizə yalnız birlik lazımdır. Qərbi Azərbaycan İcmasının açıqlamasında da Ermənistanın sabotajı, terrorçuluq fəaliyyəti sülhün qarşısında əngəl olması qəti şəkildə pislənib. Eləcə , ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar Prezident İlham Əliyevin ətrafında birlik nümayiş etdirir, haqq işimizə dəstək olurlar. Onlar düşmənin təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirilən antiterror tədbirlərində dövlətin yanında olmaları barədə birgə bəyanat imzalayıblar. Partiya mənsubiyyətindən asılı olmayaraq, hər kəs Prezidentimizin ətrafında sıx birləşir, bu birliyin vahid amalı var: ölkəmizin təhlükəsizliyi təmin olunsun, terrorçuluğun bütün növdən olan təxribatların qarşısı alınsın.

İmzalanmış bəyanatda Xalq Cəbhəsi, Müsavat Real partiyalarının adları yoxdur. Görünən odur ki, birliyin-bərabərliyin vacib olduğu bu günlərdə belə bu partiyalar hələ xain xislətlərindən əl çəkmirlər. Dövlət başçısının rəhbərliyi ilə aparılan haqq işinə dəstək vermək əvəzinə, pozuculuq fəaliyyətinə cəhd edirlər. Önəmli olan onların imzasıdır, ki mövqeyi, lakin qədirbilən Azərbaycan xalqı belə həssas məqamda etdiklərinə görə onları bağışlamayacaq. 1991-1993-cü illərdə hakimiyyət böhranı yaradanlar, siyasi ambisiyalarına dövləti qurban verənlər bu gün qazanılmış qələbəni, ölkəmizin inkişafını, qüdrətini hələ həzm etmir onların qısqanclıq niyyətlərinin əyani şahidi oluruq.

Ermənistanın sıradan çıxarılan silahları, məhv edilən qurğuları ilə bərabər, mülki şəxslərə hərbi əməliyyatlar yerinin tərk edilməsi, silahlılara yardım edilməməsi barədə Müdafiə Nazirliyimizin yaydığı məlumatlar da müsbət nəticəsini verdi. Məğlubiyyəti hiss edən separatçılar ən qısa zamanda xunta rejimini ləğv edərək, silahlarını təhvil verməyə təslim olmağa məcburdurlar.

 

Adil ƏLİYEV,

Milli Məclisin Sədr müavini

Azərbaycan.-2023.- 21 sentyabr.- S.4.