Çin ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

 

Yeni Azərbaycan Partiyası (YAP) nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində Çindao Şəhər Komitəsinin Daimi üzvü, Şəhər Komitəsinin Təşkilat Departamentinin rəisi Yuy Yuy ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Çindao şəhəri onun sosial-iqtisadi inkişafı barədə məlumat verilib, şəhərin tranzit, nəqliyyat-logistika turizm imkanları diqqətə çatdırılıb. Eyni zamanda, partiya quruculuğu, partiya üzvlərinin fəaliyyəti gənc kadrların yetişdirilməsi məsələlərindən ətraflı bəhs olunub.

Çin ilə Azərbaycanın ikitərəfli beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı haqqında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, qarşılıqlı səfərlər münasibətlərin inkişafına təkan verir. Fəal siyasi dialoq şəraitində iqtisadi-ticari, mədəni-humanitar digər sahələrdə əlaqələrin genişləndirilməsinin önəmi diqqətə çatdırılıb, əməkdaşlığın perspektivləri müzakirə edilib, qarşılıqlı olaraq hədiyyələr təqdim olunub.

Sonra nümayəndə heyəti tərəfindən Çindao şəhərinin Çyanşan mikrorayonunun Şinan rayonunda Çin Kommunist Partiyasının üzvlərinə əhaliyə xidmət mərkəzi ziyarət edilib, eyniadlı ərazi partiya təşkilatının fəaliyyəti ilə tanışlıq olub. Bildirilib ki, mərkəz partiya üzvlərinin rayon əhalisinin sosial məsələlərinin həllinə dəstək olur, yaşlı insanların asudə vaxtının səmərəliliyini təmin etmək üçün müvafiq işlər görür, onlara sosial xidmətlər göstərir.

Nümayəndə heyətinin üzvləriHisensedövlət şirkətini ziyarət edib, onun istehsal ixrac potensialı ilə tanış olublar.

Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Çindao Limanına səfəri təşkil edilib. Bildirilib ki, Şandun yarımadasınının cənub-şərqində yerləşən Çindao şəhəri bölgənin sənaye mərkəzidir burada tekstil, yeyinti, maşınqayırma, texniki elektroenergetika sahələri yüksək inkişaf edib. Çindao limanının tərkibinə 5 liman ərazisi daxildir. Bu liman qrupları Mərkəzi Asiya Avropaya yük nəqlində əhəmiyyətli paya sahibdir.

ÇinŞanxay Əməkdaşlıq Təşkilatı regional ticarət-iqtisadi əməkdaşlıq pilot zonasını ziyarət edən YAP nümayəndə heyəti burada yerləşən Azərbaycan pavilyonunda olub. Pilot zona barədə nümayəndə heyətinə ətraflı məlumat verilib.

Bununla yanaşı, partiyanın nümayəndə heyəti Yelkənli İdman növü üzrə Çindao Olimpiya Mərkəzinə baxış keçirib.

Sentyabrın 19-da YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri başa çatıb.

 

Azərbaycan.-2023.- 21 sentyabr.- S.4.