Rusiya sülhməramlı kontingentinə məxsus avtomobil atəşə tutulub, ölənlər var

 

 

Sentyabrın 20-si Canyataq yaşayış məntəqəsi yaxınlığında Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus UAZ Patriot avtomobilinin atəşə tutulması nəticəsində sülhməramlı kontingentin hərbi qulluqçularının faciəvi şəkildə həlak olması faktı qeydə alınıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hadisənin başvermə səbəblərini araşdırmaq üçün Azərbaycan Rusiyanın istintaq orqanları yerində əməkdaşlıq şəraitində çalışırlar.

Baş vermiş hadisədən təəssüf hissi keçirir, Rusiyanın Müdafiə Nazirliyinin rəhbərliyi, Rusiya sülhməramlı kontingentinin komandanlığı həlak olmuş hərbi qulluqçuların ailələri yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik”, - məlumatda qeyd edilib.

 

Azərbaycan.-2023.- 21 sentyabr.- S.4.